Dövlət quruculuğunda yeni dövr
08.07.2026 [12:41]
Rəqəmsal İnkişaf Şurası innovasiya əsaslı iqtisadi modelə keçidi təmin edəcək
Azərbaycan hökuməti rəqəmsal iqtisadiyyat quruculuğu istiqamətində ən son innovasiyaların tətbiq edəcək. Rəqəmsal İqtisadiyyat Strategiyası və 3 illik Fəaliyyət Planı ölkə iqtisadiyyatında müasir texnologiyaların tətbiqinin və yerli istehsal potensialının genişləndirilməsi, habelə dövlət idarəetməsinin və infrastrukturun yüksək səviyyədə rəqəmsallaşdırılması əsasında dayanıqlı, rəqabətqabiliyyətli inkişafın təmin edilməsi üçün yeni hüquqi-iqtisadi arxitektura deməkdir. Sənəd rəqəmsal texnologiyaların müasir iqtisadi artımın əsas hərəkətverici qüvvəsinə çevrildiyi və qlobal rəqabətin kəskinləşdiyi bir dövrdə olduqca vacib hədəf konsepti kimi qiymətləndirilə bilər.
Prioritetlərə əsasən, rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində prioritet istiqamətlərin müəyyənləşdirilməsi, milli texnoloji potensialın gücləndirilməsi, rəqəmsal suverenliyin möhkəmləndirilməsi, innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi, həmçinin bu sahədə dövlət siyasətinin vahid və əlaqələndirilmiş şəkildə həyata keçirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. Şuranın sədri Birinci vitse-prezident, üzvləri isə dövlət qurumlarının yüksək vəzifəli nümayəndələri təyin edilib.
Rəqəmsal İnkişaf Şurasının fəaliyyətinin təşkili məqsədilə Katibliyin yaradılması da nəzərdə tutulur. Eyni zamanda, nəzərdə tutulmuş vəzifələrin icrası məqsədilə yerli və xarici ekspertləri, mütəxəssisləri, beynəlxalq təşkilatları, elmi müəssisə və təşkilatları cəlb edə, habelə aidiyyəti dövlət orqanlarının və digər maraqlı tərəflərin nümayəndələrindən ibarət ayrı-ayrı istiqamətlər üzrə işçi qruplar yarada bilər.
Şuranın əsas məqsədi rəqəmsal inkişaf sahəsi üzrə dövlət proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrasına nəzarəti və dövlət orqanları arasında siyasətin əlaqələndirilməsini təmin etməkdən ibarət olacaq. Həmçinin, dövlət qurumları tərəfindən icra olunan layihələrin bu sahədə mövcud strateji məqsədlərə uyğunluğunun təmin edilməsinə nəzarət həyata keçiriləcək.
Rəqəmsal infrastruktur qurulub, stimullaşdırıcı addımlar atılıb
Məlumdur ki, son illərdə ölkəmizdə innovasiya infrastrukturunun yaradılması, texnoparkların inkişafı, innovativ layihələr üçün maliyyə mexanizmlərinin əlçatanlığının artırılması, İKT sahəsində insan kapitalının yetişdirilməsi sahələrində elektron intibaha keçid sahəsində iradəli addlımlar atılır, möhkəm rəqəmsal infrastruktur qurulmaqdadır. Respublikamızda genişzolaqlı internetin inkişaf etdirilməsi və ölkənin ən ucqar yaşayış nöqtələrində yaşayan əhalinin yüksəksürətli internetə çıxışının təmin olunması məqsədilə təsdiq edilmiş “Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində müəyyən edilmiş hədəflərə nail olunub. Son 4 il ərzində ölkədə orta internet sürəti 7 dəfə artaraq 12.81 Mbit/saniyədən 90 Mbit/saniyəyədək yüksəlib. “Onlayn Azərbaycan” layihəsinin icrası sayəsində müasir IMS platforması ilə işləyən GPON avadanlığı və optik infrastruktur qurulub. Ölkə ərazisinin fiber-optik şəbəkə ilə geniş əhatə olunması tam başa çatdırılıb. Yüksək standartlara cavab verən “Hökumət buludu” istifadəyə verilib və son 4 il ərzində data mərkəzinə keçid edən qurumların sayı 3 dəfə artaraq 148-ə çatıb. Hazırda mövcud data mərkəzlərindən gücü 3 dəfə artıq olan yeni data mərkəzlərinin inşası davam etdirilir. Biometrik rəqəmsal imzanın (SİMA) uğurlu tətbiqi isə onlayn identifikasiyanı sadələşdirərək, dövlət və özəl sektor xidmətlərinin məsafədən göstərilməsini təmin edib. Habelə “Mygov” platforması yenidən qurularaq 2.5 milyondan artıq vətəndaşa xidmət göstərir. Hazırda sənədlərin fiziki təqdim edilməsinə ehtiyac aradan qaldırılaraq 2.3 milyondan artıq rəqəmsal sənəd “Mygov” platforması vasitəsilə təqdim edilməkdədir.
Yeni qurulan “Mygov Biznes” platforması isə biznes subyektləri tərəfindən bütün xidmətlərin “bir pəncərə” prinsipi əsasında əldə olunmasına və tam rəqəmsal formada istifadəyə şərait yaradacaq.
Ölkəmizin innovasiya ekosisteminin inkişafı ilə bağlı da güclü infrastruktur qurulub, biznes üçün bir sıra güzəştlər edilib. Vergi və Miqrasiya məcəllələrində, “Gömrük tarifi haqqında” və “Sosial sığorta haqqında” qanunlarında edilmiş dəyişikliklərə əsasən, texnologiyalar parkının rezidentləri vergi, gömrük və sosial güzəştlərlə əhatə olunublar.
Rəqəmsal biznes arxitekturası
Rəqəmsal inkişafın əsas yeniliklərindən biri dövlət xidmətlərinin təqdim edilməsində pərakəndəliyin aradan qaldırılması və vahid mərkəzləşdirilmiş sistemə keçiddir. Bu sxemə əsasən, bütün rəqəmsal dövlət xidmətləri, o cümlədən sənədlər yalnız “mygov” və “mygov Biznes” platformaları vasitəsilə vətəndaşlara və sahibkarlara təqdim olunması, ayrı-ayrı qurumların fərdi portal və mobil tətbiqlərinin vahid ekosistemdə birləşdirilməsi sayəsində də ardıcıl işlər aparılır. Rəqəmsal mühitdə biznes-dövlət münasibətlərinin optimallaşdırılması xüsusi əhəmiyyət kəsb edir. Dövlət, biznes və cəmiyyətin birgə fəaliyyəti iqtisadi həmrəyliyi təmin etməklə, rəqəmsal iqtisadiyyat quruculuğuna güclü təkan verir. Bu cəhətdən rəqəmsal transformasiyada özəl sektorun liderliyinin gücləndirilməsi, ailə-biznes modellərinin və fərdi sənaye istedadlarının, xüsusilə də startap və süni zəka sahəsində fəaliyyətinin stimullaşdırılması üçün çevik platformalar qurulmaqdadır.
Hədəf: rəqəmsal məhsul və xidmətlərin illik ixracının yüksəldilməsi
Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin maliyyələşdirilməsi dövlət büdcəsi və qanunla nəzərdə tutulan digər mənbələr hesabına təmin ediləcək. Bu, o deməkdir ki, dövlət büdcəsindən investisiyalarla yanaşı, özəl sektorun, xarici investorların və maliyyə institutlarının vəsaitlərinin cəlb edilməsi nəzərdə tutulur.
Fəaliyyət Planı üzrə nəzərdə tutulan tədbirlərin əlaqələndirilməsini və icrasına nəzarəti yeni yaradılan Rəqəmsal İnkişaf Şurası həyata keçirəcək.
Mərkəzi və yerli icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və səhmləri dövlətə məxsus olan hüquqi şəxslər, habelə dövlət adından yaradılan publik hüquqi şəxslər və digər büdcə təşkilatları, eləcə də Ali Məhkəmə, Baş Prokurorluq, Mərkəzi Bank, İnsan hüquqları üzrə Müvəkkil, Hesablama Palatası, Məhkəmə-Hüquq Şurası və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və tam icrasını təmin etməli olacaq.
Fəaliyyət Planının uğurlu icrası nəticəsində Azərbaycan Respublikasının beynəlxalq reytinqlərdə mövqeyinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması hədəflənir. Növbəti 10 ildə İKT sektorunun qeyri-neft-qaz ÜDM-də payının, rəqəmsal məhsul və xidmətlərin illik ixracının yüksəldilməsi, proaktiv xidmətlərin payının 50 faizə çatdırılması və ölkənin innovasiya əsaslı, rəqabətqabiliyyətli iqtisadiyyata keçidinin sürətləndirilməsi təmin ediləcək.
E.CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05
Sosial
08 İyul 16:01
Gündəm
08 İyul 15:23
Mədəniyyət
08 İyul 15:18
Dünya
08 İyul 15:18
YAP xəbərləri
08 İyul 15:17
Hərbi
08 İyul 15:03
Dünya
08 İyul 14:58
Dünya
08 İyul 14:20
Dünya
08 İyul 14:04
Sosial
08 İyul 13:58
Siyasət
08 İyul 13:42
Dünya
08 İyul 13:32
Dünya
08 İyul 13:09
Sosial
08 İyul 13:04
Sosial
08 İyul 13:03
İqtisadiyyat
08 İyul 13:02
İqtisadiyyat
08 İyul 12:41
YAP xəbərləri
08 İyul 12:23
İqtisadiyyat
08 İyul 12:19
İqtisadiyyat
08 İyul 12:05
Gündəm
08 İyul 11:53
İqtisadiyyat
08 İyul 11:50
Siyasət
08 İyul 11:45
Siyasət
08 İyul 11:25
Gündəm
08 İyul 10:58
Gündəm
08 İyul 10:49
Siyasət
08 İyul 10:31
YAP xəbərləri
08 İyul 10:20
Analitik
08 İyul 10:17
Elanlar
08 İyul 10:15
Analitik
08 İyul 09:56
Siyasət
08 İyul 09:30
İdman
08 İyul 09:27
Analitik
08 İyul 09:12
Sosial
08 İyul 08:54
Sosial
08 İyul 08:39
Dünya
08 İyul 07:43
Dünya
08 İyul 07:37
Dünya
08 İyul 07:36
Sosial
08 İyul 07:29
Müsahibə
07 İyul 23:21
Dünya
07 İyul 22:37
İdman
07 İyul 22:10
Dünya
07 İyul 21:44
Hadisə
07 İyul 21:19
Elm
07 İyul 20:41
İqtisadiyyat
07 İyul 20:17
Siyasət
07 İyul 20:09
Xəbər lenti
07 İyul 20:08
Elm
07 İyul 19:55
Dünya
07 İyul 19:50
Dünya
07 İyul 19:23
Sosial
07 İyul 18:06
Xəbər lenti
07 İyul 17:35

