Bakıda Caspian Air Cargo Summit 2015 VI Beynəlxalq konfrans keçirilir
07.10.2015 [10:04]
Oktyabrın 6-da Bakıda Caspian Air Cargo Summit 2015 VI Beynəlxalq konfrans öz işinə başlayıb.
AZƏRTAC-ın məlumatına görə tədbirdə beynəlxalq təşkilatların nümayəndələri, ekspertlər, böyük aviaşirkətlərin və yük terminallarının rəhbərləri bu sahənin inkişaf variantlarını müzakirə edir və ən perspektivli istiqamətləri müəyyən edirlər.
AZAL, Silk Way Group, Silk Way Airlines, Boeing, AviationPlus, Cargolux və Chapman Freebornun dəstəyi ilə keçirilən forumun təşkilatçıları hazırda böyük yük aviadaşıyıcıların elit klubunun üzvü olan Azərbaycanın yük aviadaşıyıcısı Silk Way West Airlines və Euroavia İnternational təşkilatıdır.
Tədbirə 37 ölkədən 230 nümayəndə qatılıb.
“Euroavia İnternational” təşkilatının direktoru Lars-Qunnar Komen Caspian Air Cargo Summit 2013 V Beynəlxalq konfransın da Bakıda keçirildiyini xatırladıb. İki illik ayrılıqdan sonra yenidən Bakını gördüyünə çox şad olduğunu bildirən direktor qeyd edib ki, Bakıya hər gəlişində təəccüblənir: “Bakı inkişaf edir, möhtəşəm binalar, yeni infrastrukturlar məni bu şəhərə heyran edir”.
O, Silk Way şirkətinin hal-hazırda ən aparıcı yükdaşıyıcı şirkət olduğunu, Azərbaycanda bu sahənin inkişafına öz töhfəsini verdiyini söyləyib.
“Silk Way Group”un rəhbəri Zaur Axundov bu tədbirdə aviadaşımalar sahəsində yeni strategiyaların üzərində işləməyin vacib olduğunu vurğulayıb. O, bu tədbirin biznes sahəsində mühüm platforma yaradacağını və inkişaf yönündə töhfə verəcəyini bildirib. Son dəfə iki il əvvəl görüşdüklərini xatırladan “Silk Way Group”un rəhbəri bu illərdə Bakıda baş verən dəyişikliklər haqqında məlumat verib, Heydər Əliyev Beynəlxalq Hava Limanında yeni terminalın açılışından və möhtəşəmliyindən danışıb. Zaur Axundov onu da qeyd edib ki, 2015-ci il Bakı üçün yaddaqalan olub. Azərbaycanın “Bakı 2015” İlk Avropa Oyunlarına ev sahibliyi etdiyini bildirən Z.Axundov AZAL-ın Avropa Oyunlarının təşkilat komitəsinin üzvü olduğunu xatırladıb. “Qonaqlar hər bir şeyin yüksək səviyyədə olduğunu öz gözləri ilə görüblər. Bu oyunlarda Azərbaycan Hava Yolları öz möhtəşəm xidməti və peşəkar heyəti ilə hər kəsi məmnun edib”, - deyə Zaur Axundov vurğulayıb.
Zaur Axundov Azərbaycanda mülki aviasiyanın son on ildə üstün inkişafa nail olduğunu, hazırda ölkənin təyyarə parkının nəhəng “Boeing 747-8 Freighter” də daxil olmaqla, ən müasir təyyarələrdən ibarət olduğunu söyləyib. O bildirib ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında regionda ən böyük logistik kompleksin yaradılması sayəsində Bakı dünyanın hər tərəfinə yüklərin vaxtında çatdırılmasını təmin edən aviadaşıma mərkəzinə çevrilib.
Həmçinin Zaur Axundov qeyd edib ki, “Silk Way West” və “Boeing” korporasiyası arasında bağlanan müqaviləyə əsasən artıq 3 “Boeing 747-8 Freighter” tipli təyyarə Bakıya gətirilib, 2016-cı ildə isə daha 2 bu növ təyyarə gətiriləcək.
Konfransın panel iclasında çıxış edən “Atlas Air Worldwide” şirkətinin nümayəndəsi Maykl Stin şirkətin fəaliyyəti haqda məlumat verib, inkişafın metodlarından danışıb.
“Turkish Airliens Cargo” şirkətinin Şərqi Avropa və Rusiya üzrə regional direktoru Burak Ömeroğlu “Türk Hava Yolları”nın regiondakı nüfuzu haqda danışıb, yükdaşımanın hazırkı və gələcək durumunu dəyərləndirib. Burak Ömeroğlunun fikrincə gələn il Çin yükdaşımada geriləyəcək, Amerika və Avropa ölkələri isə bu sahədə inkişaf edəcəklər.
“Silk Way West Airlines” şirkətinin vitse-prezidenti Pyer Uesner və “Air Freight Product”, ISMEA, UPS şirkətlərinin satınalma üzrə direktoru İsmet Demirel öz şirkətləri haqda məlumat verərək inkişaf perspektivləri və qlobal böhrana qarşı güclü strategiyanın hazırlanması istiqamətləri barədə danışıblar.
Qeyd edək ki, tədbir oktyabrın 7-də “Yükdaşımada keyfiyyətin artırılması”, “Tez xarab olan yüklərin daşınmasında səmərəlilik” və başqa mövzular üzrə davam edəcək.
Xəbər lenti
Hamısına baxDünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:52
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37
Elm
24 Aprel 21:23
Dünya
24 Aprel 20:45
Dünya
24 Aprel 20:17
İqtisadiyyat
24 Aprel 19:52
Formula 1
24 Aprel 19:28
Dünya
24 Aprel 19:11
Xəbər lenti
24 Aprel 19:08
YAP xəbərləri
24 Aprel 18:53
YAP xəbərləri
24 Aprel 18:36
YAP xəbərləri
24 Aprel 18:13
YAP xəbərləri
24 Aprel 17:27
MEDİA
24 Aprel 17:27
Elm
24 Aprel 17:26
YAP xəbərləri
24 Aprel 17:05
YAP xəbərləri
24 Aprel 17:04
Elanlar
24 Aprel 17:00
Elm
24 Aprel 16:27
Dünya
24 Aprel 16:22
Siyasət
24 Aprel 16:19
Sosial
24 Aprel 15:48
YAP xəbərləri
24 Aprel 15:45
Sosial
24 Aprel 15:27
Sosial
24 Aprel 15:09
YAP xəbərləri
24 Aprel 14:37
Siyasət
24 Aprel 14:16
İqtisadiyyat
24 Aprel 13:55

