2013-cü ildə POS-terminallar vasitəsilə 330 milyon manat nağdsız əməliyyat aparılıb
14.02.2014 [09:10]
Sahir Məmmədxanov: Ötən il ərzində Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 6 milyard 663,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub
Dünən Vergilər Nazirliyində 2013-cü ilin yekunları və 2014-cü ildə görüləcək işlərə həsr olunmuş mətbuat konfransı keçirilib. Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahir Məmmədxanov deyib ki, 2013-cü il ərzində nazirlik tərəfindən dövlət büdcəsinə 6 milyard 663,6 milyon manat vəsaitin ödənilməsi təmin olunub. Bu da 2013-cü ilin dövlət büdcəsində müəyyənləşdirilmiş proqnozlara nisbətən 263,6 milyon manat və ya 4,1 faiz, 2012-ci illə müqayisədə isə 638,1 milyon manat və ya 10,6 faiz çoxdur. Qeyri-neft-qaz sektorundan daxil olan vergilərin məbləği 2012-ci ilə nisbətən 474,9 milyon manat və ya 14,4 faiz artaraq, 3 milyard 761,6 milyon manat təşkil edib.
S.Məmmədxanov vurğulayıb ki, ötən il Vergilər Nazirliyi tərəfindən vergi ödəyicilərinə göstərilən elektron xidmətlərin sayı artırılaraq 51-ə çatdırılıb. Hazırda bu, ölkədə dövlət strukturları tərəfindən tətbiq olunan ən geniş elektron xidmətlər toplusudur. Bu gün vergi ödəyicisi praktiki olaraq, qeydiyyatdan tutmuş bəyannamələrin göndərilməsi və vergilərin ödənişinə qədər dövlət qarşısında bütün vergi öhdəliklərini distant formatda yerinə yetirə bilir.
2013-cü ildə elektron hökumət proqramı çərçivəsində həyata keçirilən layihələrin davamı olaraq Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi və Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə birlikdə “Asan imza” layihəsinin reallaşdırılmasına, 2013-cü ildən isə elektron və mobil imzaların tətbiqi məqsədilə Vergilər Nazirliyinin Sertifikat Xidməti Mərkəzinin fəaliyyətə başladığını bildirən nazir müavini artıq mobil rəqəmsal imza sahiblərinin sayının 23 min nəfəri, mobil elektron imzanın istifadəsi üzrə əməliyyatların ümumi sayının isə 2 milyonu ötdüyünü diqqətə çatdırıb. Bakı şəhərində yeni Vergi ödəyicilərinə xidmət mərkəzi və genişləndirilmiş 195 Çağrı Mərkəzi istifadəyə verilib.
KİV nümayəndələrinə ötən il tətbiqinə başlanmış elektron audit layihəsi, vergi partnyorluğu sazişlərinin bağlanması, yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqini genişləndirmək məqsədi daşıyan “Bələdiyyələrin Vergi İnformasiya Sistemi” Pilot layihəsi barədə məlumat verilib.
2013-cü ildə vergi nəzarəti tədbirləri sahəsində görülən işlərdən, o cümlədən, operativ nəzarət tədbirləri, səyyar və kameral vergi yoxlamalarından, eləcə də, vergi hüquqpozmaları ilə mübarizə sahəsində görülən işlərdən danışan nazir müavini qeyd edib ki, vergi inzibatçılığında səmərəli mexanizmlərin tətbiqi sayəsində vergi ödəyicilərinin dövlət büdcəsinə olan borclarının məbləği 2013-cü il ərzində 9 faiz azalıb, borclu vergi ödəyicilərinin ümumi vergi ödəyicilərinin sayında xüsusi çəkisi 3,4 faizə qədər azalıb.
S.Məmmədxanov ötən müddət ərzində nağdsız ödənişlərin stimullaşdırılması, muzdlu işlə əlaqədar əmək haqqından tutulan gəlir vergisi üzrə vergitutma bazasının və qeyri-leqal məşğulluğun leqallaşdırılması istiqamətində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən kompleks tədbirlər, bu sahələrdə mövcud olan xarakterik nöqsanları KİV nümayəndələrinin diqqətinə çatdırıb.
2014-cü ildə vergi orqanları qarşısında duran vəzifələrə toxunan nazir müavini dövlət büdcəsinə vergi daxilolmaları, qeyri-neft-qaz sektoru üzrə büdcə proqnozları, vergi orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr barədə də məlumat verib.
Mətbuat konfransında audit və operativ nəzarət məsələləri üzrə vergilər nazirinin müşaviri İlqar Əhmədov, Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov, İqtisadi təhlil və sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı Baş İdarəsinin rəisi İlkin Vəliyev də iştirak ediblər.
Daha sonra media nümayəndələrinin suallarını cavablandıran S.Məmmədxanov deyib ki, 2013-cü ildə POS-terminallar vasitəsilə 330 milyon manat məbləğində nağdsız əməliyyat həyata keçirilib. Onun sözlərinə görə, ötən il ölkə üzrə 7 min POS-terminal quraşdırılıb, bununla da ölkə üzrə quraşdırılan POS-terminalların sayı 33 minə çatdırılıb. Nazir müavini bu il də ölkə üzrə POS-terminalların quraşdırılmasının davam etdiriləcəyini qeyd edib.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

