“S&P Ratings”dən nikbin bəyanat
25.02.2026 [09:33]
Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması bölgənin inkişafında yeni mərhələni formalaşdıracaq
“S&P Global Ratings” (S&P) beynəlxalq agentliyi Ermənistan və Azərbaycan arasında diplomatik və ticarət münasibətlərinin normallaşdırılması istiqamətində atılan müsbət addımların bölgənin inkişafında ümidverici perspektivlər vəd etdiyini açıqlayıb. Agentliyin ekspert qrupu qeyd edilir ki, 2025-ci ilin avqustunda ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş razılaşma mühüm siyasi mərhələ olmaqla təhlükəsizlik mühitinin sabitləşməsinə töhfə verib. Normallaşma istiqamətində atılan ilk addımlar regional nəqliyyat əlaqələrinin və ticarətin müəyyən qədər yaxşılaşmasına gətirib çıxarıb. İki dövlət arasında danışıqlarda əldə olunan irəliləyişlər təhlükəsizlik risklərini azaldaraq davamlı sülh sazişinin perspektivi üçün hüquqi qüvvəyə malik baza hazırlamaqdadır.
Agentliyin ekspert qrupunun dəyərləndirmələrinə əsasən, Azərbaycan və Ermənistan suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və diplomatik münasibətlərin qurulmasını nəzərdə tutan hərtərəfli sülh sazişini imzaladıqdan sonra regionda geosiyasi və təhlükəsizlik mühiti yaxşılaşacaq, geniş əməkdaşlıq potensialını təmin edən yeni mərhələni formalaşdıracaq.
Regionda geniş investisiya və iqtisadi artım potensialı yaranacaq
“S&P Global Ratings” hesab edir ki, rəsmi sülh müqaviləsinin imzalanması bölgədə əlverişli və geniş investisiya mühitinin yaxşılaşmasına səbəb olacaq, iqtisadi artım potensialını yüksəldəcək. Bu və digər amillər Azərbaycanın kredit reytinin yüksəlməsi üçün də münbit potensialı artıracaq. Geosiyasi risklərin azalması və fiskal buferlərin möhkəmlənməsi şəraitində Azərbaycanın kredit reytinqinin yüksəlməsi gözləniləndir. Buna iqtisadi-maliyyə-investisiya seqmentlərindəki amillərlə yanaşı, bölgədə yaranana siyasi faktorların-sülh və rifah quruculuğu yönündə atılan iradəli addımların da təsirləri istisna deyil.
Xatırladaq ki, Azərbaycan beynəlxalq kapital bazarlarına çıxışın asanlaşdırılması, borclanma prosedurlarının tənzimlənməsi, beynəlxalq maliyyə dairələri tərəfindən ölkəmizə etimadın daha da gücləndirilməsi məqsədilə 2000-ci ildən etibarən beynəlxalq kredit reytinq agentlikləri ilə əməkdaşlıq edir. Bu dövr ərzində aparıcı üç beynəlxalq reytinq agentliyi - “Fitch”, “S&P Global Ratings” və “Moody’s”la əməkdaşlıq həyata keçirilib, rəsmi müqavilə çərçivəsində ödənişli əsaslarla, eyni zamanda müqavilə öhdəlikləri olmadan agentliklər tərəfindən ölkəmizin suveren kredit reytinqi qiymətləndirilib. 2024-cü ildə “Fitch Ratings”, 2025-ci ildə isə “Moody’s Ratings” agentliyi tərəfindən ölkəmizin suveren kredit reytinqi artırılaraq investisiya dərəcəsinə yüksəldilib. Həmin agentliklər tərəfindən “BBB-” və “Baa3” səviyyəsinə qaldırılan suveren reytinqimiz üzrə növbəti dövr üçün proqnoz da müvafiq olaraq “stabil” və “müsbət” olaraq qiymətləndirilib. Eləcə də “S&P Global Ratings” agentliyi Azərbaycan üzrə reytinq əmsalını “BB+/B” şkalasında təsdiqləyib, eyni zamanda, “sabit”dən “müsbət”ə dəyişib. Bütün bunlar bir daha göstərir ki, Azərbaycan inkişaf etmiş ölkə kimi dünyanın aparıcı investorlarının daim diqqət mərkəzindədir.
Azərbaycanın reytinqi “sabit”dən “müsbət”ə dəyişdirilib
“S&P”, eyni zamanda, cari ildə Azərbaycanın bank sektorunun risk qiymətləndirməsini də yaxşılaşdırıb. Tədqiqat qrupunun açıqlamasında bildirilir ki, iqtisadi artım üçün əlverişli perspektivlər, kreditlərə yüksək tələbat, xüsusilə pərakəndə satış, yaxşı maliyyələşdirmə və likvidlik göstəriciləri, eləcə də sabit gəlirlilik 2026-cı ildə bankların kredit reytinqlərini də müsbət çərçivədə qərarlaşdırmağa imkan verəcək. İnfrastruktur investisiyaları və əsas faiz dərəcəsinin azalması 2026-2027-ci illərdə kredit portfelinin ikirəqəmli artımına səbəb olacaq. Bütün bunların fonunda bankların tikinti sektorunda və ipoteka kreditləşməsində məhdud iştirakı risk səviyyəsini qismən azaldır və tendensiya davam edəcək.
“S&P Global Ratings” vurğulayır ki, tənzimləyici qurum (Mərkəzi Bank) son iki ildə banklar üçün yeni korporativ idarəetmə standartlarını, əlaqəli tərəflərlə sövdələşmələri məhdudlaşdıran tənzimləməni, həmçinin Bazel III tələblərinə uyğun olan likvidliyin idarə edilməsi normalarını tətbiq edib. Bu təşəbbüslərin səmərəli şəkildə həyata keçirilməsi Azərbaycanda banklara nəzarət və tənzimləmə sistemini daha da gücləndirə bilər. Reytinq agentliyi hesab edir ki, ölkəmizdə bank sektoru üçün gözlənilən risklər qlobal iqtisadiyyatdakından daha azdır. Bank sektorlarında tənzimləmə, nəzarət və korporativ idarəetmə inkişaf edir.
Yuxarıdakı amillər və digər qiymətləndirmə indikatorları nəzərə alınaraq qiymətləndirmə əmsalı “sabit”dən “müsbət”ə dəyişdirilib. “S&P” analitiklərinin fikrincə, maliyyə institutlarına nəzarət və tənzimləmənin yaxşılaşdırılması istiqamətində davam etdirilən təşəbbüslər reytinq üzrə yeni imkanları gücləndirəcək.
Yeni investisiya reytinqi üçün gözləntilər
“S&P Global Ratings” agentliyinin yeni proqnozları ona dəlalət edir ki, Azərbaycanın güclü milli valyuta ehtiyatları və suveren fondları milli valyutanın sabitliyi üçün də dayanıqlılığı təmin edir. Yəni mövcud ehtiyat portfeli manatın xarici valyuta qarşısında məzənnəsinə ciddi təsir və təzyiq edəcək amilləri tamamilə neytrallaşdırır. Reytinqdə əsas faktorlardan biri kimi xarici borc amili də mühüm yer tutur. Azərbaycan hazırda regionda xarici borcun ÜDM-də nisbətinə görə, ən yaxşı ölkələr qrupundadır.
Agentliyin Azərbaycanın kredit reytinqi ilə bağlı nikbin proqnozu investisiya və maliyyə sektorları üçün də ümidverici ssenarilərə zəmin yaradır. Respublikamızın potensial investor və dünyada sərmayəçi ölkə kimi imicinin möhkəmlənməsinə də beynəlxalq inamı artırır. Eyni zamanda, “S&P”in yaxın müddətdə Azərbaycanın kredit reytinqinin yenidən yüksəldəcəyinə və investisiya səviyyəsinə yüksəldəcəyinə zəmin yaradır.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxGündəm
17 Aprel 10:50
Sosial
17 Aprel 10:43
Siyasət
17 Aprel 10:37
Analitik
17 Aprel 10:15
Gündəm
17 Aprel 09:58
Analitik
17 Aprel 09:33
Elm
17 Aprel 09:14
Sosial
17 Aprel 08:51
Sosial
17 Aprel 08:30
Gündəm
17 Aprel 08:15
Hərbi
17 Aprel 07:42
Siyasət
17 Aprel 07:32
Siyasət
17 Aprel 07:31
Dünya
16 Aprel 23:12
Dünya
16 Aprel 22:43
Dünya
16 Aprel 22:16
Elm
16 Aprel 21:59
Dünya
16 Aprel 21:20
İqtisadiyyat
16 Aprel 21:09
Dünya
16 Aprel 20:45
Dünya
16 Aprel 20:33
Sosial
16 Aprel 20:18
Dünya
16 Aprel 19:51
Dünya
16 Aprel 19:31
Dünya
16 Aprel 19:27
Gündəm
16 Aprel 18:59
Dünya
16 Aprel 18:23
YAP xəbərləri
16 Aprel 17:55
Siyasət
16 Aprel 17:32
YAP xəbərləri
16 Aprel 17:20
Dünya
16 Aprel 17:19
Sosial
16 Aprel 17:16
Hadisə
16 Aprel 16:28
Dünya
16 Aprel 16:09
Sosial
16 Aprel 15:52
Siyasət
16 Aprel 15:50
Dünya
16 Aprel 15:32
Siyasət
16 Aprel 15:22
Sosial
16 Aprel 15:20
Siyasət
16 Aprel 15:10
Gündəm
16 Aprel 14:51
Sosial
16 Aprel 14:41
Sosial
16 Aprel 14:15
Siyasət
16 Aprel 13:53
Sosial
16 Aprel 13:34
Gündəm
16 Aprel 12:51
Sosial
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:42
İqtisadiyyat
16 Aprel 12:41
Gündəm
16 Aprel 12:27
Siyasət
16 Aprel 12:15
İqtisadiyyat
16 Aprel 11:53
İqtisadiyyat
16 Aprel 11:30
Gündəm
16 Aprel 11:12
Siyasət
16 Aprel 10:49
İqtisadiyyat
16 Aprel 10:35
MEDİA
16 Aprel 10:11
Analitik
16 Aprel 09:58
Gündəm
16 Aprel 09:31
Gündəm
16 Aprel 09:15
Sosial
16 Aprel 08:50
Elm
16 Aprel 08:39
Dünya
15 Aprel 23:25
Dünya
15 Aprel 23:10
Dünya
15 Aprel 22:41
Dünya
15 Aprel 22:19
YAP xəbərləri
15 Aprel 22:18
Dünya
15 Aprel 21:54
Sosial
15 Aprel 21:28
YAP xəbərləri
15 Aprel 21:23

