SOCAR-AQŞ DAHA BİR QUYUDA QAZMA İŞLƏRİNİ UĞURLA BAŞA VURDU
27.12.2013 [09:11]
239 saylı quyunun tikinti işləri yekunlaşıb
SOCAR-AQŞ DDSÖ 11-dən layihə dərinliyi 3180 m olan 239 saylı quyunun tikinti işlərini təhlükəsiz, vaxtından əvvəl və uğurla yekunlaşdırıb. Qeyd edək ki, 239 saylı quyuda qazma işlərinə 30 oktyabr 2013-cü ildə başlanılıb. “Günəşli” yatağının dayaz sulu hissəsində qazılan quyunun faktiki dərinliyi 3184 m təşkil edir. “Fasilə” Lay Dəstəsinə (FLD) qazılan quyuda qazma cari ilin 23 dekabr tarixində yekunlaşıb, quyuya istismar kəmərləri endirilib, sementlənib və kipliyi yoxlanılıb. Quyu sifarişçiyə təhvil verilib.
Sifarişçi ARDNŞ-in “Azneft” İstehsalat Birliyidir.
Xatırlatmaq yerinə düşər ki, SOCAR-AQŞ MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Abşeron Qazma” Şirkəti tərəfindən inteqrə olunmuş qazma və quyu xidmətləri göstərən birgə müəssisə kimi 2007-ci ildə təsis edilib. Müəssisənin əsas fəaliyyəti quyuların layihələşdirilməsi və planlaşdırılması; neft və qaz quyularının qazılması; maili istiqamətləndirilmiş quyuların qazılması; horizontal quyuların qazılması; quyuların mənimsənilməsi; quyuların əsaslı təmiri; yan lülələrin qazılması və çoxşaxəli quyuların qazılması ilə bağlı iş və xidmətlərin təqdim edilməsindən ibarətdir. Hal-hazırda SOCAR-AQŞ Dayaz Sulu Günəşli yatağında yerləşən 2 Dərin Dəniz Stasionar Özülündə (DDSÖ) 3 qazma qurğusundan istifadə etməklə qazma işləri aparır. SOCAR-AQŞ, həmçinin, Bahar Enerji Əməliyyat Şirkətinin qazma proqramı çərçivəsində 1 qazma qurğusu ilə qazma işləri aparır. Müəssisə, 2009-cu ildən etibarən IADC təşkilatının üzvüdür. SOCAR-AQŞ, Dənizdə Neft və Qaz Quyularının Qazılması və Quyu Təmiri Xidmətlərinin Göstərilməsi, Kəmər Endirmə Xidmətləri, Atqıya Qarşı Avadanlıqların və Quyuağzı Avadanlıqların Təmiri və Sınağı Xidmətlərinin göstərilməsinə görə ISO 9001:2008, ISO 14001:2004 və OHSAS 18001:2007 beynəlxalq standartlarının tələblərinə əsasən sertifikatlaşdırılmışdır. SOCAR-AQŞ, API Q Plyus sertifikatını yaxın zamanda əldə etmək məqsədilə iş aparır.
Xəbər lenti
Hamısına baxDünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10

