SOCAR istiqrazlarını yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edə biləcək
17.09.2016 [10:40]
Sentyabrın 16-da SOCAR istiqrazlarının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, mərasimdə əvvəlcə SOCAR istiqrazları barədə reklam filmi nümayiş etdirilib.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Azərbaycanın enerji strategiyası çərçivəsində qazanılan nailiyyətlər ölkəmizin davamlı iqtisadi inkişafında Dövlət Neft Şirkətinin rolunu yüksəldib, onun mövqeyini gücləndirib. Bu uğurların əldə olunmasında davamlı strateji fəaliyyətlər, həyata keçirilən regional və qlobal layihələr, aparılan genişmiqyaslı islahatlar mühüm rol oynayır. Hazırda SOCAR öz işçilərinin sayına və dövlət büdcəsinə ödədiyi vergilərin həcminə görə ölkə iqtisadiyyatının avanqard qüvvəsidir. Eyni zamanda, SOCAR son illərdə həyata keçirdiyi və icra etməkdə olduğu nəhəng layihələri ilə dünya enerji sektoruna inamla inteqrasiya olub, onun aparıcı qüvvələrindən birinə çevrilib.
“SOCAR investisiya layihələrini maliyyələşdirmək üçün ötən dövrlərdə avrobondlar buraxıb, emissiyalarını 1 milyard və 750 milyon dəyərində 10 və 15 il tədavül müddətinə qədər qaldırmağa nail olub. Bununla da beynəlxalq maliyyə və investisiya şirkətlərinin diqqətini cəlb edib”, - deyə SOCAR-ın prezidenti əlavə edib.
R.Abdullayev bildirib ki, SOCAR tərəfindən Azərbaycan vətəndaşları üçün alternativ investisiya imkanları və yeni maliyyə alətlərinin sırasında ilk layihə olaraq bu il sentyabrın 20-dən etibarən ABŞ dolları ilə illik 5 faiz gəlirli, 5 il müddətli və 3 aydan bir faiz ödənişli SOCAR istiqrazları satışa çıxarılacaq. Satış üçün son tarix bu il oktyabrın 10-na təyin edilib. Bir istiqrazın nominal dəyəri 1000 ABŞ dollarıdır. İstiqrazların buraxılışı bir mərhələdə və 100 milyon ABŞ dolları həcmində olacaq. İlk yerləşdirilmə zamanı SOCAR istiqrazlarını yalnız Azərbaycan vətəndaşları və yerli şirkətlər əldə edəcək. SOCAR buraxdığı istiqrazlara likvidlik zəmanəti verir, eyni zamanda investorlar sahib olduqları istiqrazları istədikləri vaxt nağda çevirə bilərlər. Xarici fiziki və hüquqi şəxslərin də bu istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın alması mümkündür.
Bildirib ki, SOCAR ıstiqrazlarını “AzFinance Invest”, “İnvestAZ”, “PAŞA Kapital”, “PSG-Kapital”, 1 və 5 saylı “ASAN Xidmət” mərkəzlərində şöbəsi yerləşən investisiya şirkətlərindən, Azərbaycan Beynəlxalq Bankı, “Kapital Bank”, “Rabitəbank” və “Xalq Bank”dan əldə etmək mümkün olacaq. İstiqrazlar bütün növ vergilərdən azaddır.
Azərbaycan Respublikası Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov deyib ki, dövlətimizin başçısı SOCAR-ın inkişafına, Dövlət Neft Şirkətində korporativ idarəetmənin, beynəlxalq uçotun tətbiqinə hər zaman yüksək diqqət və dəstək verib. Bu gün SOCAR dünyanın tanınan, hörmət olunan və tanınmış neft şirkətləri qarşısında hesabatlı olan, eyni zamanda nüfuzu olan bir şirkətə çevrilib. SOCAR bir çox dünya dövlətlərinin ala və qazana bilməyəcəyi maliyyə dayanıqlığı reytinqinə və etibarlığına malikdir.
“SOCAR özünün korporativ idarəetməsi, gəlirlərinin xalqla bölüşməsi, eyni zamanda, maliyyə şəffaflığının artırılması məqsədilə belə cəsarətli və innovativ addım atır. SOCAR istiqrazlarını buraxaraq öz gəlirlərini xalqla bölüşməsi ilə bütün növ ictimai təbəqələri iqtisadi fəallığa və aktivliyə dəvət edir. SOCAR istiqrazlarının buraxılışı ölkənin qiymətli kağızlar və maliyyə bazarlarının inkişafı ilə yanaşı, dövlət-vətəndaş həmrəyliyinin, eyni zamanda dövlət gəlirlərinin vətəndaşlar arasında ədalətli bölgüsünü təmin edən bir maliyyə aləti olaraq çıxış edəcək. Belə maliyyə alətlərinin tətbiqi xüsusilə indiki dövrdə, beynəlxalq aləmdə və bazarlarda baş verən dalğalanmalar çərçivəsində xüsusi əhəmiyyətə malikdir. SOCAR ilk cəsarətli addım ataraq öz gəlirliyini vətəndaşlar ilə bölməklə, istiqrazlar buraxaraq vətəndaşlar qarşısında hesabatlığı təmin etməklə, eyni zamanda özünün ictimai nəzarətə açıq olduğunu bəyan edir. Bu da ölkə başçısının dövlət şirkətlərinin fəaliyyətində olan şəffaflığın artırılması prinsiplərinə tam uyğundur”, - deyə Azərbaycan Prezidentinin köməkçisi N.Əmirov əlavə edib.
“Ümid edirəm ki, digər şirkətlərin, ilk növbədə dövlət, eyni zamanda özəl şirkətləri də maliyyə bazarlarının aktiv iştirakçısı olmağa, maliyyə bazarlarının maliyyə alətləri vasitəsilə öz kapitallarını artırmağa və kapital artımı vasitəsilə də maliyyə sağlamlığı və dayanıqlığı sistemlərinin tətbiq etməyə həvəsləndirəcək, cəsarətləndirəcək”, - deyən N.Əmirov qeyd edib ki, SOCAR istiqrazları kifayət qədər gəlirliliyə malikdir. Yüz faiz likvid aktiv sayılan bu istiqrazlar istənilən an nağd pula və yaxud qeyri-nağd şəkildə bank vəsaitinə çevrilə bilər. Bu da vətəndaşların, eyni zamanda maliyyə vəsaiti saxlayanların belə bir aktiv, likvid maliyyə aləti vasitəsilə öz gəlirlərini və investisiyalarını yerləşdirmək və SOCAR-ın gəlirlərində pay sahibi olmaq imkanı yaradır.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bu gün SOCAR-ın dünyanın aparıcı transmilli korporasiyalarından birinə çevrildiyini deyib. Son illərdə Azərbaycanda dərin islahatların aparıldığını bildirən Z.Səmədzadə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üçün mühüm addımların atıldığını qeyd edib.
“Artıq Azərbaycan dünyada nadir ölkələrdən sayılır ki, uzaq gələcəyə öz iqtisadi inkişaf strategiyası müəyyən edib. Əminəm ki, SOCAR istiqrazları Azərbaycan xalqı tərəfindən yüksək səviyyədə qarşılanacaq və maliyyə bazarları sisteminin inkişafına xidmət edəcək. Bütövlükdə real sektor ilə maliyyə sektoru arasında əlaqənin daha da möhkəmlənməsinə xidmət edəcək”, - deyə Milli Məclisin komitə sədri qeyd edib.
Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı SOCAR istiqrazlarının bazara təqdim olunmasını Azərbaycanın maliyyə bazarında xüsusi bir hadisə olduğunu bildirib. Qeyd edib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası istiqrazları buraxdığı zaman SOCAR tərəfindən götürülən zəmanətlərə qeyd-şərtsiz əməl olunmasına nəzarət edəcək.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov SOCAR istiqrazlarının şirkətin digər layihələri kimi uğurlu olacağına əminliyini qeyd edib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

