Azərbaycan Avropanın ən yaxın enerji tərəfdaşıdır
01.09.2009 [09:49]
Cənubi Qafqazın lider dövləti olan Azərbaycan son illərdə həyata keçirdiyi enerji layihələri ilə dünyanın aparıcı enerji təchizatçısına çevrilib. Bu fakt ölkəmizin beynəlxalq arenadakı nüfuzunun artmasında da mühüm rol oynayır. Yəni, Azərbaycan artıq həm beynəlxalq şirkətlər, həm də böyük dövlətlər tərəfindən tərəfdaş qismində qəbul edilir, ölkəmizlə əlaqələrin inkişafı hər bir dövlətin əsas məqsədinə çevrilib. Qeyd etdiyimiz situasiyanın yaranmasında isə təbii ki, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu neft strategiyası mühüm rol oynayıb. Məhz neft strategiyasının uğurlu inkişafı, Prezident İlham Əliyevin bu strategiyanı davam etdirməsi Azərbaycanı az bir müddətdə Cənubi Qafqazın həm iqtisadi, həm də siyasi cəhətdən lider ölkəsinə çevirib.
Azərbaycanın inkişaf dinamikasının artmasında xüsusi yeri olan Bakı-Tbilisi-Ceyhan ixrac neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ərzurum qaz kəməri ölkəmizlə yanaşı, Gürcüstanın və Türkiyənin də həm təhlükəsizliyinin təminatında, həm də inkişafında böyük rola malikdir.
Ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində reallaşan bu layihələr Azərbaycanı Avropanın əsas tranzit dəhlizinə çevirib. Bir zamanlar çoxlarına əfsanə kimi görünən Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri layihəsi ilə başlanan bu proses nəticəsində Azərbaycan Qərbə inteqrasiya yolunda mühüm addım atıb. Daha sonra isə digər qlobal layihələrin reallaşması bu əlaqələri daha da möhkəmləndirdi. ümummilli liderimiz Heydər Əliyev bu layihələrin əhəmiyyətinə toxunaraq demişdi: “Bu əhəmiyyət ondan ibarətdir ki, əvvəla, Cənubi Qafqaz, Avropa və Qərb arasında sıx inteqrasiya gedir, ikincisi, bu neft və qaz kəmərləri regionumuzda təhlükəsizliyə, sabitliyə və sülhə mühüm təminatdır”.
Ulu öndərin əsasını qoyduğu siyasət bu gün də davam etdirilir. Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında enerji təchizatçısı kimi tanınması istiqamətində mühüm addımlar atıb. Məhz bu addımların nəticəsində Azərbaycan bu gün karbohidrogen ehtiyatlarının daşınması istiqamətində öncül sıralarda dayanır. Yeri gəlmişkən, bu yaxınlarda Prezident İlham Əliyev ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycan ilə ABŞ arasında energetika sahəsində əməkdaşlıq, Avropanın enerji təhlükəsizliyi və regional əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. Bununla yanaşı, ölkə başçısı Almaniyanın “RWE” şirkətinin prezidenti Yurgen Qrossmanın başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib. Bu görüşdə Azərbaycan ilə Almaniyanın “RWE” şirkəti arasında energetika sahəsində həyata keçirilən əməkdaşlığın hazırkı vəziyyəti ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb, Azərbaycanın karbohidrogen ehtiyatlarının Avropaya nəql edilməsi istiqamətində ölkəmizlə bu şirkətin birgə fəaliyyətinin perspektivləri müzakirə edilib.
Bu görüşlər bir daha sübut edir ki, Azərbaycan artıq beynəlxalq miqyasda böyük enerji təchizatçısı qismində tərəfdaş kimi qəbul edilir. Həqiqətən də Azərbaycan günü-gündən bu istiqamətdə öz fəaliyyətini genişləndirir. Azərbaycan artıq Xəzəryanı dövlətlərə də karbohidrogen ehtiyatlarının daşınmasında yardımçı olur. Bu yolla öz təbii qazını dünya bazarına çıxarmağa müvəffəq olan bir sıra dövlətlərin Qərbə inteqrasiyası məhz Azərbaycanın iştirakı ilə gerçəkləşdirilir. Amma Azərbaycan bununla kifayətlənmək fikrində deyil, bu addımlar davamlı olacaq. Prezident İlham Əliyev hələ Böyük Britaniyada səfərdə olarkən qeyd etmişdi ki, Avropa üçün hər hansı mümkün gələcək artırma və ya şaxələndirmə layihəsi ölkəmizdə yaradılan və Azərbaycan qazını Avropa bazarlarına çıxaran mövcud infrastruktura söykənir: “Bizim müxtəlif istiqamətlərdə gedən 4 qaz kəmərimiz var: Avropaya uzadıla biləcək Bakı-Tbilisi-Ərzurum kəməri, bizi Gürcüstanla birləşdirən boru kəməri, Rusiyaya və İrana gedən boru kəmərləri, demək olar ki, hazırda onların hamısı istismar olunur, ya da ediləcəkdir. Azərbaycan özünü etibarlı təchizatçı, hüquqi öhdəliklərinə hörmətlə yanaşan tərəf və hər zaman öz vəzifələrini yerinə yetirən ölkə kimi göstərmişdir. İndi enerji siyasətinin əhəmiyyəti daha da artır”.
Təbii ki, enerji bazarının inkişafı, ölkələrin dünya bazarına çıxışının artması regionun ümumi siyasi inkişafını da stimullaşdırır. Bu mənada da Azərbaycan həm Avropa, həm də Qərb üçün böyük əhəmiyyətə malikdir. Yəni, Azərbaycan Avrasiyanın enerji körpüsünə çevrilməklə bu iki dünyanın-Şərqlə Qərbin mübadiləsində mühüm rol almış olur. Bundan başqa, məhz bu yolla böyük miqyaslı problemlərin də həlli gerçəkləşdirilir. Təbii ki, bu məsələdə yenə də əsas məqam Azərbaycanın öz milli maraqlarından çıxış etməsidir. Yəni, Azərbaycan müstəqil şəkildə öz siyasətini yürüdür, bununla paralel olaraq yerləşdiyi regionun iqtisadi inkişafına dəstək olur. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, hər bir iş milli maraqlara, kommersiya şərtlərinə və azad bazar prinsiplərinə, azad rəqabətə əsaslanmalıdır: “Bu, bizim yanaşmamızdır. Fikrimcə, vəziyyəti təhlil etməkdə yeganə yanaşma belədir. Eyni zamanda, potensial diktə hallarının qarşısını almaq üçün hasilatçı, tranzit ölkələr və istehlakçıların maraqları arasında tarazlıq olmalıdır. Diktə etmə nəinki hasilatçı, bəzən tranzit ölkələrə və ola bilsin, istehlakçılara da aid ola bilər. Buna görə də, enerji formatının bütün iştirakçıları vahid heyət kimi çalışmalıdır. Yalnız bu halda biz uğura nail ola bilərik. Əminəm ki, gələn illər ərzində Azərbaycan öz enerji potensialını artıracaqdır. çünki mövcud potensial və həyata keçirilən kəşfiyyat layihələri 3-5 il ərzində yeni ehtiyatların tapılması ilə nəticələnəcəkdir. Bu isə enerji potensialımızı ciddi şəkildə artıracaqdır. Coğrafi mövqeyimiz və artıq mövcud olan infrastruktur bütün tərəfdaşlarımız üçün vacib olacaqdır”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
12 İyul 23:26
Dünya
12 İyul 22:34
Dünya
12 İyul 21:20
Maraqlı
12 İyul 20:17
Dünya
12 İyul 19:20
Dünya
12 İyul 18:39
Dünya
12 İyul 17:28
Dünya
12 İyul 16:42
Xəbər lenti
12 İyul 15:31
Dünya
12 İyul 14:20
Dünya
12 İyul 13:19
Dünya
12 İyul 12:35
Dünya
12 İyul 11:16
Dünya
12 İyul 10:28
Dünya
12 İyul 10:06
İdman
12 İyul 09:56
İdman
12 İyul 09:33
Dünya
12 İyul 08:52
Elm
12 İyul 08:30
Sosial
12 İyul 08:00
Dünya
11 İyul 23:30
Siyasət
11 İyul 22:38
Siyasət
11 İyul 21:17
Sosial
11 İyul 20:29
Gündəm
11 İyul 19:44
Gündəm
11 İyul 18:45
Gündəm
11 İyul 17:59
Sosial
11 İyul 17:33
Hadisə
11 İyul 16:44
Gündəm
11 İyul 15:59
Gündəm
11 İyul 15:32
Gündəm
11 İyul 15:07
Dünya
11 İyul 14:25
Dünya
11 İyul 13:32
Gündəm
11 İyul 12:55
Gündəm
11 İyul 12:20
Siyasət
11 İyul 11:56
Gündəm
11 İyul 11:32
Sosial
11 İyul 11:18
Gündəm
11 İyul 11:05
Hərbi
11 İyul 10:52
Gündəm
11 İyul 10:45
Siyasət
11 İyul 10:39
YAP xəbərləri
11 İyul 10:23
Sosial
11 İyul 10:13
İqtisadiyyat
11 İyul 09:58
Analitik
11 İyul 09:30
MEDİA
11 İyul 09:17
Ədəbiyyat
11 İyul 08:53
Ədəbiyyat
11 İyul 08:35
İqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50

