Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycanda sahibkarlığın inkişafında yeni mərhələ...

Azərbaycanda sahibkarlığın inkişafında yeni mərhələ...

28.10.2015 [10:06]

Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması, lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi istiqamətində atılan addımlar sahibkarlar tərəfindən yüksək qiymətləndirilir
Məlum olduğu kimi, oktyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.
Xatırladaq ki, Prezident İlham Əliyev sahibkarlıq subyektlərinin yoxlanması məsələsinə oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı da toxunmuşdu. Ölkə başçısı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını və belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların da cəzalandırılacağını bildirmişdi.
Ölkə başçısı İlham Əliyevin lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi haqqında Fərmanı və bu istiqamətdə atılan digər addımlar sahibkarlar tərəfindən də müsbət qarşılanır. Sahibkarlar ölkə başçısının bu addımını sahibkarlığın, eləcə də kiçik və orta biznesin inkişafına təkan verəcəyini düşünürlər. Paytaxtın aparıcı zavodlarından biri olan “SƏRHAM” MMC-nin direktoru Sərvər Məmmədov bu mühüm addıma görə ölkə başçısına minnətdarlığını bildirib. Onun sözlərinə görə, məhz ölkə başçısının bu qərarı sahibkarlığın inkişafına müsbət təsirini göstərəcək: “Ölkə başçısı tərəfindən belə bir addımın atılması biz sahibkarları olduqca sevindirdi. Cənab Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsini göndərməsi sahibkarlar üçün, sahibkarlığın inkişafı üçün çox önəmli bir hadisədir. Hesab edirəm ki, bu, ölkədə qeyri-neft sektorunun, eləcə də orta və kiçik sahibkarlığın inkişafı istiqamətində çox gözəl və mühüm addımdır. Ölkə başçısının bu qərarını dəstəkləyirik və cənab Prezidentimizə təşəkkür edirik”.
Yeri gəlmişkən, “SƏRHAM” MMC 27 fevral 2001-ci il tarixində rəsmi qeydiyyatdan keçmişdir. 2001-ci ilin may ayında müəssisənin tikintisinə başlanılmış və nəhayət, 2001-ci ilin dekabr ayında müəssisədə dairəvi çörək istehsalına başlanmışdır. İlk vaxtlarında bir çörəkbişirmə sobası, iki çörəkdaşıma maşını və 25 işçi ilə fəaliyyətə başlayan müəssisədə hal-hazırda 7 çörəkbişirmə sobası, 50 çörəkdaşıma maşınından istifadə olunur və 500-dək işçi çalışır. Bundan əlavə, unun ələnməsi və xəmirin yoğrulması prosesi tam avtomatlaşdırılmış qaydada xüsusi quruluşa malik olan dozalaşdırma aparatları ilə həyata keçirilir. Zavodda ən keyfiyyətli, DUST tələblərinə cavab verən əla növ buğda unundan çörəklər istehsal olunur. Müəssisədə müasir tələblərə cavab verən laboratoriya fəaliyyət göstərir və hər gün laborant tərəfindən xammalın istifadəsi haqqında göstəricilər, çörəyin keyfiyyəti və çəkisi yoxlanılır. Müəssisədə istehsal olunan çörəklər Bakı şəhərinin və şəhərətrafı qəsəbələrin sifarişçilərinə xüsusi çörək maşınları vasitəsilə çatdırılır.
Vüsalə CAVANŞİR

Paylaş:
Baxılıb: 811 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Xəbər lenti

YAP xəbərləri

MEDİA

Siyasət

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30