Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İdman / Qubada keçirilən qolf turnirində 3 ölkənin idmançıları mübarizə aparıblar

Qubada keçirilən qolf turnirində 3 ölkənin idmançıları mübarizə aparıblar

04.08.2026 [15:25]

Azərbaycanda ilk dəfə yeniyetmələr arasında "Caspian Junior Cup 2026” beynəlxalq qolf turniri təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “Quba Palace Hotel”in nəzdində fəaliyyət göstərən “The National Azerbaijan Golf Club”da keçirilən yarışda Qazaxıstan, Özbəkistan və Qırğızıstanın milli qolf federasiyalarını təmsil edən gənc idmançılar mübarizə aparıblar.

Beynəlxalq turnir yeniyetmələr üçün təşkil olunan qolf düşərgəsinin yekun tədbiri olub.

Mükafatlandırma mərasimində Qazaxıstan, Özbəkistan və Qırğızıstanın Azərbaycandakı diplomatları, dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər.

"Caspian Junior Cup 2026” uşaq və yeniyetmə qolfunun inkişafına dəstək vermək, regional idman əməkdaşlığını gücləndirmək və Azərbaycanın beynəlxalq qolf xəritəsində mövqeyini daha da möhkəmləndirmək məqsədi daşıyır.

Paylaş:
Baxılıb: 52 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Parisin “Bit bazarı”

04 Avqust 11:50  

Analitik

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31