Azərbaycan və Türkiyə arasında iqtisadi əlaqələrin perspektivləri müzakirə olunub
06.02.2015 [09:46]
Hazırda Azərbaycanda 2600-dən çox türk şirkəti, Türkiyədə isə 1600-ə yaxın Azərbaycan şirkəti fəaliyyət göstərir. Azərbaycan Türkiyəyə 5 milyard ABŞ dolları, Türkiyə isə ölkəmizə 6,3 milyard ABŞ dolları həcmində investisiya yatırıb. Azərbaycan və Türkiyə bir sıra iri enerji və nəqliyyat layihələrinin fəal iştirakçılarıdır. Bakı-Tbilisi-Qars dəmir yolu Asiyadan Avropaya əsas nəqliyyat layihəsi olmaqla ölkələrimizin tranzit imkanlarını artıracaqdır.
Bu fikirlər iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının iqtisadiyyat naziri Nihat Zeybekcinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü zamanı səsləndirilib.
Nazirlikdən AzərTAc-a bildiriblər ki, görüşdə Şahin Mustafayev Azərbaycan-Türkiyə siyasi-iqtisadi əlaqələrinin strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini və əməkdaşlığın bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini, əlaqələrimizin dünyada nümunə olduğunu vurğulayıb. Nazir bildirib ki, iki ölkə arasında əlaqələrin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri, keçirilən görüşlər mühüm əhəmiyyət kəsb edir. İndiyədək 40-ı iqtisadi sahədə olmaqla, Azərbaycan və Türkiyə arasında 190-a yaxın sənəd imzalanıb.
Şahin Mustafayev iki ölkə arasında ikitərəfli və tranzit yükdaşımalarının inkişaf etdirilməsi, aqroparkların yaradılması, sənaye parklarına Türkiyə investorlarının cəlb edilməsi, eləcə də ixracın təşviqi mexanizmləri və sənaye məhəllələrinin yaradılması sahəsində təcrübə mübadiləsinin aparılması, kənd təsərrüfatı, qida, tekstil, turizm, bankçılıq sahələrində əməkdaşlığın genişləndirilməsi, 3-cü ölkələrdə birgə müəssisələrin yaradılması imkanlarını xatırladıb, bu sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsini təklif edib.
Nazir yaxın iki ay ərzində üçtərəfli formatda Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran iqtisadiyyat nazirlərinin görüşünün və biznes forumların təşkil olunmasını təklif edib və bu barədə razılığa gəliblər. Bundan başqa, Azərbaycan-Türkiyə-Türkmənistan və Azərbaycan-Türkiyə-Qazaxıstan üçtərəfli formatında da bu cür tədbirlərin keçirilməsi nəzərdə tutulur.
Nihat Zeybekci qardaş Azərbaycana səfərindən, ölkəmizin sürətli inkişafından məmnunluğunu ifadə edib, Azərbaycan-Türkiyə əlaqələrinin daha da genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. N.Zeybekci ölkələrimizin mövcud potensialından istifadə etməklə iqtisadi əməkdaşlığın, o cümlədən ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu diqqətə çatdırıb, iqtisadi əməkdaşlığın yeni istiqamətlərinə dair fikirlərini bölüşüb, kənd təsərrüfatı sahəsində preferensial ticarət əlaqələrinin yaradılması təklifi ilə çıxış edib.
Görüşdə iş adamları birliklərinin, o cümlədən Türkiyədə Azərbaycan İş Adamları Birliyinin fəaliyyətinin dəstəklənməsinin davam etdirilməsi qərara alınıb.
İqtisadiyyat nazirlərinin görüşündə, həmçinin PETKİM, STAR, Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars layihələrinin icrası, qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48

