Azərbaycan enerji resurslarının nəqlində diversifikasiya siyasətinə üstünlük verir
02.07.2009 [14:24]
Azərbaycanla Rusiya arasında təbii qazın alqı-satqısına dair imzalanan saziş bir sıra dairələrdə müxtəlif istiqamətlərdə şərh edilməkdədir. Bəzi iddialara görə, guya qaz əməkdaşlığının başlanması ilə Kreml Xəzər regionunun enerji resurslarına sahib olacaq və bununla da bazarda qaz inhisarçılığı daha da dərinləşəcək. Hətta bir sıra ekspertlər qazın Rusiyaya nəqlindən sonra Avropaya yanacaq ixracının məhdudlaşacağını, NABUCCO layihəsinin sual altına düşəcəyini təxmin etməyə çalışırlar. Təbii ki, bunların hər biri fərdi düşüncələrdən ibarətdir və ciddi arqumentlərə əsaslanmır.
Azərbaycanın Rusiya ilə qaz sahəsində əməkdaşlığa başlaması regionda çoxşəbəkəli enerji marşrutları sisteminə yeni bir tranzit xəttinin əlavə olunması deməkdir və bununla da bölgədəki enerji marşrutları daha da zənginləşmiş olur. Respublikamız enerji siyasətində çoxvektorlu ixrac strategiyasına, diversifikasiya xəttinə üstünlük verir və bu məqsədlə enerji ehtiyatlarının ixracı üçün çoxşəbəkəli marşrutlar sisteminə qoşulub. Rusiyaya qaz nəqli marşrutu da həmin şəbəkənin bir hissəsidir. Yəni, Azərbaycanın qaz nəqli üçün mövcud kəmərlərdən istifadə etmək imkanları sırasında Bakı-Tbilisi-Ərzurumla bərabər, Hacıqabul-Mozdok qaz kəməri və İran istiqamətində cənub marşrutu yanacağın ixracını həyata keçirmək üçün ən rentabelli marşrutlardandır. ümumiyyətlə, respublikamızın enerji resurslarının dünya bazarlarına çatdırılmasında 3 neft, 4 qaz kəməri mövcud olsa da, ölkəmizin zəngin neft və qaz ehtiyatlarının həcminin artması yeni ixrac marşrutlarının yaradılmasını da zəruri edir.
Azərbaycan gələn il Rusiyaya cəmi 500 milyon kubmetr qaz ixrac edəcək. Bu, respublikamızın ildə ixrac etdiyi yanacağın heç 5 faizi də demək deyil. Belə ki, Azərbaycan 2010-cu ildə dünya bazarına 12 milyard kubmetrdən çox qaz nəql etməyi planlaşdırır ki, bunun da cəmi 500 milyon kubmetri (təxminən 4 faizi ) Rusiyanın payına düşəcək. Respublikamız qonşu Gürcüstana 2 milyard kubmerə yaxın qaz ixrac edəcək və bu rəqəm Rusiyaya ixrac olunan yanacağın həcmi ilə müqayisədə 4 dəfə çox deməkdir. Qardaş Türkiyəyə 7 milyard kubmetrə yaxın, Yunanıstana isə 2 milyard kubmetrə yaxın qaz nəqli nəzərdə tutulur. Eyni zamanda, başqa dövlətlərə də qaz satışı planlaşdırılır. Azərbaycan bütün ölkələrlə qarşılıqlı əməkdaşlığı nəzərdə tutan siyasət yürütməklə dövlətlərin qaz təminatının həll olunmasına çalışır. Yəni, zəngin qaz ehtiyatlarına malik olan Azərbaycan enerji resurslarının nəqlində diversifikasiya siyasətini genişləndirərək Avropanın bir çox dövlətlərinə yanacaq ixracını həyata keçirir.
Bütün bunlar onu deməyə əsas verir ki, Rusiyaya qaz ixracı daha çox ölkəmiz üçün mühüm əhəmiyyət daşıyır. Rusiyanın Azərbaycana təklif etdiyi tariflər bu gün respublikamızın mavi yanacaq satdığı digər dövlətlərin ödədiyi qiymətlərdən daha yüksəkdir. Məlum olduğu kimi, Azərbaycan hazırda Gürcüstan, Türkiyə, Yunanıstana qaz satır və onlarla imzalanmış alqı-satqı müqavilələrində qiymətlər 350 dollardan xeyli aşağıdır. Hətta Azərbaycandan qaz almağa hazırlaşan İtaliya, Bolqarıstan, Macarıstan, Avstriya və digər dövlətlər də perspektivdə satış qiymətlərinin “Qazprom”un təklif etdiyi tariflərdən aşağı olmasını istəyirlər. Bu və digər arqumentlər bir daha onu göstərir ki, Rusiya respublikamızla qaz əməkdaşlığında daha sərfəli şərtlər təklif etməklə Azərbaycanın maraqlarını ödəmiş olur. Kreml hətta neçə illərdir ki, əməkdaşlıq etdiyi Türkmənistan və özbəkistanla qaz alqı-satqısında Azərbaycanla anlaşdığı tarifləri qəbul etməyib, həmin ölkələrə yanacağa görə ödənilən qiymətlər 250 dollardan da aşağıdır. Göründüyü kimi Azərbaycan həm dünya bazar qiymətlərinə uyğun saziş imzalamaqla kifayət qədər valyuta ehtiyatları əldə etməyə əlverişli zəmin yaradıb, həm də enerji siyasətinin şaxələndirilməsi siyasətini həyata keçirməklə regionda mövqeyini daha da möhkəmləndirib.
Rusiya kimi qaz nəhənginin ölkəmizdən yanacaq alması respublikamızın dünyada və bölgədə nüfuzunun artmasının daha bir göstəricisi olmaqla bərabər, Azərbaycan qazı uğrunda rəqabətin artmasını şərtləndirmiş olur. Rəsmi Moskva yaxşı anlayır ki, Azərbaycanın yerləşdiyi Xəzər regionu dünyanın enerji təchizatında mühüm yer tutur və bu bölgənin enerji ehtiyatlarının dünya bazarlarına nəqli ədalətli enerji tərəfdaşlığı üçün ən mükəmməl vasitədir. Məhz buna görə də mövcud tranzit-nəql imkanlarından yararlanmaq gərəkdir. Azərbaycanın dünya enerji bazarında nüfuzunun və mövqeyinin daha da möhkəmlənməsi, Avropa ilə əməkdaşlıqda çoxşaxəli enerji siyasəti yürütməsi Kremlin də diqqət mərkəzindədir və bu məqsədlə Rusiya respublikamızın diversifikasiya siyasətindən kənarda qalmaq istəmir. Bütün bu faktorlar iqtisadi-ticari mahiyyət daşımaqla yanaşı, Avropanın enerji təhlükəsizliyinin təminatında Xəzər regionunun müstəsna məkan və bu regionda Azərbaycanın başlıca rol oynayan flaqman olmasını şərtləndirmiş olur.
Azərbaycan dəfələrlə bəyan edib ki, qaz ehtiyatlarının həcminin artması həm alıcı dövlətlərin sayının çoxalmasına, həm də yanacağın nəql marşrutlarının coğrafiyasının genişlənməsinə səbəb olacaq. Təbii ki, yanacağın istehlakçılara çatdırılması üçün iqtisadi baxımdan daha sərfəli və respublikamızın iqtisadi maraqlarına cavab verən marşrutlara üstünlük veriləcək. O cümlədən, ən rentabelli marşrutlardan biri kimi dəyərləndirilən NABUCCO layihəsində də Azərbaycanın iştirakı mümkündür. Yəni, NABUCCO yanacağın nəqli üçün çoxvektorlu sistemin əsas həlqələrindən biri kimi diqqət mərkəzində qalır. Eləcə də Bakı-Tbilisi-Ərzurum və Türkiyə-Yunanıstan kəmərləri vasitəsilə Avropaya ixrac olunan Azərbaycan qazının nəql imkanlarının genişlənməsinə baza yaradan Priney yarımadası-Adriatik yeni qaz şəbəkəsinin yaradılması respublikamızın Avropanın etibarlı yanacaq təminatında həlledici mövqeyə malik olmasına səbəb olacaq.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxElm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52
İqtisadiyyat
07 Sentyabr 15:52
Elanlar
07 Sentyabr 15:21
Dünya
07 Sentyabr 15:17
İqtisadiyyat
07 Sentyabr 14:58
İqtisadiyyat
07 Sentyabr 14:57
Dünya
07 Sentyabr 14:26
Sosial
07 Sentyabr 14:10
Sosial
07 Sentyabr 14:10
Siyasət
07 Sentyabr 14:09
YAP xəbərləri
07 Sentyabr 13:53
Gündəm
07 Sentyabr 13:28
Dünya
07 Sentyabr 13:19
Dünya
07 Sentyabr 12:35
Siyasət
07 Sentyabr 12:22
Sosial
07 Sentyabr 12:19

