Vergilər Nazirliyində kollegiya iclası keçirilib
27.10.2015 [10:01]
Vergilər Nazirliyi bəzi sahibkar subyektlərində yoxlamalar aparmayacaq ki, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək
Vergilər Nazirliyində Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında Vergilər Nazirliyinin qarşısına qoyulmuş tapşırıqlara həsr olunmuş kollegiya iclası keçirilib. Kollegiya iclasında çıxış edən vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafının 2015-ci ildə də davam etdiyini, bu inkişafın stimullaşdırılması üçün büdcə-vergi mexanizmlərindən fəal istifadə olunduğunu nəzərə çatdırıb.
Bildirilib ki, 2015-ci ilin 9 ayında Vergilər Nazirliyi tərəfindən dövlət büdcəsinə 5 milyard 94,2 milyon manat vəsaitin toplanması təmin edilməklə müəyyən edilmiş proqnoza 100,5 faiz əməl edilib.
Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin çıxışı barədə ətraflı məlumat verən Fazil Məmmədov bildirib ki, dövlət başçısı ölkədə yaranmış yeni iqtisadi vəziyyətdə vergi orqanlarının əsas vəzifələri kimi onların daha şəffaf və səmərəli işləməsini, əlverişli biznes mühitinin formalaşdırılmasını, dövlət büdcəsinin gəlirlərinin artırılmasının təmin edilməsi üçün vergi potensialının düzgün müəyyənləşdirilməsini və yeni mənbələrin aşkar edilərək, vergi bazasının genişləndirilməsini, vergilərin tam həcmdə və vaxtında ödənilməsini, büdcənin cari xərclərinin vergi və gömrük orqanlarının xətti ilə daxilolmalar hesabına təmin olunmasını müəyyən edib.
Bildirilib ki, ölkə başçısının da qeyd etdiyi kimi, ölkə iqtisadiyyatının gələcək inkişafı qeyri-neft sektorunun, o cümlədən kiçik və orta biznesin inkişafından asılı olacaq. Vergilərin ödənilməsinin hər kəsin konstitusion vəzifəsi olduğunu, sahibkarlıq subyektlərinin öz vergi öhdəliklərini vaxtında və tam həcmdə yerinə yetirməsinin vacibliyini vurğulayan nazir vergi orqanlarının sərt nəzarət sistemi ilə sahibkarların fəaliyyətinə yersiz müdaxilələr arasında sərhəd müəyyənləşdirilməsinin zəruriliyini qeyd edib. Hər bir vergi ödəyicisinin dövlət büdcəsinin təmin edilməsində rol oynadığını bildirən vergilər naziri, ilk növbədə, lüzumsuz yoxlamaların aparılmasına yol verilməməsini, kiçik və orta biznesin fəaliyyətinə müdaxilələrin minimuma endirilməsini və yaxın gələcəkdə tamamilə aradan qaldırılmasını, bütün yoxlamaların risk meyarlarına əsaslanmasını, yoxlamaların yalnız ciddi nəticələr gözlənilən vergi ödəyicilərində aparılmasının vacibliyini və əsassız tələblərin irəli sürülməsinin yolverilməzliyini iclas iştirakçılarının nəzərinə çatdırıb.
Qeyd edilib ki, ilk növbədə, yoxlamadan əvvəlki hazırlıq işlərinə xüsusi diqqət yetirilməli, vergidən yayınma risklərinin səviyyəsinin və hüquq pozuntularının mövcudluğu faktları dəqiq araşdırıldıqdan sonra vergi yoxlamalarının təyin edilməsi barədə qərar çıxarılmalıdır. Bu həm sahibkarlıq subyektlərində nəticəsiz yoxlamalara yol verilməməsi, vergi ödəyicilərinin ciddi əsaslar olmadan yoxlanılmasının aradan qaldırılmasını, həm də vergi orqanlarının inzibati və insan resurslarından daha səmərəli istifadə olunmasını təmin edəcək.
F.Məmmədov illik dövriyyələri 120 min manatdan aşağı olan və sadələşdirilmiş qaydada vergi ödəyən sahibkarlıq subyektlərində səyyar vergi yoxlamalarının və operativ nəzarət tədbirlərinin (əmək müqavilələrinin bağlanmasına və aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması istisna olmaqla) keçirilməsinin müvəqqəti dayandırılması haqqında göstəriş verib ki, bu da obyekti olan 70 minə yaxın vergi ödəyicisini əhatə edəcək. Qeyd edilməlidir ki, cari ilin 9 ayı ərzində bu qəbildən olan nəzarət tədbirlərinin sayı 20 mindən çox olmuşdu.
F.Məmmədov bildirib ki, maliyyə əməliyyatlarının şəffaflığının təmin edilməsi və nağd ödənişlərin məhdudlaşdırılması məqsədilə müasir elektron ödəniş xidmətlərinin daha da genişləndirilməsinə dair ölkə başçısının tapşırığına uyğun olaraq, cari ilin 9 ayı ərzində 13 minə yaxın POS-terminal quraşdırılaraq onların ümumi sayı 85 minə çatdırılıb, elektron qaimə-fakturaların tətbiqi ilə bağlı qanunvericiliyə dəyişikliklərlə bağlı layihələr hazırlanaraq hökumətə təqdim edilib.
İclasda o da bildirilib ki, 2015-ci ilin 9 ayında dövlət büdcəsinə daxil olmuş vəsaitin 600 milyon manatını vergi nəzarəti tədbirləri nəticəsində toplanmış vəsait təşkil edir. Əldə olunmuş nəticələrə baxmayaraq, hələ də vergi orqanlarının fəaliyyətində bir sıra ciddi nöqsanların olduğunu xatırladan F.Məmmədov vergi orqanları əməkdaşlarının etik davranış məsələlərinə nəzarətin artırılması, daxili nəzarət tədbirlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Vergilər naziri korrupsiya və vəzifəsindən sui-istifadə hallarına yol verən əməkdaşlar barədə daha sərt tədbirlərin görülməsi, fəaliyyətində korrupsiyaya cəhd elementləri aşkar edilmiş əməkdaşlara münasibətdə intizam tədbirləri görülmədən onların dərhal işdən azad edilmələri barədə tapşırıq verib.
Dövlət büdcəsinin icrası ilə yanaşı, sahibkarlığın inkişafının, xüsusilə kiçik və orta biznesin fəaliyyətinin genişlənməsinın vergi orqanlarının qarşısında duran əsas vəzifələrdən biri olduğunu xatırladan nazir kiçik dövriyyəyə malik sahibkarlıq subyektlərinə münasibətdə vergi xidmətinin nəzarətedici orqan kimi yox, daha çox tərəfdaş kimi çıxış etməli olduğunu, sahibkarlara bir addım daha yaxın olmağı, kiçik məbləğli cərimələrin tətbiqinə yol açan halların aradan qaldırılması üçün ilk növbədə, vergi orqanlarının xidmət strukturlarının daha fəal işləməli olduğunu vurğulayıb.
F.Məmmədov ölkə Prezidentinin 30 min iş yerinin bağlanması ilə bağlı iradlarına toxunaraq bildirib ki, iş yerlərinin bağlanması səbəbləri vergi orqanları tərəfindən də ciddi araşdırılmalı və iş yerlərinin bağlanmasının qarşısını almaq üçün üzərlərinə düşən bütün vəzifələri yerinə yetirməli, digər tərəfdən, işçilərin müqavilə olmadan işlərin yerinə yetirilməsinə cəlb edilməsi, vergidən yayınmaq məqsədilə iş yerlərinin sayının süni surətdə azaldılması halları aşkar edildikdə buna qarşı sərt tədbirlər görülməlidir.
Kollegiya iclasında Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayında sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı iclasında verilmiş tapşırıqların və 2016-cı ilin dövlət büdcəsinin icrası məqsədilə Tədbirlər Planının hazırlanması barədə qərar qəbul edilib.
Xəbər lenti
Hamısına baxDünya
19 İyun 22:05
Xəbər lenti
19 İyun 21:49
Sosial
19 İyun 21:26
Dünya
19 İyun 21:10
İqtisadiyyat
19 İyun 20:45
Dünya
19 İyun 20:30
Sosial
19 İyun 20:17
Elm
19 İyun 19:53
Sosial
19 İyun 19:21
İdman
19 İyun 19:13
Dünya
19 İyun 18:37
Sosial
19 İyun 18:04
Sosial
19 İyun 17:19
Xəbər lenti
19 İyun 16:30
Sosial
19 İyun 16:30
Sosial
19 İyun 15:47
İqtisadiyyat
19 İyun 15:45
YAP xəbərləri
19 İyun 15:40
Dünya
19 İyun 15:34
YAP xəbərləri
19 İyun 15:34
İqtisadiyyat
19 İyun 15:31
Diaspor
19 İyun 15:21
Xəbər lenti
19 İyun 14:52
YAP xəbərləri
19 İyun 14:51
Gündəm
19 İyun 14:49
Siyasət
19 İyun 14:48
Elanlar
19 İyun 14:48
Elm
19 İyun 14:44
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:40
Sosial
19 İyun 14:33
Siyasət
19 İyun 14:30
Mədəniyyət
19 İyun 13:46
Mədəniyyət
19 İyun 13:46
İqtisadiyyat
19 İyun 13:41
Hərbi
19 İyun 13:39
Xəbər lenti
19 İyun 13:38
Xəbər lenti
19 İyun 13:37
Xəbər lenti
19 İyun 13:37
Siyasət
19 İyun 13:36
Xəbər lenti
19 İyun 13:35
Elm
19 İyun 13:34
Dünya
19 İyun 12:50
Sosial
19 İyun 12:47
Sosial
19 İyun 12:46
Gündəm
19 İyun 12:26
YAP xəbərləri
19 İyun 12:16
YAP xəbərləri
19 İyun 12:15
YAP xəbərləri
19 İyun 12:14
Siyasət
19 İyun 12:13
Siyasət
19 İyun 12:11
Gündəm
19 İyun 11:58
Xəbər lenti
19 İyun 11:48
Sosial
19 İyun 11:37
Elm
19 İyun 11:36
Siyasət
19 İyun 11:35
Gündəm
19 İyun 11:26
Siyasət
19 İyun 11:03
Hərbi
19 İyun 10:54
Gündəm
19 İyun 10:30
Sosial
19 İyun 10:29
Gündəm
19 İyun 10:15
Analitik
19 İyun 09:59
Ədəbiyyat
19 İyun 09:31
Ədəbiyyat
19 İyun 09:17
Sosial
19 İyun 08:50
Sosial
19 İyun 08:34
Dünya
18 İyun 23:35
Mədəniyyət
18 İyun 23:19
Dünya
18 İyun 22:41

