32 ölkə arasında 1-ci yerdə
09.07.2026 [11:15]
Beynəlxalq Nəqliyyat Forumunun hesabatına əsasən, Azərbaycan yüksək investisiya səviyyəsinə malikdir
Hazırda Azərbaycan inkişafın elə bir yüksək səviyyəsinə çatıb ki, ölkəmizin ayrı-ayrı istiqamətlərdə müəyyənləşdirdiyi standartlar dünyada nümunə kimi qəbul edilir. O cümlədən respublikamızda Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi sayəsində mükəmməl nəqliyyat-logistika infrastrukturunun qurulması və bununla da həm daxili, həm də tranzit daşımaları üçün əlverişli şəraitin yaradılması beynəlxalq səviyyədə yüksək dəyərləndirilir.
Beynəlxalq Nəqliyyat Forumunun (BNF) son dəyərləndirməsi buna əyani misaldır. Qurum nəqliyyat infrastrukturuna investisiya yatırılması ilə bağlı 32 ölkə arasında araşdırma aparıb və Statistik Məlumat Bülleteni dərc edib. Hesabata əsasən, Azərbaycan bu sahəyə yönəldilən investisiyaların ÜDM-də payına görə birinci yerdə qərarlaşıb.
Artan qlobal gərginliklər fonunda diqqət Azərbaycana yönəlir
Hazırda beynəlxalq səviyyədə yaranan ən mühüm çağırışlardan biri nəqliyyat marşrutları və daşımalarla bağlıdır. Bu gün artan geosiyasi gərginliklər səbəbindən beynəlxalq nəqliyyat marşrutları heç də təhlükəsiz deyil. Son olaraq Hörmüz boğazı ilə bağlı izlənilən proseslər, qlobal iqtisadiyyat üçün mühüm əhəmiyyət daşıyan dar keçidin siyasi təzyiq alətinə çevrilməsi bütövlükdə dünyanı ciddi sınaq qarşısında qoyub. Müşahidə edilən bu kimi kataklizmlər, xüsusilə də Yaxın Şərqdə, daha əvvəl Qırmızı dənizdə baş verənlər, Rusiya-Ukrayna müharibəsinin uzanması regionda və qlobal miqyasda ölkələri, daşıma şirkətlərini alternativ nəqliyyat-logistika marşrutları axtarmaq məcburiyyətində qoyub. Daha təhlükəsiz və iqtisadi baxımdan səmərəli marşrutların önəmi heç vaxt olmadığı qədər artıb.
Belə, heç də adi olmayan bir şəraitdə nəzərlər həm də Azərbaycana dikilib. Bu, bir tərəfdən respublikamızın Avrasiyada son dərəcə əlverişli coğrafi mövqedə yerləşməsi, uzunmüddətli daxili sabitliyə malik olması, cəmiyyətdə tolerantlıq mühitinin hökm sürməsi, digər tərəfdən isə geniş nəqliyyat-logistika imkanları təqdim etməsi ilə bağlıdır. Prezident İlham Əliyev son 22 ildə ölkəmizin əlverişli coğrafi mövqeyini nəzərə almaqla strateji baxış nümayiş etdirərək qeyd olunan sahənin inkişafına həssas yanaşma sərgiləyib. Onun qətiyyətli siyasi iradəsi ilə ölkə boyunca böyük həcmlərdə investisiya qoyuluşu hesabına çoxsaylı nəqliyyat-logistika layihələri uğurla icra olunub və respublika ərazisindən keçən bütün marşrutlar üzrə tranzit daşımalarının optimal vaxt rejimində səmərəli şəkildə həyata keçirilməsinə geniş imkanlar yaradılıb. Tam qətiyyətlə deyə bilərik ki, hazırda Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat-logistika mərkəzinə çevrilib ki, bu da respublikamızın regional və qlobal miqyasda önəmini artıran çox mühüm amillərdən biri qismində çıxış edir.
BNF-nun təqdim etdiyi hesabatda da Azərbaycanın ölkə ərazisində nəqliyyat-logistika infrastrukturuna böyük həcmlərdə investisiyalar yönəltməsinə xüsusi diqqət çəkilib. Bildirilib ki, 2022-2024-cü illər üzrə Azərbaycanın daxili nəqliyyat infrastrukturuna investisiyaları ÜDM-in orta hesabla 3,5 faizini təşkil edib. Azərbaycan, Çin, Şimali Makedoniya, Serbiya kimi ölkələr ÜDM-in 2 faizdən çoxunu nəqliyyat infrastrukturuna yönəldərək beynəlxalq standartlara uyğun nəqliyyat şəbəkələrinin qurulması və genişləndirilməsi mərhələsindədir.
Müasir nəqliyyat infrastrukturunun yaradılmasına kompleks yanaşma
Azərbaycanda Beynəlxalq Nəqliyyat Forumunun hesabatında da yüksək qiymətləndirilən müasir nəqliyyat-logistika infrastrukturu quruculuğundan bəhs edərkən ölkəmizdə bu sahəyə kompleks yanaşma sərgiləndiyinin önəminə xüsusi diqqət çəkilməlidir. Hesabatda 2024-cü ilədək olan dövrün statistikasına istinad olunub. Respublikamızda 2004-cü ildən başlayaraq həmin tarixədək olan dövrdə nəqliyyat-logistika sahəsində reallaşdırılan layihələr müxtəlif istiqamətləri - avtomobil yollarını, dəmiryolunu, su və hava nəqliyyatını əhatə edib.
Azərbaycanın 2004-2024-cü illərdə məqsədyönlü şəkildə həyata keçirdiyi müasir nəqliyyat infrastrukturu quruculuğu siyasətinin konkret nəticələrini bütün ölkə boyunca avtomobil yollarının yenilənməsinin timsalında aydın şəkildə görmək mümkündür. Bütövlükdə, ölkəmizdə avtomobil yollarının yenidən qurulması ilə bağlı statistika kifayət qədər zəngindir. Belə ki, bəhs olunan dövrdə ölkə ərazisində təxminən 20 min kilometr uzunluğunda avtomobil yolları tikilib və yaxud əsaslı şəkildə yenidən qurulub.
Respublikamızda dəniz nəqliyyatının inkişafı xüsusi diqqət mərkəzində saxlanılıb. Bu gün Azərbaycan Xəzərdə ən böyük daşıma donanmasına malikdir. Burada əlamətdar məqamlardan biri də ondan ibarətdir ki, Azərbaycan nəqliyyat imkanlarını ölkə hüdudlarından kənara çıxarmağı bacarıb. Qara dənizdə daşımalar həyata keçirmək üçün üç böyük tanker alınıb. Onların hər biri 115 min ton yükgötürmə qabiliyyətinə malikdir. Xarici sualarda Azərbaycan bayrağı altında üzən gəmilər “Aframax” tipli tankerlərdir. İndiyə qədər Azərbaycan gəmiçilik tarixində istismar edilən ən böyük tanker 13 min ton dedveytə malik olub. Beləliklə, həmin gəmilərdən təxminən 10 dəfə böyük olan “Aframax” tipli tankerlərin alınması ilə Azərbaycan gəmiçiliyi yeni dövrə qədəm qoyub.
Bu gün artan geosiyasi gərginliklər və digər səbəblərə görə dövlətlər arasında ənənəvi təchizat zənciri qırılıb. Bir sıra hallarda istehsalçı ölkələr öz məhsullarının satışını da siyasi təzyiq vasitəsinə çevririrlər. Bu, dəniz nəqliyyatı donanmalarının təchizatına da aiddir. Azərbaycan bu sahədə də Prezident İlham Əliyevin zamanında nümayiş etdirdiyi strateji baxışları, siyasi qətiyyəti sayəsində qabaqlayıcı tədbirlər görməyə nail olub. Söhbət ölkəmizdə gəmiqayırma zavodunun yaradılmasından gedir. Bəhs olunan müəssisənin açılış mərasimi dövlətimizin başçısının iştirakı ilə 20 sentyabr 2013-cü ildə baş tutub. İstehsalat Xəzər dənizində ən müasir tələblərə cavab verən istənilən növ müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri və ümumilikdə, dəniz mühəndisliyi işlərinin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərir.
Reallaşdırılan çoxsaylı layihələr sayəsində respublikamızda dəmir yolu şəbəkəsinin texniki imkanları və keyfiyyət göstəriciləri əhəmiyyətli dərəcədə yaxşılaşıb, texnika parkı modernləşib. Müvafiq Dövlət Proqramının icrası çərçivəsində çoxsaylı layihələr reallaşdırılıb. Bu çərçivədə Bakı-Böyük Kəsik istiqamətində 355 km yol əsaslı təmir olunub və 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib. 2015-ci ilin sentyabrında yenidən qurulan Bakı-Sumqayıt dəmir yolu xətti ilə Azərbaycanda ilk “Stadler” qatarı yola düşüb. 2019-cu ildə Bakı-Sabunçu və Sabunçu-Pirşağı xətləri istifadəyə verilib. 2020-ci il martın 18-də isə Pirşağı-Görədil-Novxanı-Sumqayıt hissəsinin açılışı ilə Abşeron dairəvi xətti tam istismara verilib. Abşeron dairəvi xəttinin uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə ümumi uzunluğu isə 198 kilometrdir. Bu yol Bakının və Abşeron yarımadasının ən önəmli nəqliyyat layihələrindən birinə çevrilib.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri çərçivəsində ən zəruri infrastrukturun yaradılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına əsasən dəmir yollarının tikintisi işləri də qrafik üzrə davam etdirilir. Bu sırada uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisini xüsusi qeyd edə bilərik. Bundan başqa, Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm işlər görülüb və yeni layihələr də gündəmdədir.
Həmçinin respublikamızda 10-dək aeroportun inşası təmin edilib. Hazırda ölkənin regionlarında da beynəlxalq səviyyəli hava limanları fəaliyyət göstərir. Füzulidə, Zəngilanda və Laçında olmaqla daha 3 beynəlxalq səviyyəli hava limanı isə işğaldan azad olunmuş ərazilərdə yaradılıb.
Üç beynəlxalq dəhlizin fəal üzvü
Avropa ilə Asiya arasında ən optimal və təhlükəsiz marşrutlar sayılan Şərq-Qərb, Şimal-Cənub dəhlizləri və Transxəzər (Orta Dəhliz) marşrutu məhz respublikamızın ərazisindən keçir. Bəhs olunan dəhlizlərdə Avrasiyanın müxtəlif dövlətləri təmsil olunurlar. Azərbaycan isə yeganə ölkədir ki, hər üç marşrutun fəal üzvüdür və onların inkişafına müstəsna töhfələr verir.
Azərbaycanın nəqliyyat-logistika imkanlarını artıraraq Avrasiyanın mühüm nəqliyyat hablarından birinə çevrilməsindən bəhs edərkən ölkəmizin liderliyi ilə inşa olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolunun və Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının önəmini ayrıca qeyd edə bilərik. Şərq-Qərb marşrutunun və Orta Dəhlizin funksionallığının artmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars dəmir yolu xətti məhz Azərbaycanın moderatorluğu ilə inşa olunaraq 2017-ci ildə istifadəyə verilib. Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiyanın dəmir yolları şəbəkələrinin birləşdirilməsini təmin edib. Layihəyə əsasən, polad magistralla növbəti illərdə 17 milyon ton və daha çox yük daşınması nəzərdə tutulur. Artan yük həcmləri nəzərə alınmaqla yenə də ölkəmizin təşəbbüsü ilə BTQ-nin ötürücülük imkanlarının genişləndirilməsi üzrə layihə də artıq yekunlaşıb.
Beynəlxalq dəhlizlərin potensialı dəmir yolları ilə yanaşı, limanların yükaşırma qabiliyyəti ilə də sıx bağlıdır. Bu baxımdan, Xəzər dənizində ən böyük ticarət limanlarından biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyətinin ildə 15 milyon tondan 25 milyon tona qədər artırılması istiqamətində fəal iş aparılır. Bakı Beynəlxalq Ticarət Limanının birinci fazasının illik yükdaşıma qabiliyyəti 15 milyon tondur. Genişləndirmə layihəsi çərçivəsində limanın avtomatlaşdırılması nəticəsində buradan keçən tranzit yüklərin daha sürətli ötürülməsinə imkan yaranacaq.
BNF-nun təqdim olunan hesabatında bu kimi faktlara istinad edilməklə Azərbaycanın uzunmüddətli investisiya dinamikası müsbət qiymətləndirilib. Belə ki, 2012-2014-cü illərlə müqayisədə 2022-2024-cü illərdə nəqliyyat infrastrukturuna investisiyaların ÜDM-də payı 0,6 faiz artıb. Bu, Azərbaycanın son 10 ildə nəqliyyat infrastrukturuna yatırımları davamlı şəkildə artıran ölkələrdən biri olduğunu göstərir.
BNF son 10 ildə dəmir yolu infrastrukturuna yatırılan investisiyaların artımını da təhlil edib. Araşdırmaya görə, 32 ölkədən 20-sində dəmir yoluna ayrılan investisiyaların payı yüksəlib. Azərbaycanın bu sahədəki göstəricisi daha sabit dəyişir. Hesabatdan bir daha aydın olur ki, Azərbaycan yüksək investisiya səviyyəsinə malikdir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09
Sosial
09 İyul 20:43
Dünya
09 İyul 20:43
Dünya
09 İyul 20:18
Dünya
09 İyul 19:52
Dünya
09 İyul 19:25
Dünya
09 İyul 19:07
Müsahibə
09 İyul 18:37
İqtisadiyyat
09 İyul 17:20
Dünya
09 İyul 17:19
Elanlar
09 İyul 16:49
İqtisadiyyat
09 İyul 16:35
Siyasət
09 İyul 16:34
Sosial
09 İyul 16:32
Dünya
09 İyul 16:32
Gündəm
09 İyul 16:31
Dünya
09 İyul 16:24
Elm
09 İyul 15:22
Elm
09 İyul 15:21
YAP xəbərləri
09 İyul 15:18
Sosial
09 İyul 14:45
İqtisadiyyat
09 İyul 14:21
İqtisadiyyat
09 İyul 13:22
Sosial
09 İyul 12:55
Sosial
09 İyul 12:50
Sosial
09 İyul 12:15
İdman
09 İyul 12:13
Elm
09 İyul 12:02
YAP xəbərləri
09 İyul 11:45
İqtisadiyyat
09 İyul 11:40
Gündəm
09 İyul 11:35
İqtisadiyyat
09 İyul 11:15
Siyasət
09 İyul 11:03
İqtisadiyyat
09 İyul 10:50
Dünya
09 İyul 10:41
Siyasət
09 İyul 10:39
Dünya
09 İyul 10:17
İqtisadiyyat
09 İyul 10:08
Dünya
09 İyul 09:52
Analitik
09 İyul 09:50
Analitik
09 İyul 09:42
Ədəbiyyat
09 İyul 09:36
Ədəbiyyat
09 İyul 09:29
Dünya
09 İyul 09:20
Dünya
09 İyul 08:43
Dünya
08 İyul 23:35
İqtisadiyyat
08 İyul 23:19
Dünya
08 İyul 22:46
Dünya
08 İyul 22:19
Sosial
08 İyul 21:55
Dünya
08 İyul 21:23
Dünya
08 İyul 20:42
Hadisə
08 İyul 20:17
Dünya
08 İyul 19:58
Dünya
08 İyul 19:20
Elm
08 İyul 19:14
YAP xəbərləri
08 İyul 18:55
Dünya
08 İyul 18:25
Dünya
08 İyul 17:43
Dünya
08 İyul 16:31
Sosial
08 İyul 16:30
Dünya
08 İyul 16:21
Siyasət
08 İyul 16:05

