“Ötən il tədris və təlim prosesi həm kəmiyyət, həm də keyfiyyət baxımından təkmilləşib”
10.01.2014 [09:39]
Ceyhun Yusifov: Vergi orqanı əməkdaşlarının əldə etdikləri biliklər onların praktik fəaliyyətində faydalı olmalıdır
“Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən vergi əməkdaşlarının bilik və peşə hazırlığının yüksəldilməsi istiqamətində ardıcıl və məqsədyönlü işlər həyata keçirilir, yeni tədris və təlim texnologiyaları tətbiq edilir. Ötən il tədris və təlim prosesi həm kəmiyyət, həm də keyfiyyət baxımından təkmilləşib. İl ərzində 23 qısamüddətli təlim, 3 ilkin hazırlıq kursu və 28 ixtisasartırma kursu keçirilib, tədris prosesinə 1207 nəfər vergi əməkdaşı cəlb olunub. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2011-ci ildə 473 nəfər, 2012-ci ildə isə 707 nəfər idi”. Bunu KİV-ə müsahibəsində Tədris Mərkəzinin rəisi Ceyhun Yusifov bildirib.
O, deyib ki, Vergilər Nazirliyində aparılan tədris-təlim fəaliyyətinin əsas strateji xətti ondan ibarətdir ki, tədris prosesi vergi orqanlarının ehtiyaclarına yönəlməli, vergi orqanı əməkdaşlarının əldə etdikləri biliklər onların praktiki fəaliyyətində faydalı olmalıdır: “Tədris prosesi ilə əməli fəaliyyətin vəhdətini yaratmaq üçün vergi orqanlarının tədris-təlim ehtiyacları öyrənilir. İlkin hazırlıq və ixtisasartırma kurslarının tədris və mövzu planları məhz həmin ehtiyaclar üzərində qurulur. Ümumiyyətlə, tədris tələbatlarının öyrənilməsi artıq bizim davamlı işimizə çevrilib. Vergitutma ilə bağlı qanunvericilik aktlarına edilmiş dəyişikliklər və vergi inzibatçılığı üzrə qəbul olunmuş normativ sənədlər müvafiq kursların tədris-mövzu planlarında nəzərdə tutulmuş fənlər üzrə hazırlanan tədris materiallarına salınıb”.
C.Yusifovun sözlərinə görə, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq, Vergilər Nazirliyi tərəfindən “Vergi sisteminin inkişafı üzrə Strateji Plan” təsdiq olunub: “Həmin plana əsasən, Tədris Mərkəzi vergi sisteminin inkişafı ilə bağlı elmi-tədqiqat işlərinin aparılmasında iştirak edir. Müasir dövrdə iqtisadiyyatın qloballaşması, ölkələr arasında əlaqələrin güclənməsi dövlət tərəfindən həyata keçirilən vergi siyasəti qarşısında da yeni və həlli vacib məsələlər qoyur. Bunların arasında vergi siyasətinin iqtisadi inkişafa təsiri və onun stimullaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Vergi siyasəti bir tərəfdən əhalinin həyat səviyyəsinin yüksəlməsində, digər tərəfdən isə büdcə gəlirlərinin formalaşmasında mühüm rol oynayır. Təcrübə göstərir ki, elmi cəhətdən əsaslandırılmış vergi siyasəti daha uğurlu nəticələrə gətirib çıxarır. Bu baxımdan, dünya iqtisadiyyatında baş verən proseslərin təhlili və passiv vergi siyasətindən aktiv vergi siyasətinə keçidin təmin olunması “Müasir qloballaşma şəraitində vergi siyasətinin imperativləri”, “Vergitutma bazasının eroziyası və gəlirlərin köçürülməsi”, “Kiçik və orta sahibkarlığın vergiyə cəlb edilməsinin müasir problemləri”, “Bilik əsaslı kapital və onun vergiyə cəlb edilməsinin müasir problemləri”, “Vergi siyasətinin sosial-iqtisadi bərabərsizliyə təsiri” və bu qəbildən olan digər mövzular üzrə elmi araşdırmaların aparılmasını zəruri edir. 2013-cü ildə Tədris Mərkəzində “Vergilərin gəlirlərin bərabərsizliyinin azaldılmasında rolu” mövzusunda elmi-tədqiqat işi yerinə yetirilib. Düşünürəm ki, apardığımız tədqiqatların nəticələri vergi siyasətinin daha da təkmilləşdirilməsi üçün faydalı ola bilər”.
Müsahibəsində “Tədrisin təşkilində yeni təlim metodlarından istifadə və biliklərin qiymətləndirilməsində yeni texnologiyaların tətbiqi keyfiyyətin yüksəlməsinə öz təsirini göstərib” deyən Mərkəzin rəisi onu da əlavə edib ki, ötən il informasiya və kommunikasiya sistemlərinin tədrisdə tətbiqi ilə bağlı bir sıra təkmilləşdirmə işləri həyata keçirilib: müxtəlif qruplar (kafedralar) və ya istifadəçilər (müəllimlər) yaratmaqla onlara sual bankından istifadə etmək hüququ verilib. İmtahan pəncərəsindən rahat istifadə etmək üçün internet modulunun yeni dizaynı tətbiq edilib.
O da bildirilib ki, Tədris Mərkəzinin fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi məsələləri önəmli yer tutur. Ötən dövr ərzində Böyük Britaniyanın və Avstriyanın vergi sistemlərində həyata keçirilən təlim və tədris prosesləri üzrə təcrübə öyrənilib, həmin ölkələrin təlim sistemlərinin strukturu, tətbiq olunan təlim texnologiyaları, metodları və alətləri barədə əhatəli biliklər toplanıb. Hazırda qeyd olunan təcrübə və biliklərin Tədris Mərkəzində tətbiqi istiqamətində işlər aparılır. Ötən ilin may ayında Tədris Mərkəzində Avstriya Federal Maliyyə Akademiyasının təlimçilərinin iştirakı ilə “Təlimçilərin təlimi” mövzusunda treninq təşkil olunub. Treninqin əsas məqsədi Vergilər Nazirliyinin təlim-tədris fəaliyyəti ilə məşğul olan əməkdaşlarına təlimçiyə aid tələblər barədə, təlim materiallarının hazırlanması, təlimin təşkili, təlim metodları və alətləri üzrə geniş praktiki və nəzəri biliklərin verilməsi, onlara təlimçilik qabiliyyətlərinin aşılanması idi. Artıq Vergilər Nazirliyində təşkil olunan tədris-təlim proseslərində bu təcrübələrin geniş tətbiqinə başlanıb.
NADİR
Xəbər lenti
Hamısına baxDünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23

