Milli Məclis komitələrinin birgə iclasında 2017-ci ilin büdcə zərfinin müzakirəsi yekunlaşıb
03.12.2016 [12:48]
Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfi dekabrın 2-də Milli Məclisin insan hüquqları, regional məsələlər, hüquq siyasəti və dövlət quruculuğu, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr və gənclər və idman komitələrinin birgə iclasında müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları daxildir.
Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova bildirib ki, büdcə zərfi artıq üçüncü gündür komitələrdə müzakirə olunur. Layihə mövcud qlobal və ölkədaxili reallıqlar nəzərə alınaraq hazırlanıb. Əsas məqsəd makroiqtisadi sabitliyi qorumaq, iqtisadi inkişafı təmin etmək, ölkənin müdafiə qabiliyyətini gücləndirmək və əhalinin sosial rifah halını daha da yaxşılaşdırmaqdır.
Bahar Muradova diqqətə çatdırıb ki, Milli Məclisə təqdim edilən gələn ilin dövlət büdcəsinin layihəsində mövcud vəziyyət, valyutaların məzənnələri, eləcə də riskləri, dünyada gedən proseslər nəzərə alınıb.
Sonra maliyyə naziri Samir Şərifov gələn ilin dövlət büdcəsi layihəsinin əsas parametrləri barədə məlumat verib. Nazir bildirib ki, Milli Məclisin müzakirəsinə təqdim olunmuş 2017-ci il üçün dövlət büdcəsinin layihəsi ölkəmizin strateji inkişaf prioritetləri, ortamüddətli büdcə və maliyyə siyasəti, sosial iqtisadi inkişaf göstəriciləri və makroiqtisadi proqnozların təhlili nəzərə alınmaqla hazırlanıb. Təqdim olunan büdcə layihəsi son dövrdə ölkəmizdə mahiyyət etibarilə əvvəlki illərdən fərqli makroiqtisadi vəziyyətin yarandığını əks etdirir və yeni postneft iqtisadi inkişaf mərhələsinə keçidin şərtləndiyi çağırışlar nəzərə alınıb. Dünya enerji bazarlarında təklifin artması, tələbin isə həmin artım ilə zəif ayaqlaşması ölkə iqtisadiyyatının əsas gəlir mənbəyi olan neftin qiymətinin hələ də aşağı səviyyədə qalmasını şərtləndirir. Bu öz növbəsində xarici valyuta daxilolmalarının kəskin enməsinə səbəb olub, bu da ölkəmizin tədiyyə balansının xeyli pisləşməsinə gətirib çıxarıb. Sadalanan amillərlə yanaşı, bank sistemində pozulmuş sabitlik, bir sıra bankların iflasa uğrayaraq bağlanması, iqtisadiyyatın banklar tərəfindən kreditləşməsi həcmlərinin nəzərəçarpan dərəcədə daralması, həmin üzləşdiyimiz çağırışların bir qismini səciyyələndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında dayanıqlı iqtisadi artımın 2017-ci ildən başlayaraq bərpa olunması üçün cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bunlar pul və fiskal siyasətlərin sərtləşdirilməsi, maliyyə valyuta bazarlarında sağlam və dayanıqlı maliyyə vasitəçiliyinin bərpa olunması, iqtisadiyyatın şaxələnmə sürətinin, qeyri-neft ixracının artırılması və idxalın əvəzləşdirilməsi məqsədilə kənd təsərrüfatının, sənayenin artım sahələrini müəyyən edərək üstün qaydada inkişaf etdirilməsi kimi tədbirləri özündə əks etdirir. Bununla belə, 2017-ci ildə də cari ildə yürüdülən fiskal yığcamlaşdırılma siyasəti davam etdiriləcək. Bunun əsas məqsədi dövlət büdcəsi xərclərini azaltmaq, manat emissiyasını məhdudlaşdırmaqla valyuta bazarındakı təzyiqin nisbətən yumşaldılmasına, yəni, manatın məzənnəsinin sabitləşməsinə və dolayısı ilə məzənnə üzərindəki təzyiqlərin azalmasına kömək etməkdir. Burada da əsas məqsəd ilk növbədə valyuta bazarındakı gərginliyi aradan qaldırmaqla ölkədəki makroiqtisadi sabitliyin təmin edilməsidir.
2017-ci il dövlət büdcəsinin gəlirləri 15 milyard 955 milyon manat məbləğində nəzərdə tutulub ki, bu da cari ilin proqnozu ilə müqayisədə 867 milyon manat və ya 5,2 faiz azdır. Gələn il üçün neft sektorundan daxilolmalar üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8 milyard 100 milyon manatı və yaxud 50,8 faizi qeyri-neft sektoru üzrə daxilolmaların payına düşəcək ki, bu da cari illə müqayisədə 503 milyon manat və yaxud 11,3 faiz çoxdur. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 210 milyon manat və yaxud cari illə müqayisədə 2,9 faiz çox gəlirlərin təmin edilməsi proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsinin xətti ilə isə büdcəyə 2 milyard 200 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 390 milyon və yaxud 21,5 faiz çoxdur. Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert 6,1 milyard manat təşkil edəcək və bu da ötən illə müqayisədə 1,5 milyard manat az transfert deməkdir. Ümumiyyətlə, 2014-cü ildən başlayaraq dövlət neft fondunun dövlət büdcəsinə transfertlərin tədricən azaldılması və bununla da büdcə yığcamlaşdırılması siyasəti həyata keçirilməkdədir.
2017-ci il üçün dövlət büdcəsi xərclərinin tərkibində sosialyönümlü xərclərin xüsusi çəkisi 40,3 faiz səviyyəsində olacaq. Bu da cari illə müqayisədə 5,7 faiz çoxdur. Cari illə müqayisədə bu xərclər 292 milyon manat və yaxud 4,6 faiz artaraq 6 milyard 686 milyon manat təşkil edəcək. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsində 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitlərinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və ya xaricdən cəlb edilmiş kredit hesabına 26 milyon manat cəm olaraq 294 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib ki, Azərbaycan Respublikası Hesablama Palatası tərəfindən 2017-ci il üçün dövlət büdcəsinin layihəsinə rəy hazırlanıb və Milli Məclisə təqdim edilib. Təqdim olunan rəydə növbəti il üçün dünya iqtisadiyyatında mövcud vəziyyət, 2017-ci il üçün ölkəmizdə proqnozlaşdırılan əsas makroiqtisadi göstəricilərin, dövlət büdcəsinin gəlir və xərclərinin büdcə vergi siyasətinin əsas istiqamətlərinə adekvatlılığı qiymətləndirilib. Neft gəlirlərinin davamlı azalması ilə əlaqədar formalaşan fərqli iqtisadi reallıqlar şəraitində Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcəsinin gəlir parametrləri, istər ümumilikdə, istərsə də vergi gəlirləri timsalında qeyri-neft mənbələrinin artımına söykənməklə proqnozlaşdırılıb. 2017-ci il üçün proqnozlaşdırılmış azalma əsasən Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcminin əvvəlki illə müqayisədə təqribən 20 faizə qədər az nəzərdə tutulması ilə əlaqədardır.
İqtisadiyyat nazirinin müavini Sevinc Həsənova bildirib ki, dünyada və regionda baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin şəkildə enməsi, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının kəskin şəkildə devalvasiyası və digər amillər Azərbaycan iqtisadiyyatına mənfi təsir edib, manata təzyiqlər artıb, iki dəfə devalvasiya həyata keçirilib və üzən məzənnəyə keçid elan olunub. Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiya və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir.
Nazir müavini qeyd edib ki, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə intizamını gücləndirmək üçün sistemli tədbirlər hazırlanıb. Prezident İlham Əliyevin tapşırığı ilə rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasına nail olmaq məqsədilə səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin maliyyə intizamını gücləndirmək, idarəetmə strukturunu təkmilləşdirmək, fəaliyyət səmərəliliyini artırmaq və dövlət büdcəsindən asılılığı aradan qaldırmaq üzrə sistemli tədbirlər hazırlanıb və həyata keçirilməsinə başlanılır. Bu istiqamətdə görülmüş işlər, sənaye məhəllələrinin, sənaye parklarının yaradılması, onlara güzəştlərin verilməsi öz bəhrəsini verəcək və proqnoza görə bu sahədə iqtisadi artım 7 faizdən yüksək olacaq.
Gənclər və idman komitəsinin sədri Fuad Muradov, regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Fəzail Ağamalı, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Tahir Kərimli, Kamran Nəbiyev, Cavanşir Feyziyev, Şahin İsmayılov, Ombudsman Elmira Süleymanova 2017-ci ilin dövlət büdcəsi layihəsi barədə fikirlərini, qeyd və təkliflərini bildiriblər.
Sonra maliyyə naziri Samir Şərifov iclasda səsləndirilən fikirlərə münasibət bildirib, suallara cavab verib. Nazir deyib ki, burada deyilən fikirlər təhlil olunacaq və mümkün olan təkliflər nəzərə alınacaq.
Müzakirələrin yekununda “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Xəbər lenti
Hamısına baxGündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49

