/ / Respublikamızda özəlləşdirmə və dövlət əmlakının idarə olunması ilə bağlı siyasət yeni mərhələyə qədəm qoyur
Respublikamızda özəlləşdirmə və dövlət əmlakının idarə olunması ilə bağlı siyasət yeni mərhələyə qədəm qoyur
22.05.2009 [09:54]
Hökumət ölkədə özəlləşdirmə prosesinin sürətləndirilməsi, dövlət əmlakının qeydiyyatı sahələrində idarəetmə sisteminin təkmilləşdirilməsi və bu sahədə səmərəliliyin daha da artırılması məqsədi ilə bir sıra tədbirlər həyata keçirmək niyyətindədir. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən, bu istiqamətdə kompleks tədbirləri həyata keçirmək və əmlak siyasəti ilə bağlı işləri intensivləşdirmək üçün dövlət qurumu yaradılıb. Əmlak Məsələləri Dövlət Komitəsi adlanan yeni struktur dövlət əmlakının idarə edilməsinin effektivliyinin daha da yüksəldilməsi, özəlləşdirmə prosesində şəffaflığın daha da artırılması, özəlləşdirilən müəssisələrin fəaliyyətinin bərpası və inkişafı, yeni iş yerlərinin açılması, özəlləşdirilən müəssisələrdə investisiya qoyuluşlarına nəzarət edilməsi, həmçinin, mülkiyyət hüquqlarının qorunması və əmlakın qeydiyyatının aparılması və digər tədbirləri həyata keçirəcək.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin bazasında yaradılan yeni qurum, ümumiyyətlə, geniş səlahiyyətlərə malik olmaqla dövlət əmlakına dair strateji siyasəti həyata keçirmək funksiyasını daşıyır. Komitə dövlət əmlakının idarə edilməsi və özəlləşdirməni tənzimləyən normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı yeni normativ-hüquqi sənədin layihələrini hazırlayacaq. ümumiyyətlə, Komitə dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, ondan təyinatı üzrə səmərəli istifadə edilməsi, əmlakın icarəyə və istifadəyə verilməsi, özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaq sahələrindən istifadə vəziyyətinin araşdırılması, dövlət müəssisələrinin özəlləşdirmədən sonrakı fəaliyyətinin monitorinqinin aparılması, müəssisələrdən hesabatların və inventarizasiya aktlarının alınması və təhlili istiqamətində işləri də həyata keçirəcək.
ümumiyyətlə, yeni dövlət strukturunun başlıca məqsədlərindən biri özəlləşdirmə prosesinin sürətlənməsinə stimul verməkdən ibarət olacaq. Bu məqsədlə özəlləşdirmənin ən səmərəli variantlarından biri olan çek hərraclarına vətəndaşların cəlb edilməsi nəzərdə tutulur. Xatırladaq ki, respublikamızda özəlləşdirməyə 1996-cı ildə start verilib və bu siyasətin həyata keçirilməsi nəticəsində dövlət müəssisələri sağlamlaşdırılıb, özəl sektor inkişaf edib, əhali xüsusi mülkiyyət sahibinə çevrilib. Eyni zamanda, xarici iş adamlarının respublikamıza cəlb olunması nəticəsində Azərbaycanda böyük əcnəbi sərmayədarlar ordusu formalaşıb. ölkəmizdə özəlləşdirmə siyasəti həyata keçirilməyə başlayandan indiyədək 1 milyondan artıq vətəndaş bu prosesdə bilavasitə iştirak edib. Onların çox az bir hissəsi strateji müəssislərdə səhmdar ola bilib. ötən illər ərzində dövlət müəssisələrinin xüsusi mülkiyyətə və səhmdar cəmiyyətlərə verilməsi nəticəsində özəl bölmədə 400 mindən çox vətəndaş yeni iş yerləri ilə təmin olunub. Dövlətsizləşdirmə siyasətinin davam etdirilməsi 35 mindən çox kiçik müəssisənin özəlləşdirilməsinə səbəb olub. 1500-dən çox səhmdar cəmiyyəti yaradılıb və onların əksəriyyəti hazırda özəlləşdirmə ərəfəsindədir. Hazırda ölkədə 125 min səhmdar ordusu formalaşıb. 325 min mülkiyyətçi isə əmlak sahibinə çevrilib. özəlləşdirmə nəticəsində Azərbaycan iqtisadiyyatına xarici sərmayəçilər tərəfindən yüz milyonlarla dollar kapital yatırılıb. 2000-ci ildən etibarən isə özəlləşdirmə siyasətinin miqyasının daha da genişləndirilməsi, kiçik və orta müəssisələrlə bərabər, iri müəssisələrin dövlətsizləşdirməyə cəlb edilməsi, xarici investorların prosesdə iştirakının artırılması, özəlləşdirmənin sürətləndirilməsi məqsədilə ikinci özəlləşdirməyə dair dövlət proqramı hazırlayıb. Yeni proqramın həyata keçirilməsi nəticəsində daha strateji müəssisələrin özəlləşdirilməsi üçün geniş imkanlar açılıb. Azərbaycan ikinci özəlləşdirmə siyasətini həyata keçirərkən beynəlxalq təcrübəni nəzərə alıb.
Son illərdə isə özəlləşdirmənin sürətləndirilməsi, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması, vətəndaşların müəssisələrin dövlətsizləşdirilməsində çek hərraclarında iştirakının artırılması, xarici investorların iri müəssisələrə cəlb olunmasının stimullaşdırılması, restrukturizasiya tədbirlərinin gücləndirilməsi, dövlətin strateji müəssisələrdə sanasiya məqsədilə yeni proqram hazırlanaraq həyata keçirilməyə başlanılıb. Təkcə 2009-cu ilin ötən 4 ayı üzrə respublika üzrə 250-ə yaxın kiçik müəssisə və obyekt özəlləşdirilib. Bu dövrdə 190-a yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Dövlət müəssisələrinin çevrilməsi nəticəsində 4 səhmdar cəmiyyəti yaradılıb. Səhmlərin özəlləşdirilməsi ilə bağlı keçirilmiş 16 hərracda 21 səhmdar cəmiyyətin səhmləri özəlləşdirilib. Nizamnamə kapitalında dövlətə məxsus səhmlərə görə, 40-a yaxın səhmdar cəmiyyəti tərəfindən dövlət büdcəsinə dividendlərin ödənilməsi təmin edilib. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə hesabat dövrü ərzində müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 30 milyon manata yaxın investisiya qoyulub. ümumilikdə, özəlləşdirmə prosesi çərçivəsində keçirilmiş investisiya müsabiqələri üzrə özəlləşdirilmiş 82 müəssisəyə 430 milyon manata yaxın investisiya qoyulub və bu müəssisələrdə təqribən 12 mindən çox iş yeri açılıb. ötən 4 ayda özəlləşdirmə prosesi çərçivəsində mövcud qanunvericiliyə uyğun olaraq 23,6 milyon ədədə yaxın dövlət özəlləşdirmə çeki və 10 milyon ədədə yaxın özəlləşdirmə opsionu silinib.
Bütün bu tədbirlərlə yanaşı, daşınmaz əmlakın icarəsi ilə bağlı işlər də geniş vüsət alıb. Bu ilin 4 ayı üzrə 250-ə yaxın daşınmaz dövlət əmlakı hüquqi və fiziki şəxslərə icarəyə verilib. 2009-cu ilin yanvar-aprel ayları ərzində avtomatlaşdırılmış ödəniş sistemi vasitəsi ilə hüquqi və fiziki şəxslər tərəfindən 3050-ə yaxın ödəniş həyata keçirilib. Qeyri-yaşayış sahələrinin və özəlləşdirilmiş müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən dövlət büdcəsinə təxminən 1,7 milyon manat vəsaitin daxil olması təmin edilib. Eyni zamanda, 400-ə yaxın müəssisə və obyektlərin texniki pasportları tərtib edilib. Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması, torpaq sahələrinin özəlləşdirilməsi və mülkiyyət hüququnun əldə edilməsinə dair 500-dən çox vətəndaşa şəhadətnamə təqdim edilib. özəlləşdirmə və dövlət əmlakının idarə olunması ilə bağlı tədbirlərin sürətləndirilməsi və genişləndirilməsi bu siyasətin yeni mərhələyə qədəm qoymasını şərtləndirmiş olur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

