“Avro-4” standartlarına keçid ekoloji tarazlığın qorunub saxlanmasına xidmət edir
24.01.2014 [08:58]
Ekspertlər “Avro-4” standartlarına keçidi müsbət addım kimi dəyərləndirirlər
Məlum olduğu kimi, ekoloji problemlər müasir dövrdə dünya ictimaiyyətini narahat edən əsas məsələlərdən biridir. Yerləşdiyi coğrafi mühitdən asılı olmayaraq, demək olar ki, bütün ölkələr mövcud ekoloji problemlərin həlli istiqamətində adekvat tədbirlər görürlər. Bu baxımdan, Azərbaycan da istisna təşkil etmir. Sirr deyil ki, ölkəmizdə ekoloji problemlərin həlli üçün dövlət proqramları mövcuddur və uğurla icra olunmaqdadır. Ölkə rəhbərliyinin prinsipial mövqeyi nəticəsində ekoloji vəziyyətin sağlamlaşdırılması və ətraf mühitin mühafizəsi sahəsində son bir neçə ildə xeyli işlər görülüb, ekologiya və ətraf mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilib. Ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına göstərilən diqqət, mövcud ekoloji problemlərin daha operativ həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, eləcə də ölkəmizdə 2010-cu ilin “Ekologiya ili” elan edilməsi bu sahənin ölkəmizdə prioritet olduğunu təsdiqləyir.
Qeyd edək ki, hazırda hava çirkliliyinə səbəb olan, dolayısıyla da, ekoloji tarazlığın pozulmasına gətirib çıxaran bütün halların aradan qaldırılması diqqət mərkəzindədir. Bu sırada “Avro-4” standartlarına keçid, yəni bu standartlara cavab verən avtomobillərin idxal edilməsi nəzərdə tutulub. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında bu məsələyə toxunaraq vurğulayıb ki, ekoloji vəziyyətin yaxşılaşdırılması işləri hər il diqqət mərkəzindədir: “Kompleks tədbirlər görülür. Daha da ciddi tədbirlər görülməlidir. Xüsusilə havanı çirkləndirən amillər bir daha təftiş edilməlidir. Əlbəttə ki, “Avro-3” standartına keçid sürətləndirilməlidir. “Avro-3” də son hədd deyildir. “Avro-4”, “Avro-5” ilə bağlı işlər daha da sürətlə getməlidir”.
Yeri gəlmişkən, ekspertlər də “Avro-4” standartlarına keçidi olduqca yüksək dəyərləndirirlər. Mütəxəssislər bu standartların tətbiq olunmasının ölkəmizdə ekoloji tarazlığın qorunub saxlanmasına yol açacağı qənaətindədirlər. Məsələn, KİV-ə açıqlamasında ekspert Sülhəddin Gözəlov bildirib ki, “Avro-1”, “Avro-2”, “Avro-3” standartları arasında kəskin fərq olmadığı halda, “Avro-3” və “Avro-4” arasında ciddi fərq mövcuddur: “Həm dəm qazı, həm azot oksidi üçün bu rəqəmlər iki dəfə azaldılıb. Daha da dəqiqləşdirsək, “Avro” standartlarında mühərrikdən xaric olan qazın tərkibindəki zəhərli komponentlər-dəm qazı, karbohidrogen birləşmələri, azot oksidləri və bərk hissəciklərin miqdarı “Avro-2” və “Avro-3”də rəqəm olaraq bir-birinə çox yaxındır. “Avro-4” standartında isə bu rəqəm çox kəskin fərqlənir”.
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi Standartlaşdırma və Sertifikatlaşdırma İnstitutunun direktoru Sadiq Abdullayev isə mətbuat konfransında məsələ ilə bağlı qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, aprelin 1-dən Azərbaycan “Avro-4” standartlarına cavab verən avtomobillər idxal edəcək: “Yeni standartın tətbiqi Azərbaycan Prezidentinin Sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin son iclasında ekologiyanın qorunması, vətəndaşların sağlamlığı və ekoloji təhlükəsizliyinin etibarlı təminatı ilə bağlı ölkə başçısı tərəfindən verilən tapşırığa uyğun olaraq həyata keçirilir”.
Qeyd edək ki, bəhs edilən tarixdən etibarən Azərbaycana Avropadan 2005-ci ildən, ABŞ-dan 2004-cü ildən, Yaponiya və Çindən 2011-ci ildən, Koreyadan 2006-cı ildən, Türkiyədən isə 2009-cu ildən istehsal olunan avtomobillər idxal olunacaq. Avro-4 standartına keçid ölkə ərazisində hazırda mövcud olan avtomobillərə aid deyil.
NURLAN
Xəbər lenti
Hamısına baxSiyasət
15 İyul 16:21
Elanlar
15 İyul 16:20
Mədəniyyət
15 İyul 16:17
Gündəm
15 İyul 16:16
Sosial
15 İyul 15:58
YAP xəbərləri
15 İyul 15:49
Siyasət
15 İyul 15:29
Sosial
15 İyul 15:27
Dünya
15 İyul 14:25
İqtisadiyyat
15 İyul 13:33
İdman
15 İyul 12:51
İqtisadiyyat
15 İyul 12:49
YAP xəbərləri
15 İyul 12:09
Siyasət
15 İyul 11:56
Siyasət
15 İyul 11:55
Sosial
15 İyul 11:30
Sosial
15 İyul 11:30
Gündəm
15 İyul 11:14
Siyasət
15 İyul 11:13
YAP xəbərləri
15 İyul 10:43
Gündəm
15 İyul 10:41
Maraqlı
15 İyul 10:39
Siyasət
15 İyul 10:38
İqtisadiyyat
15 İyul 10:30
Gündəm
15 İyul 10:21
Xəbər lenti
15 İyul 10:19
Ədəbiyyat
15 İyul 10:01
Dünya
15 İyul 09:58
Ədəbiyyat
15 İyul 09:37
YAP xəbərləri
15 İyul 09:33
MEDİA
15 İyul 09:30
İdman
15 İyul 08:46
Dünya
14 İyul 23:29
Dünya
14 İyul 23:10
Dünya
14 İyul 22:45
YAP xəbərləri
14 İyul 22:23
YAP xəbərləri
14 İyul 22:19
Dünya
14 İyul 22:19
Sosial
14 İyul 21:50
İqtisadiyyat
14 İyul 21:24
İqtisadiyyat
14 İyul 21:10
YAP xəbərləri
14 İyul 20:48
Dünya
14 İyul 20:43
Gündəm
14 İyul 20:33
Dünya
14 İyul 20:32
Müsahibə
14 İyul 20:18
Dünya
14 İyul 19:58
Maraqlı
14 İyul 19:22
Dünya
14 İyul 19:09
Dünya
14 İyul 18:26
Sosial
14 İyul 18:12
Dünya
14 İyul 17:33
Siyasət
14 İyul 17:27
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25

