Daşkəsəndə 2014-cü ilin I rübü uğurlu nəticələrlə yadda qalıb
18.04.2014 [10:31]
Dünən Daşkəsən rayonunda 2014-cü ilin I rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı keçirilib. Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev yığıncağı giriş sözü ilə açaraq deyib ki, cari ilin birinci rübü Azərbaycan iqtisadiyyatında çox uğurlu və yadda qalan olub. Keçən ilin yekunları bu ilin inkişafına möhkəm zəmin yaradıb. Respublikamızın digər rayonlarında olduğu kimi, Daşkəsən rayonunda da 2014-cü ilin birinci rübündə bir çox nailiyyətlərin qazanıldığını söyləyən Ə.Abıyev qeyd edib ki, rayonda iqtisadiyyatın əsas sahələrində istehsal olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki ilə nisbətən xeyli artıb.
O, deyib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanın təbii sərvətlərlə zəngin sənaye rayonu olan Daşkəsən 2014-cü ildə özünün ən sürətli inkişaf dövrünü yaşayacaq: “Rayonumuzun hərtərəfli inkişafı üçün layihələrin, proqramların həyata keçirilməsi istiqamətində işlər aparılır. 2014-cü ilin birinci rübü ərzində rayon ərazisində bir sıra tikinti, təmir-bərpa, yenidənqurma, abadlıq-quruculuq işləri görülmüşdür və hazırda da həmin işlər davam etdirilməkdədir. Cari ilin keçən dövrü ərzində Statistika idarəsinin yeni müasir inzibati binası istifadəyə verilmişdir. Alunitdağ qəsəbə və Kəmərqaya kənd tam orta məktəb binalarının və Quşçu kənd uşaq bağçasının təmir işlərinə başlanılmış və hazırda bu işlər davam etdirilir. Ötən il rayonun tarixində görünməmiş sayda - 7 məktəb tikilib istifadəyə verilmişdir. Bu il isə 16 məktəbin tikintisi və əsaslı təmiri nəzərdə tutulmuşdur. Çovdar qızıl zavodunun tikintisi davam etdirilmiş, hazırda zavodda son tamamlanma işləri aparılır. Yatağın tam istifadəyə verilməsi burada 300 nəfər əhalinin işlə təmin olunmağına imkan yaradacaqdır. Daşkəsən rayonunda gənclər üçün yeni müasir tipli təlim və istirahət mərkəzinin tikintisi başa çatdırılmışdır. Quşçu qəsəbəsində 16 mənzilli yeni yaşayış binasının tikintisinə başlanılmış və hazırda tikinti işləri davam etdirilir. 2013-cü ildə Daşkəsən rayonunda İcra Hakimiyyəti üçün yeni müasir tipli inzibati binanın tikintisinə başlanılmış, tezliklə son tamamlama işləri yerinə yetirilərək bu binanın möhtəşəm bir açılışı olacaqdır. Daşkəsən şəhərində yeni avtovağzal kompleksinin tikintisinə başlanmış və tikinti işləri başa çatmaq üzrədir. Daşkəsən şəhərində avtovağzalla bağlı mövcud olan avtobus marşrutları, rayonun kəndlərində yeni yolların salınması vacibliyi, respublikanın qonşu rayonlarına əlaqə imkanı nəzərə alınaraq, yeni yaradılacaq avtovağzalın istifadəyə verilməsi ilə əlaqədar Daşkəsən-Bakı, Daşkəsən-Sumqayıt, Daşkəsən-Lənkəran, Daşkəsən-Qazax və Daşkəsən-Gəncə avtobus marşrutlarının müasir nəqliyyat vasitələrinin işlənməsi üçün razılıq alınmış, aidiyyəti üzrə nazirliklərə göstəriş verilmişdir. Şəhərin küçələrindəki istinad divarlarında, səkilərdə təmir işləri aparılmış və hazırda həmin işlər davam etdirilir”.
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı daha sonra rayonda qeydə alınmış digər sosial - iqtisadi göstəricilər haqqında məlumat verib.
Toplantıda, həmçinin, Daşkəsən rayonu üzrə Maliyyə idarəsinin rəisi Natiq Zeynalov, rayon Təhsil şöbəsinin müdiri Nazim Verdiyev, RİHB-nin Daşkəsən şəhər İƏDÜN-si Nüsrət Vəliyev çıxış edərək müvafiq sahələr üzrə əldə olunmuş göstəriciləri diqqətə çatdırıblar.
Xəbər lenti
Hamısına baxSosial
13 İyul 11:13
Siyasət
13 İyul 11:13
Dünya
13 İyul 11:10
Dünya
13 İyul 10:59
Dünya
13 İyul 10:23
Siyasət
13 İyul 10:19
Siyasət
13 İyul 10:18
Siyasət
13 İyul 10:18
Dünya
13 İyul 09:45
Siyasət
13 İyul 09:38
Siyasət
13 İyul 09:37
Siyasət
13 İyul 09:36
Dünya
13 İyul 09:17
Gündəm
13 İyul 09:15
Sosial
13 İyul 08:53
Dünya
13 İyul 08:29
Dünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50

