Azərbaycanın möhkəm təhlükəsizlik yastığı - etibarlı maliyyə təminatı
04.08.2026 [10:16]
Güclü maliyyə təminatı Azərbaycanın davamlı inkişafının əsas şərtlərindən biri qismində çıxış edir. Məlumdur ki, bəzi dövlətlərin maliyyə imkanları aşağıdır və buna görə də onlar beynəlxalq maliyyə qurumlarından asılı vəziyyətə düşüblər. Azərbaycan isə özünün geniş maliyyə imkanlarına əsaslanmaqla iqtisadi müstəqilliyini tam təmin edib.
Hazırda dünyada Azərbaycan kimi öz problemlərini sırf öz gücünə həll edən dövlətlərin sayı çox azdır. Bu gün Azərbaycan daxili imkanları hesabına həm Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin bərpasını həyata keçirir, həm də bütün ölkə boyunca nəhəng infrastruktur layihələri reallaşdırır. Eyni zamanda, respublikamız bir sıra xarici dövlətlərdə yüksək investisiya fəallığı nümayiş etdirir ki, bütün bunlar da Azərbaycanın möhkəm maliyyə dayanıqlılığına malik olmasının göstəricisidir. Mərkəzi Bankın sədri Taleh Kazımovun faiz dəhlizinin parametrləri ilə bağlı qəbul olunmuş qərarın açıqlanmasına həsr olunmuş mətbuat konfransında çıxışı zamanı təqdim etdiyi məlumatlardan aydın olur ki, ölkəmizin uğurlu maliyyə siyasəti cari ilin birinci yarısında da eyni ardıcıllıqla davam etdirilib.
Ölkənin strateji valyuta ehtiyatlarının artması çox mühüm göstəricidir
Mərkəzi Bankın rəsmisinin məlumatına görə, cari ilin yanvar-iyun aylarında Azərbaycanın strateji valyuta ehtiyatları 0,7 milyard dollar və yaxud 0,8 faiz artıb.
T.Kazımov qeyd edib ki, ehtiyatlar 40 aylıq idxala kifayət edir, geniş manat kütləsini 3,4 dəfə üstələyir.
Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları 85,8 milyard dollardır. Ölkəmiz valyuta ehtiyatlarının həcminə görə, Cənubi Qafqazın digər respublikalarını böyük fərqlə arxada qoyur. Müqayisə üçün bildirək ki, Gürcüstan 7,1 milyard, Ermənistan isə təqribən 5,89 milyard ABŞ dolları həcmində beynəlxalq valyuta ehtiyatlarına malikdir.
Ölkəmizdə maliyyə sahəsində müsbət məqamlardan biri də ondan ibarətdir ki, cari əməliyyatlar balansında (CƏB) davamlı profisit izlənilir. Taleh Kazımovun məlumatına əsasən, bu il cari əməliyyatlar balansının profisitinin 6,1 milyard dollar olacağı gözlənilir. Gələn il isə CƏB-in 5,2 milyard dollar olacağı proqnozlaşdırılır.
Mərkəzi Bankın sədri həmçinin cari ilin iqtisadi artım proqnozuna da diqqət çəkib. Onun sözlərinə görə, cari ildə Azərbaycanda iqtisadi artımın 0,5 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 2,4 faiz olacağı gözlənilir.
Ölkəmizdə cari ildə iqtisadi artımın zəif olması müəyyən obyektiv amillərlə bağlıdır və keçici xarakter daşıyır. Bunu proqnozlardan da görmək mümkündür. Taleh Kazımov qeyd edib ki, gələn il üçün Azərbaycanda müvafiq olaraq 2,6 faiz və 3,9 faiz iqtisadi artım proqnozlaşdırılır.
İllik inflyasiya proqnozu: Uçot dərəcəsi dəyişməyib, manatın məzənnə sabitliyi təmin olunur
Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin, sabit - 6,5 faiz səviyyəsində saxlanılması barədə qərar qəbul edib. Qərara görə, faiz dəhlizinin aşağı həddi 5,5 faiz, yuxarı həddi isə 7,5 faiz səviyyəsində saxlanılır.
Mərkəzi Bankdan verilən məlumata görə, faiz dəhlizi ilə bağlı qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf daxilində olması, qlobal geosiyasi gərginliklərin yaratdığı risklər, qlobal maliyyə konyunkturu və daxili makroiqtisadi mühit, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyü əsas götürülüb.
Verilən məlumata görə, illik inflyasiya hədəf daxilindədir və baza ssenarisi üzrə proqnoz trayektoriyasına uyğun hərəkət edir. Cari ilin iyun ayında 12 aylıq inflyasiya 5,8 faiz təşkil edib. Mərkəzi Bank bildirir ki, illik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 7,1 faiz, ödənişli xidmətlər üzrə 5,6 faiz, qeyri-qida məhsulları üzrə isə 3,8 faiz olub. İllik baza inflyasiya 5,5 faiz təşkil edib.
Mərkəzi Bankın sədri bildirib ki, inflyasiyanı azaldan əsas amil nominal effektiv məzənnədir. Azərbaycan manatının möhkəmlənməsi ölkəyə idxal olunan inflyasiyanı azaldır. “İnflyasiyanın idarə olunmasında qiymətlərin artmasına təsir edən əsas amillər ticarət tərəfdaşlarımızdakı inflyasiya prosesləri və xərc amilləridir: Bu baxımdan əsasən kənd təsərrüfatı istehsalçı qiymətlərini izləyirik”, - deyə T.Kazımov qeyd edib.
Manatın məzənnə sabitliyinin qorunması baxımından, neft-qaz qiymətləri böyük önəm daşıyır. T.Kazımovun sözlərinə görə, 2026-cı ildə neftin 1 barelinin orta qiyməti 87,7 dollar, təbii qazın 1000 kubmetrinin qiyməti isə 327 dollar olacaq. Qurum rəsmisi bildirib ki, gələn il üzrə isə neftin 1 barelinin orta qiymətinin 82,8 dollar, təbii qazın 1000 kubmetrinin qiymətinin isə 294 dollar olacağını gözləyirik.
Valyuta hərracları niyə baş tutmayıb?
Respublikamızda aprelin 1-dən etibarən keçirilməsi planlaşdırılan 34 hərracdan 23-ü baş tutmayıb. Hərraclarda ümumilikdə 303 milyon dollar satılıb. Mövcud şəraitdə AMB valyuta bazarında alışyönümlü müdaxilə həyata keçirib.
Taleh Kazımov bu il əksər valyuta hərracının baş tutmamasına aydınlıq gətirib. O bildirib ki, bu il aprel ayının 1-dən bu günədək keçirilməsi planlaşdırılan 34 valyuta hərracından 23-nün baş tutmaması həmin hərraclarda valyutaya tələbin olmadığına görədir. “Biz hərracda 70 milyon dollar satışa çıxarmışıq, lakin onu almaq istəyən olmayıb. Belə vəziyyət 2016-2017-ci illərdən bəri ilk dəfə müşahidə olunur. Hətta təkcə may ayında ümumiyyətlə heç bir valyuta hərracı keçirilməyib. Bu vəziyyətin əsas səbəblərindən biri 2022-ci ildən fəaliyyət göstərən banklararası valyuta ticarəti platformasıdır”, - deyə Taleh Kazımov açıqlayıb.
Azərbaycanın xarici dövlət borcu azalıb
Cari il iyulun 1-nə Azərbaycan Respublikasının dövlət borcu (daxili və xarici dövlət borcu) 23 milyard 830,6 milyon manat və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat məbləğində proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 18,2 faizini təşkil edib.
Maliyyə Nazirliyindən bildirilib ki, ümumi dövlət borcunun 7 milyard 848,6 milyon manatı (4 milyard 616,8 milyon dollar) və ya 32,9 faizi xarici dövlət borcunun, 15 milyard 982 milyon manatı və ya 67,1 faizi daxili dövlət borcunun payına düşür.
Cari il iyulun 1-nə Azərbaycanın xarici dövlət borcu 4 milyard 616,8 milyon dollar və ya 2026-cı il üzrə 130 milyard 873,5 milyon manat (76 milyard 984,4 milyon dollar) məbləğində proqnozlaşdırılan ümumi daxili məhsulun (ÜDM) 6 faizini təşkil edib.
Maliyyə Nazirliyindən bildirilib ki, xarici dövlət borcu 2026-cı ilin əvvəli ilə müqayisədə mütləq ifadədə 196,7 milyon dollar və ya 4,1 faiz azalıb. Bu ilin birinci yarısı ərzində kredit sazişləri çərçivəsində 57,1 milyon dollar məbləğində vəsaitin istifadə edilməsi və xarici valyuta məzənnələrinin ABŞ dollarına münasibətdə zəifləməsi nəticəsində xarici dövlət borcunun ABŞ dolları ifadəsində 20,4 milyon ABŞ dolları məbləğində azalması müqabilində 233,4 milyon dollar vaxtı çatmış əsas borc ödənişlərinin həyata keçirilməsi xarici dövlət borcunun azalmasını şərtləndirib.
İyulun 1-nə xarici dövlət borcunun ÜDM-ə nisbəti 2026-cı ilin əvvəli ilə müqayisədə 0,3 faiz bəndi azalıb. Hesabat tarixinə xarici dövlət borcunun tərkibində dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici dövlət borcunun 49,4 faizini, sabit dərəcə ilə olanlar isə 50,6 faizini təşkil edib.
Qeyd edək ki, xarici dövlət borcu portfelinin 35,7 faizi Asiya İnkişaf Bankının, 30 faizi avrobondların, 12,9 faizi Dünya Bankının, 21,4 faizi isə İslam İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi, Asiya İnfrastruktur və İnvestisiya Bankı və digər kreditorlardan cəlb edilmiş öhdəliklərin payına düşür.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
04 Avqust 18:42
Dünya
04 Avqust 18:25
Dünya
04 Avqust 17:57
İdman
04 Avqust 17:40
Dünya
04 Avqust 17:35
Dünya
04 Avqust 17:10
Elm
04 Avqust 17:10
Dünya
04 Avqust 16:55
Dünya
04 Avqust 16:22
İqtisadiyyat
04 Avqust 16:10
Dünya
04 Avqust 15:45
İqtisadiyyat
04 Avqust 15:33
Elm
04 Avqust 15:28
Mədəniyyət
04 Avqust 15:28
İdman
04 Avqust 15:25
Dünya
04 Avqust 15:21
Dünya
04 Avqust 15:20
Dünya
04 Avqust 14:55
İqtisadiyyat
04 Avqust 14:37
Sosial
04 Avqust 14:32
Elm
04 Avqust 14:30
Dünya
04 Avqust 14:28
Dünya
04 Avqust 14:20
İdman
04 Avqust 14:19
Sosial
04 Avqust 14:05
Dünya
04 Avqust 13:50
İqtisadiyyat
04 Avqust 13:50
Sosial
04 Avqust 13:40
Siyasət
04 Avqust 13:30
Dünya
04 Avqust 13:30
Elm
04 Avqust 13:20
İqtisadiyyat
04 Avqust 13:15
Elm
04 Avqust 13:10
Dünya
04 Avqust 12:50
Mədəniyyət
04 Avqust 12:50
İqtisadiyyat
04 Avqust 12:25
Gündəm
04 Avqust 12:24
Dünya
04 Avqust 12:20
Sosial
04 Avqust 12:05
İqtisadiyyat
04 Avqust 11:50
Gündəm
04 Avqust 11:35
Gündəm
04 Avqust 11:12
YAP xəbərləri
04 Avqust 11:07
Gündəm
04 Avqust 10:54
Gündəm
04 Avqust 10:38
İqtisadiyyat
04 Avqust 10:16
Analitik
04 Avqust 09:55
İqtisadiyyat
04 Avqust 09:35
Elm
04 Avqust 09:13
Dünya
03 Avqust 23:17
Siyasət
03 Avqust 22:38
Dünya
03 Avqust 22:34
Dünya
03 Avqust 22:20
Sosial
03 Avqust 21:14
Dünya
03 Avqust 20:33
Dünya
03 Avqust 19:17
YAP xəbərləri
03 Avqust 18:40
Yeni texnologiyalar
03 Avqust 18:20
Dünya
03 Avqust 17:35
Dünya
03 Avqust 16:18
Dünya
03 Avqust 15:40
Dünya
03 Avqust 14:22
Dünya
03 Avqust 13:38
YAP xəbərləri
03 Avqust 12:30
YAP xəbərləri
03 Avqust 12:28
Dünya
03 Avqust 12:24
Gündəm
03 Avqust 12:04
Dünya
03 Avqust 11:19
Dünya
03 Avqust 10:55
Dünya
03 Avqust 10:33

