İnnovativ İKT-nin inkişafı naminə...
12.03.2014 [09:34]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması İKT sənayesinin qabaqcıl modellərinin tətbiqinə səbəb olacaq
Məlum olduğu kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin bazasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) yaradılıb. Azərbaycanda dövlət idarəetmə strukturunu təkmilləşdirmək məqsədi ilə yaradılan yeni dövlət qurumu ölkədə informasiya texnologiyaları, rabitə, milli informasiya təhlükəsizliyi, innovativ texnologiyaların tətbiqi, ən müasir kommunikasiya sistemlərinin yaradılaraq həyata keçirilməsi, İKT sənayesinin qabaqcıl modellərinin hazırlanması və digər mühüm iqtisadi layihələrin reallaşmasına nəzarət və icra edən əsas mərkəzi struktur olacaq.
Müasir dünyada informasiya-kommunikasiya texnologiyalarının geniş yayılması və istifadəsi nəticəsində virtual məkanda formalaşan şəbəkəni, həmçinin istifadəçiləri informasiya resursları və sistemlərini mümkün təhdidlərdən qorumaq məqsədilə informasiya təhlükəsizliyi olduqca vacibdir. Bu fundamental məsələlər də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdindəki Elektron Təhlükəsizlik Mərkəzinin əsas fəaliyyət istiqamətlərindən olacaq.
Azərbaycanda İKT-nin inkişafı və müasir texnologiyaların tətbiqi başlıca istiqamətlərdən biridir. Dövlətin bu sahəyə diqqəti və investisiya dəstəyi sayəsində İKT-də əldə olunan uğurlar ölkəmizin Avropa və dünya dövlətləri ilə açıq rəqabətə girmək potensialından xəbər verir. Prezident İlham Əliyevin İKT sektoruna diqqət və qayğısının nəticəsidir ki, ölkəmiz İKT-nin inkişaf göstəriciləri üzrə ümumdünya səviyyəsinə yaxınlaşır. Dövlət başçısının müəyyən etdiyi strategiyaya uyğun olaraq, ölkəmizdə həyata keçirilən geniştutumlu tədbirlər, siyasi iradə sayəsində Azərbaycan dünyada İKT ölkəsi kimi tanınır.
Ümumdünya İqtisadi Forumunun dünya ölkələrinin İKT-nin inkişafına dair son hesabatında respublikamızın mövqeyi daha da yaxşılaşıb və Azərbaycan 56-cı yerdə qərarlaşıb. Təşkilat son illərdə ölkəmizdə İKT sektorunda yüksək dinamikanın əldə olunduğunu, internet istifadəçilərinin sayının və genişzolaqlı internetdən istifadənin yüksəldiyinə diqqət çəkərək respublikamızın MDB regionunda əsas ölkələrdən hesab edir. Qurum ölkəmizdə digər rabitə xidmətlərinin də inkişaf etdiyini, informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə dünya reytinqində mövqeyinin ilbəil yaxşılaşdığını da bildirir.
Bu strateji xəttin əsas trendlərindən biri isə kommunikasiyaların ən son innovativ meyarlarını tətbiq etmək, bu texnologiyaların gəlirtutumlu sahəyə çevrilməsi yolu ilə iqtisadiyyatda modernizasiyanı gücləndirməkdir. İnformasiya-kommunikasyia texnologiyalarının əsas sütunlarından biri olan kosmik sənaye infrastrukturunun yaradılması da məhz bu hədəflərdən sayıla bilər.
Yeni qurum yüksək texnologiyalar parklarının yaradılması üçün də koordinasiyanı həyata keçirən əsas struktur hesab edilir. Məlum olduğu kimi, ölkəmizin əsas sənayeləşmə trendlərindən biri bu tipli parkların yaradılmasından ibarətdir. Yüksək texnologiyalar parkını yaratmaqda məqsəd ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətli sənaye istehsalının inkişafı üçün münbit şərait yaratmaq, bu sahədə sahibkarlığı dəstəkləmək, qeyri-neft sektorunun davamlı inkişafını təmin etmək və əhalinin istehsal sahəsində məşğulluğunu artırmaqdır. Artıq bu layihənin icrası məqsədilə ərazi seçilib və Sumqayıt şəhərində “YT Park”ının yaradılması işlərinə başlanılıb. Park üçün zəruri infrastrukturun formalaşdırılması, maddi-texniki bazasının və idarəetmə qurumlarının yaradılması yaxın vaxtlarda başa çatacaq. Bu ərazidə informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılacaq, yeni və yüksək texnologiyalar hazırlanacaq. “YT Parkı”nda elmi-texniki və innovasiya sahələrində elmi tədqiqat və təcrübə işləri həyata keçiriləcək.
Hazırda ölkədə genişzolaqlı internetin inkişafı, bütün yaşayış məntəqələrində sürətli internet xidmətlərinə çıxış imkanlığının yaradılması istiqamətində tədbirlər görülməkdədir. İKT sahəsində sürətli inkişafın təmin edilməsi məqsədilə İKT məhsullarının istehsalı və ixrac potensialının artırılması, innovasiyaların tətbiqi, yerli və xarici investisiyaların cəlb olunması, genişzolaqlı internet xidmətlərinin inkişaf etdirilməsi prioritet hədəflərdir. Görülən bu tədbirlərin nəticəsində beynəlxalq telekommunikasiya və İKT üzrə qurumların növbəti hesabatlarında Azərbaycanın mövqeyi daha da yaxşılaşacaq. Qeyd olunduğuna görə, İKT resurslarının genişlənməsi və internetin sürətinin artması elektron xidmətlərin çeşidinin və bu sistemə qoşulan strukturların sayının artmasına, elektron hökumət layihələrinin genişlənməsinə səbəb olacaq.
Respublikamızda elektron xidmətlər şəbəkəsinin geniş miqyas alması baxımından qeyd olunan qurumun xüsusi əhəmiyyətini də qeyd etmək olar. Ümumiyyətlə, yeni innovativ layihələrin çevikliyini təmin etmək, investisiya mühitini yaxşılaşdırmaq, investorların maraqlarını təmin etmək, birgə layihələrdə iştirak üçün imkan yaratmaq məqsədilə e-xidmətlərin tətbiqi mühüm yer tutur. Bütün bu prioritetlər yeni dövlət strukturunun fəaliyyətində başlıca yer tutacaq.
“Səs” Analitik Qrupu
Xəbər lenti
Hamısına baxHərbi
11 İyul 10:52
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50

