2009-cu ilin büdcə layihəsinə dəyişiklik edilməyəcək
04.06.2009 [09:33]
Bu il 2009-cu ilin büdcə layihəsinə dəyişikliklərin edilməsi nəzərdə tutulmur. Maliyyə Nazirliyi bununla bağlı hökumətə müraciət etmək barədə düşünmür. Neftin qiymətinin büdcədə 70 dollardan götürülməsinə və hazırda dünya bazarında neftin bu qiymət indeksindən aşağı satılmasına baxmayaraq, büdcənin gəlir və xərcləri üzrə bütün maddələrin icrası yerinə yetirilməkdədir. Buna görə də, büdcənin xərclər bölməsinə dəyişikliklərin edilməsinə ehtiyac duyulmur. Bu barədə maliyyə naziri Samir Şərifov bildirib. Nazir qeyd edib ki, 2009-cu ilin birinci rübündə Dövlət Neft Fondundan transfertlər nəzərdə tutulduğundan da artıq həcmdə yerinə yetirilib. Neft Fondundan birinci rübdə dövlət büdcəsinə 1 milyard 330 milyon manat vəsait köçürülüb.
Hökumət büdcədə nəzərdə tutulan sosial və investisiya layihələrini maliyyələşdirmək üçün kifayət qədər maliyyə resurslarına malikdir və ölkədəki iqtisadi inkişaf tempinə uyğun olaraq bütün layihələrin icrası uğurla yerinə yetirilir. Xüsusilə də, investisiya xərclərinin bölgüsünə uyğun olaraq hər bir layihə, yəni, nəqliyyat, rabitə, su təsərrüfatı, yol tikintisi, məktəb və xəstəxanaların yenidən qurulması və digər bölmələr üzrə quruculuq işləri davam etdirilməkdədir. Xatırladaq ki, bu il investisiya sektorunda layihələrin maliyyələşdirilməsi üçün büdcədə 6 milyard manatdan artıq vəsait müəyyən olunub. Nazirlər Kabinetinin qərarına əsasən həmin vəsaitin 4 milyard 717 milyon 999 min 600 manatının müvafiq təşkilatlar arasında bölüşdürülməsi təmin edilib. Ehtiyat kimi saxlanılan 1,5 milyard manat vəsaitin isə ilin ikinci yarısından etibarən aidiyyatı sahələrə ayrılması nəzərdə tutulur. Göründüyü kimi, dünya bazarında neftin ucuzlaşmasına baxmayaraq, investisiya bölmələrində aktivlik hiss olunur. ölkədə böyük miqyaslı tikinti-quruculuq və yenidənqurma işləri geniş vüsət almaqdadır. 2009-cu il başlayandan indiyədək dövlətin investisiya xərcləri hesabına, eləcə də, özəl təşkilatların maliyyə mənbələri hesabına bütün sahələrdə tikinti və infrastruktur bölmələrində həm ötən ildəki layihələrin davamı həyata keçirilir, həm də yeni layihələr icra olunur. Yəni, ötən illə nisbətdə heç bir bölmədə işlərin miqyasında azalma müşahidə olunmayıb, əksinə artım meyilləri nəzərə çarpır.
Xatırladaq ki, 2009-cu ildə respublikamızda 500-dən artıq investisiya layihəsinin maliyyələşdirilməsi nəzərdə tutulur. Bu tendensiya bir daha onu ehtiva edir ki, Azərbaycan hökuməti digər dövlətlərdən fərqli olaraq maliyyə böhranının təsirlərindən sığortalanıb və bütün sferalar üzrə maliyyə öhdəliklərini yerinə yetirmək iqtidarındadır. Neftin qiymətinin aşağı düşməsi hökumətin maliyyə planlarına dəyişiklik etməsinə səbəb olmayıb, Avropa dövlətlərinin əksəriyyəti real sektorun maliyyələşdirilməsində çətinliklərlə üzləşdiyi halda Azərbaycan bu il iqtisadiyyatın real sektorunda, hətta bir sıra layihələrin əhatə dairəsini genişləndirməyi qərara alıb. Xüsusilə də, bu il qeyri-neft sektoruna dövlətin maliyyə dəstəyinin artırılması müşahidə edilməkdədir. Məsələn, qeyri-neft sektorunun ən aparıcı sahələrindən olan nəqliyyat və tikinti bölmələrində ölkəmizin bütün bölgələrini əhatə edən iri layihələr həyata keçiriləcək. Təkcə nəqliyyat sektorunda 48 layihənin icrası nəzərdə tutulub. Bu sahəyə dövlətin 958 milyon 706 min 800 manat vəsait xərcləməsi planlaşdırılır. Bu il nəqliyyat sektorunda iritutumlu layihələr, xüsusilə də, körpü və keçidlərin tikintisi, yol çəkilişi, avtomobil yollarının bərpası ən böyük maliyyə tutumlu layihələrdən olacaq. Bundan başqa, bölgələrdə yeni yolların inşası davam etdiriləcək. Beynəlxalq maliyyə institutlarının, əsasən də Dünya Bankının yol təsərrüfatına ayıracağı kreditləri də nəzərə alsaq, bu il nəqliyyat bölməsinə 2 milyard dollara yaxın investisiya qoyulacağını yəqin etmək olar.
2009-cu ildə iri sənaye müəssisələrinin yaradılması da böyük maliyyə tutumlu layihələr sırasında olacaq. Yeni istehsal və emal müəssisələrinin, təhsil, mədəniyyət, səhiyyə, infrastruktur və digər obyektlərin inşası və yenidən qurulması ilə bağlı layihələrə 1 milyard manatdan artıq investisiya sərf olunacaq. Su və kanalizasiya sistemlərinin təkmilləşdirilməsi, mədəniyyət və turizm sektoru, idman-sağlamlıq komplekslərinin yaradılması, rabitə və informasiya texnologiyaları, əhalinin sosial müdafiəsi ilə bağlı obyektlərin tikintisi nəzərdə tutulur.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
16 İyul 22:41
Dünya
16 İyul 22:16
Dünya
16 İyul 21:58
Dünya
16 İyul 21:23
İqtisadiyyat
16 İyul 20:42
Dünya
16 İyul 20:17
İdman
16 İyul 19:54
YAP xəbərləri
16 İyul 19:30
Elm
16 İyul 19:20
Gündəm
16 İyul 19:05
Maraqlı
16 İyul 18:35
Dünya
16 İyul 17:20
Dünya
16 İyul 16:31
Xəbər lenti
16 İyul 15:44
Dünya
16 İyul 15:19
İdman
16 İyul 15:15
Hadisə
16 İyul 14:51
Dünya
16 İyul 14:22
İqtisadiyyat
16 İyul 14:15
YAP xəbərləri
16 İyul 14:06
Dünya
16 İyul 13:18
Siyasət
16 İyul 12:42
Siyasət
16 İyul 12:41
YAP xəbərləri
16 İyul 12:38
Dünya
16 İyul 12:35
YAP xəbərləri
16 İyul 12:34
Siyasət
16 İyul 12:33
Gündəm
16 İyul 11:58
Gündəm
16 İyul 11:49
Sosial
16 İyul 11:36
İqtisadiyyat
16 İyul 11:31
Dünya
16 İyul 11:17
Gündəm
16 İyul 11:10
Gündəm
16 İyul 11:06
Ədəbiyyat
16 İyul 10:47
Sosial
16 İyul 10:46
Gündəm
16 İyul 10:45
Dünya
16 İyul 10:32
İqtisadiyyat
16 İyul 10:30
Analitik
16 İyul 10:15
Gündəm
16 İyul 10:15
Gündəm
16 İyul 10:12
Siyasət
16 İyul 10:01
Sosial
16 İyul 09:50
YAP xəbərləri
16 İyul 09:35
Mədəniyyət
16 İyul 09:27
Sosial
16 İyul 09:22
Dünya
16 İyul 09:05
Dünya
16 İyul 08:50
İdman
16 İyul 08:34
Siyasət
16 İyul 08:20
Dünya
16 İyul 07:13
İqtisadiyyat
15 İyul 23:18
Xəbər lenti
15 İyul 22:43
Sosial
15 İyul 22:19
Sosial
15 İyul 21:50
Dünya
15 İyul 21:27
Sosial
15 İyul 21:13
İqtisadiyyat
15 İyul 20:43
Analitik
15 İyul 20:39
Dünya
15 İyul 20:32
Maraqlı
15 İyul 20:19
İqtisadiyyat
15 İyul 19:56
Dünya
15 İyul 19:22
Dünya
15 İyul 19:07
Dünya
15 İyul 18:20
Siyasət
15 İyul 18:15
Xəbər lenti
15 İyul 17:59
İqtisadiyyat
15 İyul 17:35
Xəbər lenti
15 İyul 17:17

