Azərbaycanın “Azerspace-2” ikinci telekommunikasiya peyki layihəsi üzərində işlərə başlanılır
08.02.2014 [15:43]
Azərbaycanın ilk “Azerspace-1” telekommunikasiya peyki 2013-cü il fevralın 8-də Fransız Qvianasındakı Kosmik Mərkəzində Kuru kosmodromundan orbitə buraxılıb.
“Azerspace-1” peyki 46 dərəcə şərq uzunluğu geostasionar orbitə çatdırılıb və ən azı 15 illik istismar müddətində Avropa, Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli yayım və telekommunikasiya xidmətləri göstərəcək.
Azərbaycan Prezidenti İlham Əliyev bu hadisəni xalqımızın, dövlətimizin böyük tarixi nailiyyəti adlandırıb. Dövlətimizin başçısı deyib: “Bu, doğrudan da tarixi bir gündür, böyük nailiyyətdir, dövlətimizin böyük qələbəsidir. Bu hadisə onu göstərir ki, müstəqil Azərbaycan dövləti sürətlə, hərtərəfli inkişaf edir və biz artıq kosmik klubun üzvüyük”.
“Azərspace-1” telekommunikasiya peyki ötən ilin iyul ayından kommersiya fəaliyyətinə başlayıb. Peyk üzərindən 60-dan çox yerli və xarici teleradio kanalının yayımı, eləcə də digər müştərilər üçün müxtəlif rabitə kanallarının və platformalarının təşkili həyata keçirilir. Peykin fəaliyyəti nəticəsində altı ay ərzində təxminən 10 milyon ABŞ dolları məbləğində xidmətlər ixrac edilib və bu vəsait “Azərkosmos ASC” tərəfindən kredit borclarının ödənilməsinə yönəlib. Peyklərin Azərbaycandan idarə olunması məqsədi ilə Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzləri yaradılıb. Azərbaycanın ilk peyki də həmin mərkəzlərdən yerli mütəxəssislər tərəfindən uğurla idarə olunur. 2016-cı ildə fəzaya buraxılması planlaşdırılan Yer səthinin məsafədən müşahidəsi peykinin layihə sənədləri üzrə hazırlıq işləri başa çatmaqdadır. Müşahidə peykinin ən yeni texnoloji göstəricilər əsasında hazırlanması nəzərdə tutulub. Azərbaycanın ikinci telekommunikasiya peykinin isə 2017-ci ildə orbitə çıxarılması planlaşdırılır.
Azərbaycanda yüksək texnologiyaların tətbiqinə və ölkədə kosmik sənayenin yaradılmasına böyük diqqət göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin prioritet elan olunması, 2013-cü ilin ölkədə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsi bu sahənin inkişafına dövlət səviyyəsində göstərilən diqqətin əyani təsdiqidir.
Dövlətimizin başçısının imzaladığı “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Sərəncamı və təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” Azərbaycanın beynəlxalq kosmik klubun üzvünə çevrilməsi, ölkədə peyk texnologiyalarının yayılması və tətbiqi üçün geniş imkanlar açıb.
Bunun ardınca Prezident İlham Əliyev 2010-cu ildə “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb və həmin quruma telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, Əsas və Ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzlərinin yaradılması ilə bağlı xüsusi tapşırıq verilib.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

