Ötən il büdcənin gəlir hissəsi 102,7 faiz icra olunub
21.05.2009 [10:32]
Milli Məclisin İqtisadi siyasət komitəsinin dünənki iclasında “2008-ci ilin dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi müzakirə olundu. Komitənin sədri Ziyad Səmədzadə 2008-ci ilin Azərbaycan tarixində ən uğurlu illərdən biri kimi qalacağını bildirdi. Onun sözlərinə görə, keçən il bütün dövlət orqanları büdcə proqnozlarını yerinə yetiriblər: “ölkədə sivil dövlətlərə xas büdcə siyasətinin həyata keçirilməsi səbəbindən Azərbaycan dünyadakı qlobal maliyyə böhranının mənfi təsirlərindən sığortalanıb”.
İclasda çıxış edən maliyyə naziri Samir Şərifov 2008-ci ildə ölkənin maliyyə sisteminin daha da möhkəmləndiyini və dinamik inkişafın davam etdiyini bildirdi. Onun sözlərinə görə, keçən il hökumətin əsas prioritetləri əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi, qeyri-neft sektorunun inkişafı, real sektora dəstək və sahibkarlığa yardım olub: “Bu istiqamətdə həyata keçirilən uğurlu tədbirlər makroiqtisadi göstəricilərdə də öz əksini tapıb. Dünyadakı qlobal böhrana baxmayaraq, keçən il Azərbaycanda üDM 10,8 faiz artıb. Son 6 ildə Azərbaycanın əhalisinin sayı 5,6 faiz artsa da, yoxsulluq səviyyəsi 3 dəfə azalıb. Keçən il büdcənin gəlir hissəsi 102,7 faiz icra olunub. Müxtəlif tədbirlərin maliyyələşdirilməsi üçün Prezidentin Ehtiyat Fondundan 154 milyon manat, hökumətin Ehtiyat Fondundan isə 439 milyon manat xərclənib. Keçən il büdcə xərclərinin icrası 97,6 faiz olub. Hökumət xarici borcların artmamasına da xüsusi diqqət yetirir. Keçən il müxtəlif maliyyə qurumları ilə 6 milyard 574 milyon manat məbləğində kredit sazişləri imzalanıb. Bu kreditlərin 3 milyard manatından istifadə olunub. Hazırda Azərbaycanın xarici borcları idarə olunan səviyyədədir. Bu borcların ümumi miqdarı üDM-in 6,4 faizi həcmindədir”.
Hesablama Palatasının sədri Heydər Əsədov da bildirdi ki, ölkədəki dayanıqlı iqtisadi sistem vətəndaşların maliyyə böhranından əziyyət çəkməsinə imkan verməyib. Əksinə, qiymətlərin ucuzlaşması ilə əlaqədar əhalinin əksər hissəsinin güzəranı daha da yaxşılaşıb. Palata sədri dedi ki, hökumət böhrandan sığortalanmaq üçün bir sıra çevik addımlar atıb. O, bu sırada ilk olaraq pul-kredit siyasətinin yumşaldılmasını göstərdi. Onun sözlərinə görə, hökumət sahibkarlığa, aqrar sektora dəstəyi artırıb, enerji təhlükəsizliyinin təmin olunmasına xüsusi diqqət göstərib: “Böhran dövründə bankların likvidliliyinin qorunması da diqqət mərkəzində olub. Dövlət, hətta özəl bankların borclarını da nəzarət altına alıb”.
İclasa sədrlik edən Z.Səmədzadə də iri vergi ödəyiciləri ilə bağlı problemin neçə illərdir həllini tapmadığını dedi. Onun sözlərinə görə, bu təşkilatların rəhbərlərinin gördükləri tədbirlər lazımi effekti vermir. Bəzi təşkilatlar var ki, adları neçə ildir hesabatlarda mənfi mənada hallandırılır. Bundan əlavə, maliyyə intizamını pozan, büdcə hazırlanarkən şişirdilmiş rəqəmlər verən dövlət təşkilatları da var. “Vəziyyət düzəlməsə, biz məcbur olub bu təşkilatların adlarını açıqlamalı olacağıq” - deyə Z.Səmədzadə vurğuladı.
İqtisadçı millət vəkili Vahid Əhmədov böhran şəraitində Mərkəzi Bankın fəaliyyətini müsbət qiymətləndirdi.
Millət vəkili Əli Məsimli büdcə vəsaitlərinin xərclənməsinə dövlət nəzarətinin gücləndirilməsini vacib saydı.
Millət vəkili Nazim Məmmədov ölkənin zonalar üzrə maliyyə departamentlərinin yaradılmasını təklif etdi.
Millət vəkili Rüfət Quliyev isə hökumətin manatı qorumaq siyasətini alqışladı. Onun sözlərinə görə, bu addım Azərbaycan iqtisadiyyatını ciddi çalxalanmadan xilas edib.
Millət vəkillərinin suallarını cavablandıran maliyyə naziri S.Şərifov bütün təkliflərin araşdırılacağını və növbəti illərdə büdcənin icrası zamanı nəzərə alınacağını vəd etdi.
Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
14 İyul 17:33
Dünya
14 İyul 17:19
Dünya
14 İyul 16:57
Dünya
14 İyul 16:19
Dünya
14 İyul 15:31
Gündəm
14 İyul 14:58
İqtisadiyyat
14 İyul 14:41
Sosial
14 İyul 14:40
Sosial
14 İyul 14:40
Elm
14 İyul 14:37
YAP xəbərləri
14 İyul 14:31
YAP xəbərləri
14 İyul 14:28
YAP xəbərləri
14 İyul 14:24
Dünya
14 İyul 14:20
Gündəm
14 İyul 14:18
Dünya
14 İyul 13:53
Dünya
14 İyul 13:47
Dünya
14 İyul 13:25
Dünya
14 İyul 12:38
Gündəm
14 İyul 12:26
Siyasət
14 İyul 12:17
Sosial
14 İyul 12:17
Siyasət
14 İyul 12:12
Dünya
14 İyul 12:10
Gündəm
14 İyul 11:56
Elm
14 İyul 11:38
İqtisadiyyat
14 İyul 11:37
Dünya
14 İyul 11:24
YAP xəbərləri
14 İyul 11:18
Sosial
14 İyul 11:15
Siyasət
14 İyul 11:10
Gündəm
14 İyul 11:06
Gündəm
14 İyul 11:01
Gündəm
14 İyul 10:50
Siyasət
14 İyul 10:35
İqtisadiyyat
14 İyul 10:32
Gündəm
14 İyul 10:15
Analitik
14 İyul 10:11
Gündəm
14 İyul 10:08
MEDİA
14 İyul 10:07
Ədəbiyyat
14 İyul 09:56
Siyasət
14 İyul 09:56
Turizm
14 İyul 09:43
Maraqlı
14 İyul 09:38
Ədəbiyyat
14 İyul 09:34
Dünya
14 İyul 09:23
Dünya
14 İyul 08:47
Dünya
14 İyul 08:12
Dünya
14 İyul 07:50
Dünya
14 İyul 07:38
Elm
13 İyul 23:31
Dünya
13 İyul 23:08
İqtisadiyyat
13 İyul 22:57
Dünya
13 İyul 22:20
Dünya
13 İyul 21:49
Siyasət
13 İyul 21:39
Dünya
13 İyul 21:23
İqtisadiyyat
13 İyul 20:45
Dünya
13 İyul 20:32
Dünya
13 İyul 20:17
Siyasət
13 İyul 19:58
Gündəm
13 İyul 19:55
Siyasət
13 İyul 19:50
Dünya
13 İyul 19:24
Sosial
13 İyul 19:10
Siyasət
13 İyul 18:15
Sosial
13 İyul 18:14
YAP xəbərləri
13 İyul 17:35
İqtisadiyyat
13 İyul 17:25
İqtisadiyyat
13 İyul 17:12

