Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / 2015-ci ilin 9 ayı ərzində vergi orqanlarına 66 708 müraciət daxil olub

2015-ci ilin 9 ayı ərzində vergi orqanlarına 66 708 müraciət daxil olub

10.10.2015 [11:40]

2015-ci ilin 9 ayı ərzində vergi orqanlarına cəmi 66 708 müraciət daxil olub ki, onlardan da 96,5 faizi ərizə, 3,4 faizi şikayət və 0,1 faizi təklifdir.
Müraciətlərin 39 faizi kameral vergi yoxlamaları, 31,8 faizi müxtəlif arayışların alınması, 7,2 faizi vergi borcları, 2,3 faizi vergidən yayınma, dividendlərin verilməsi və qanunsuz sahibkarlıq fəaliyyəti, 2,2 faizi səyyar vergi yoxlamaları, 1,7 faizi operativ vergi nəzarəti, 0,5 faizi vergi orqanlarının vəzifəli şəxslərinin hərəkəti (hərəkətsizliyi), 0,2 faizi korrupsiya hüquqpozmaları, 15,1 faizi isə digər məsələlərlə bağlı olub.
Ümumilikdə müraciətlərin 70 faizi müsbət həll olunub, 23,1 faizi üzrə müvafiq izahatlar verilib, 4 faizi əsassız sayılıb, 0,6 faizi qismən həll olunub, 0,5 faizi aidiyyəti üzrə göndərilib, 1,8 faizi icradadır.
2015-ci ilin 9 ayı ərzində vergi orqanlarında 2 882 vətəndaş qəbul edilərək, onlara mövcud qanunvericilik çərçivəsində lazımi köməklik göstərilib və ya müvafiq izahatlar verilib.
Hesabat dövründə vergilər naziri tərəfindən Hacıqabul, Ağdam, Şabran, Qazax və Naftalan şəhərlərində vətəndaşların səyyar qəbulları keçirilib. Bu qəbullar zamanı edilən müraciətlər əsasən, vergi qanunvericiliyi və inzibatçılığı, vergi nəzarəti tədbirləri, güzəştli şərtlərlə kredit alınmasına köməklik göstərilməsi, sosial sığorta ödənişləri və s. məsələlərlə bağlı olub. Hər bir müraciətə fərdi qaydada yanaşılaraq, qanunamüvafiq tədbirlər görülüb.

Paylaş:
Baxılıb: 1179 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30