“Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransı başa çatıb
03.06.2017 [10:23]
İyunun 1-dən 2-dək Bakıda keçirilən XXIV “Xəzər Neft və Qaz-2017” beynəlxalq konfransı başa çatıb.
AZƏRTAC xəbər verir ki, konfransın ikinci günündə BP şirkətinin Azərbaycandakı 25 illik fəaliyyətinə həsr edilən “BP şirkəti-son 25 ildə Azərbaycanın daimi tərəfdaşı” adlı xüsusi sessiya keçirilib.
SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib: “Artıq 18 ildir ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. 2017-ci il iyun ayının 1-dək dünya bazarında Azərbaycanın payına düşən 240 milyon ton mənfəət nefti satılıb. Mənfəət neftinin həcmi ilbəil artır. 2016-cı ildə dünya bazarında satılmış 32,7 milyon ton neftin 19,3 milyon tonu, yəni, 59 faizi Azərbaycanın payına düşən mənfəət nefti olub.
X.Yusifzadə bildirib ki, işlənmənin əvvəlindən 2017-ci il iyunun 1-dək Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağından 83 milyard kubmetr qaz və 21 milyon ton kondensat çıxarılıb. Bu il iyunun 1-dək “Şahdəniz-1” layihəsi üzrə Cənubi Qafqaz Boru Kəməri ilə Gürcüstana 6,3 milyard kubmetr, Türkiyəyə isə 46,5 milyard kubmetr qaz verilib. Hazırda Gürcüstana gündəlik orta hesabla 2,3 milyon kubmetr, Türkiyəyə isə 18,5 milyon kubmetr qaz ötürülür.
SOCAR-ın birinci vitse-prezidenti qeyd edib ki, bu il iyunun 1-dək dünya bazarına 448 milyon ton Azərbaycan nefti çıxarılıb. Həmin həcmin 333 milyon tonu Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri (BTC) ilə nəql edilib.
BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib ki, BP və onun tərəfdaşları indiyədək Azərbaycandakı sosial investisiya layihələrinə 72 milyon dollar vəsait xərcləyib. BP şirkət mühüm sosial investisiya layihələri həyata keçirməyə davam edir. Bu layihələrə təhsil proqramları, yerli icmalarda bacarıq və qabiliyyətlərin yaradılması, icmaların sosial infrastrukturla bağlı vəziyyətinin təkmilləşdirilməsi, maliyyə vəsaitlərinə çıxışın təmin edilməsi və təlim vasitəsilə yerli müəssisələrə dəstək, mədəni irs və idmanın inkişafına dəstək, eləcə də hökumət qurumlarına texniki yardım daxildir.
B.Aslanbəyli qeyd edib ki, 2006-cı ilin iyunundan bu ilin aprel ayının sonunadək Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 360 milyon tondan çox, yəni təxminən 2,7 milyard barreldən çox xam neft nəql olunub. Həmin neft Ceyhan limanında 3550-dən çox tankerə yüklənərək dünya bazarlarına göndərilib.
“Ötən 12 ildə BP şirkəti “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan Azərbaycana əsasən Səngəçal terminalı, həmçinin də “Neft Daşları”ndakı qurğu vasitəsilə 30 milyard kubmetrdən çox səmt qazı verib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub. 1997-ci ilin sonundan etibarən AÇG yatağında 3 milyard barreldən çox neft hasil edilib”, - deyə BP-nin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti qeyd edib.
SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidentinin müavini Vitali Bəylərbəyov isə Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi” layihəsinin icra vəziyyəti barədə məlumat verib. Deyib ki, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan “Cənub Qaz Dəhlizi”nin seqmentlərini “Şahdəniz Mərhələ 2”, “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi”, Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) layihələri təşkil edir. Bu boru xətti Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və bu ölkədən də Avropaya çatdıracaq. Uzunluğu 3 min 500 kilometr olan “Cənub Qaz Dəhlizi” vasitəsilə ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr, Avropaya 10 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Azərbaycan təbii qazının 2018-ci ilin ortalarında Türkiyəyə, 2020-ci ilədək isə Avropaya çatdırılması planlaşdırılır.
Konfransda “Kəşfiyyat və hasilat əməliyyatları üzrə məsrəflərin optimallaşdırılması və səmərəliliyin artırılması üçün qabaqcıl texnologıyaların tətbiqi”, “Kadrların hazırlanmasında rəqəmsal texnologiyaların effektiv rolu”, “Ekoloji və sənaye təhlükəsizliyinin təmin edilməsi” adlı sessiyalar keçirilib. Dünyanın müxtəlif ölkələrindən 40-dan çox məruzəçi, o cümlədən aparıcı ekspertlər, dövlət strukturlarının nümayəndələri, iri neft-qaz şirkətlərinin rəhbərləri aşağı neft qiymətləri şəraitində enerji daşıyıcılarının hasilatı, idarə olunması və nəqli üzrə əsas məsələlərlə bağlı çıxışlar ediblər. “Caspian Oil&Gas” sərgisini müşayiət edən konfransda regionun aktual məsələləri müzakirə olunub.
Beynəlxalq konfrans həmkarlarla ünsiyyət saxlamaq, texnologiya və xidmətləri iş prosesində nümayiş etdirmək və faydalı işgüzar əlaqələr yaratmaq imkanını, habelə yeni informasiya və texnologiyalar axınını təmin etməklə yanaşı, neft-qaz sahəsində beynəlxalq əməkdaşlıq imkanlarını da genişləndirib. Dünyanın 30 ölkəsini təmsil edən 400-dək nümayəndə iştirak etdiyi konfransı 20 şirkət-sponsor dəstəkləyir. Konfransın baş sponsoru SOCAR, qızıl sponsorlar isə “BP” və “Petronas” şirkətləridir.
Xəbər lenti
Hamısına baxDünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45
Xəbər lenti
10 Noyabr 16:39
İqtisadiyyat
10 Noyabr 15:28
Dünya
10 Noyabr 14:41
Maraqlı
10 Noyabr 13:24
Dünya
10 Noyabr 12:30
Dünya
10 Noyabr 11:18
Siyasət
10 Noyabr 10:44
Formula 1
10 Noyabr 10:25
Hadisə
10 Noyabr 09:58
Dünya
10 Noyabr 09:32
Sosial
10 Noyabr 08:19
Diaspor
09 Noyabr 23:21
İdman
09 Noyabr 22:19
Siyasət
09 Noyabr 21:31
Siyasət
09 Noyabr 20:31
Gündəm
09 Noyabr 18:56
İqtisadiyyat
09 Noyabr 18:41
Xəbər lenti
09 Noyabr 18:14
YAP xəbərləri
09 Noyabr 17:56
Siyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
YAP xəbərləri
09 Noyabr 15:58
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Xəbər lenti
09 Noyabr 14:52
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42

