SOCAR-AQŞ 2013-cü ili də uğurla başa vurub
22.01.2014 [11:33]
SOCAR-AQŞ 2013-cü il üçün qazma planını 106,5 faiz, quyu tikintisi planını isə 120 faiz yerinə yetirib. SOCAR-AQŞ, 2010, 2011 və 2012-ci illərdə olduğu kimi, 2013-cü ildə də sifarişçi tərəfindən qarşıya qoyulmuş bütün öhdəlikləri qəzasız, xətasız və səmərəli qazma əməliyyatları həyata keçirərək uğurla yerinə yetirib. Belə ki, ötən il sifarişçi tərəfindən təsdiq edilmiş 16900 metr qazma keçidi əvəzinə, 18002 metr faktiki qazma keçidi əldə edilərək illik qazma planı 106,5 faiz yerinə yetirilib. Planda nəzərdə tutulan 5 quyu əvəzinə isə 6 quyu tikinti ilə təhvil verilərək illik plana 120 faiz əməl edilib.
“Bahar Enerji” Əməliyyat Şirkəti ilə Xəzər dənizinin Azərbaycan sektorundakı “Bahar” və “Qum Dəniz” yataqlarında qazma işlərini aparmaq üçün imzalanmış əməkdaşlıq müqaviləsi də 2013-cü ilin ən yaddaqalan uğurlarından biridir. Hazırda bu yataqlarda iki quyu qazılaraq sifarişçiyə təhvil verilib, daha bir quyuda isə qazma əməliyyatları davam etdirilir. 4 quyuda isə yeraltı təmir işləri həyata keçirilib.
2013-cü ilin oktyabrından isə, müəssisə Azərbaycanda yerli müəssisə tərəfindən ilk olaraq 13 saylı platformadan 350 saylı horizontal istismar quyusunun qazılmasına başlayıb və bu quyuda tikinti işlərini uğurla başa vurub. Bu quyunun qazılması Azərbaycan qazma sənayesi tarixində unikal hadisə kimi yadda qalıb. Belə ki, ilk dəfə olaraq məhz bu layihənin reallaşdırılması məqsədilə “Uralmaş 6000 PEM” qazma qurğusunun portal tipli qülləsində ən müasir qazma avadanlığı olan Yuxarı İntiqallı Qurğu- TopDrive quraşdırılmışdır. Horizontal quyunun milli qazma müəssisəsi tərəfindən qazılması həqiqətən təqdirəlayiq haldır. Layihə dərinliyi 3450 m olan 350 saylı quyu “Günəşli” yatağının dayaz sulu hissəsində “Fasilə” Lay Dəstəsinə (FLD) maksimum 84 dərəcə bucaq altında qazılıb.
Həmçinin, 2013-cü ildə Sağlamlıq, Texniki Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (STTƏMM) sahəsi ilə bağlı uğurları da qeyd etmək çox vacibdir. Belə ki, əməliyyatlar zamanı insan sağlamlığına, ətraf mühit və avadanlıqlara heç bir ziyan dəyməyib, 3565 ton həcmində polimer-kimyəvi və neft əsaslı qazma şlamı və 1416 kub metr həcmində müxtəlif məişət tullantıları toplanılaraq çeşidlənib və ulitizasiya edilib. Bununla yanaşı, əməkdaşlarımızın peşə bilik və bacarıqlarının artırılması məqsədi ilə yerli və xarici mütəxəssislər tərəfindən 33222 adamXsaat təlim keçirilib.
Ötən il SOCAR-AQŞ Azərbaycanın kollec, peşə məktəbləri və ali təhsil müəssisələrinin tələbələri üçün “Yay İstehsalat Təcrübə” Proqramını elan edib. Proqramın tətbiq olunmasında əsas məqsəd neft və qaz sektorunda karyera qurmaq arzusunda olan tələbələrə müəssisənin müxtəlif struktur bölmələrinin işlərində yaxından iştirak etmək və təcrübə qazanmaq imkanı yaratmaqdan ibarət olub. 15 tələbə 2 aylıq istehsalat təcrübəsi keçmək hüququ qazanaraq müəssisə tərəfindən sertifikatla təltif olunub. Bununla yanaşı, “Yay İstehsalat Təcrübə” Proqramında daha çox fəallıq nümayiş etdirən tələbələr müəssisənin işçi heyəti sıralarına qəbul edilib.
Beynəlxalq təcrübənin öyrənilməsi və həmçinin, beynəlxalq standartların tətbiqi müasir müəssisəyə çevrilmək üçün vacibdir. SOCAR-AQŞ bu istiqamətdə də inamla irəliləməkdə davam edir. Beynəlxalq standartların tətbiqi sahəsində müəssisəmizin əldə etdiyi əsas nailiyyət İsveçrənin SGS şirkəti tərəfindən keçirilmiş Təkrar Sertifikatlaşma Auditinin uğurla başa çatmasıdır. Audit, müəssisəmizin bütün sahələrini əhatə edib və SOCAR-AQŞ MMC-nin fəaliyyəti təkrar olaraq 3 beynəlxalq standartın: ISO 9001 (Keyfiyyətin idarə edilməsi standartı), ISO 14001 (Ətraf mühütin mühafizəsinin idarə edilməsi standartı) və OHSAS 18001 (Sağlamlıq, texniki təhlükəsizlik və əməyin mühafizəsinin idarə edilməsi standartı) standartlarının son nəşrləri üzrə növbəti 3 il müddətinə sertifikatlaşdırılıb. Bundan əlavə, müəssisədə Amerika Neft İnstitutu-API standartlarının tətbiqi məqsədilə 2 mərhələdən ibarət auditlər keçirilib. 2014-cü il üçün müəssisəmizin bu sahədə məqsədi API auditinin növbəti mərhələlərindən uğurla çıxmaq və API standartları üzrə sertifikat əldə etməkdir.
SOCAR-AQŞ öz kadr potensialını təkmilləşdirərək, yeni texnika və texnologiyaları mənimsəyərək və öz biznes proseslərini təkmilləşdirərək beynəlxalq qazma sənayesinə inteqrasiya siyasətini davam etdirmək və 2014-cü ildə yeni qazma bazarlarına çıxmaq əzmindədir.
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23

