Azərbaycan iqtisadiyyatı 2010-cu ildə ən yüksək inkişaf dinamikasına malik olacaq
04.09.2009 [10:13]
2009-cu ilin ötən 8 ayının makroiqtisadi vəziyyəti Azərbaycan iqtisadiyyatının bütün bölmələrində, o cümlədən, maliyyə-bank sistemində dinamik inkişaf meyillərinin müşahidə olunmasını, dünya maliyyə böhranına qarşı respublikamızın effektiv addımlar atması nəticəsində maliyyə sabitliyinin qorunub saxlanmasını göstərir. Azərbaycan iqtisadiyyatı böhranın təsirlərinə və qlobal resessiyalara qarşı həddindən artıq dözümlülük nümayiş etdirib ki, bu da neqativ halların ölkəmizin maliyyə sferasına sarsıdıcı zərbələrini sıfıra endirmiş olub. Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
Dünən 2009-cu ilin 8 ayının makroiqtisadi göstəriciləri və Mərkəzi Bankın həyata keçirdiyi monetar siyasətin nəticələrinə həsr olunmuş mətbuat konfransında Elman Rüstəmov deyib ki, hökumətin apardığı məqsədyönlü siyasət ölkəmizdə yüksək inkişaf dinamikasının və maliyyə sabitliyinin davamlı olmasına əsaslı zəmin yaradıb. Azərbaycan hökuməti qlobal böhranın təsirlərindən sığortalanmaq üçün makroiqtisadi siyasətin bütün istiqamətlərinin daha güclü konsolidasiya və koordinasiya olunmasına çalışıb və nəticədə beynəlxalq miqyasda baş verən mənfi tendensiyalar minimuma endirilib. Elman Rüstəmov qeyd edib ki, ilin ilk rübündə bank və maliyyə sektorunun bir sıra sahələrində müəyyən azalma meyilləri müşahidə edilirdisə, hazırda bu istiqamətdə əhəmiyyətli dərəcədə pozitivlik hiss olunur. Bankların maliyyə ehtiyacları ilə bağlı problemlər tamamilə aradan qalxıb. Əgər mart ayında Azərbaycan banklarının, ümumilikdə, xarici maliyyə qurumlarına olan borcu 1,9 milyard dollara çatmışdısa Mərkəzi Bankın bank bazarının dəstəklənməsi ilə bağlı həyata keçirdiyi siyasət nəticəsində onların bu problemi də aradan qalxıb. Artıq bankların xarici borcları əhəmiyyətli dərəcədə azalıb və onlar hətta yenidən xarici maliyyə təşkilatlarından böyük həcmdə kredit almağa başlayıblar. Təkcə son aylarda onların xarici qurumlardan aldığı kreditlərin məbləği 400 milyon dolları ötüb.
MB bank sistemində maliyyə sabitliyini daha etibarlı qorumaq və xarici risk amillərini qabaqlayıcı rejimdə neytrallaşdırmaq üçün preventiv siyasəti davam etdirərək mühüm nəticələrə nail olub. İlin əvvəllərindən başlayaraq pul siyasətinin əsas hədəflərindən birinə çevrilən faiz dərəcələrinin aşağı salınması ilə bağlı tədbirlər öz bəhrəsini verib. MB son 9 ayda faiz dərəcələrini 5 dəfə aşağı salıb və nəticədə banklar üçün uçot dərəcələri 15 faizdən 2 faizə endirilib. Bu strateji addım qlobal risklərin iqtisadiyyatın qeyri-neft sektoruna, məşğulluq və gəlir səviyyəsinə mənfi təsirlərini qabaqlayıcı rejimdə məhdudlaşdırmağa yönəlib. Milli Bankın iqtisadiyyatda zəruri likvidlik səviyyəsinin təmin olunması ilə bağlı yürütdüyü siyasət bank sisteminin yenidən maliyyələşmə alətlərinin çeşidinin genişlənməsinə səbəb olub. Nəticədə bankların likvidlik göstəriciləri yaxşılaşmağa başlayıb və onlar istehlak kreditlərinin verilməsinin miqyasını artırıblar. Beləliklə, bankların aktivliyinin artması iqtisadiyyatın bir çox bölmələrində inkişafı sürətləndirib. İqtisadi artım 4 faizi ötüb. Təkcə qeyri-neft bölməsində inkişaf tempi 3,6 faiz olub.
Elman Rüstəmov ilin əvvəllərindən başlayaraq dünya bazarında neftin qiymətinin aşağı düşməsi nəticəsində ölkənin valyuta ehtiyatlarında azalma baş verdiyini bildirib, hazırda isə ehtiyatların artması üçün stimul yaranıb. Gələn il neftin bir barelinin 75 dollar olacağı proqnozlaşdırılır ki, bu da ölkəmizin strateji valyuta ehtiyatlarının artaraq 18 milyard dolları ötməsinə səbəb olacaq. ümumiyyətlə, respublikamızın iqtisadiyyatı 2010-cu ildə ən yüksək inkişaf dinamikasına malik ola biləcək.
Elman Rüstəmov deyib ki, Mərkəzi Bank dövlət başçısının tövsiyələrinə uyğun olaraq iqtisadiyyatda likvidliyi və iqtisadi canlanmanı təmin etmək məqsədilə banklarla yanaşı, iri şirkətlərə və konsernlərə maliyyə dəstəyi göstərib. İlin əvvəlindən indiyədək həmin strukturlara 2 milyard manat həcmində maliyyə yardımı edilib. MB təkcə Dövlət Neft Şirkətinə 750 milyon manat maliyyə dəstəyi göstərib. Kredit şəklində 7 il müddətinə illik 3 faizlə verilmiş həmin vəsaitlər DNŞ-nin xarici borclarının ödənilməsinə və şirkətin investisiya siyasətinin reallaşmasına yönəldilib. Bunun nəticəsində Neft Şirkəti 2009-cu ildə bir neçə iri layihə həyata keçirib, əsasən də qaz ixracı və yanacağın hasilatının artırılması ilə bağlı mühüm irəliləyişlərə nail olub. Bundan başqa, Mərkəzi Bank alüminium sənayesinin dirçəldilməsinə kreditlər yönəldib. Qeyri-neft və sənaye sahələrində fəaliyyət göstərən konsernlərin də maliyyə təminatı həll edilib.
Mərkəzi Bankın bank sistemi vasitəsilə real sektorun inkişafının dəstəklənməsinə yönələn strateji addımları tikinti bölməsində də dinamik inkişafı təmin edib. Həmin sahədə sifarişlər artıb, yeni tikilən binalarda müqavilələrin bağlanması çoxalıb. Artıq mənzillərin qiymətlərində enmə müşahidə edilmir, sabit qiymət tempi nəzərə çarpır.
2009-cu ildə həyata keçirilən monetar siyasətin ən mühüm uğurlarından biri də milli valyutanın dəyərinin sabit qorunub saxlanmasından ibarət olub. Elman Rüstəmov bildirib ki, Azərbaycanın valyuta bazarı həddindən artıq sağlam və sabit olduğundan bütün xarici təsirləri dəf edib və bu tendensiya manatın möhkəmlənməsində də müşahidə edilib. Bütün dövlətlər maliyyə böhranı ilə bağlı milli valyutalarının dəyərinin düşməsinin qarşısını ala bilməyib və devalvasiyaya məcbur olublar. Azərbaycanın milli valyutasının məzənnəsinin sabit şəkildə qorunub saxlanması isə manatın devalvasiyasına zərurət yaratmayıb. Azərbaycan manatı MDB məkanında ən sabit milli valyutalar sırasında birinci yerdə mövqeyini qoruyub saxlayır. 117 ölkə üzrə dünya valyutalarının sabitlik reytinqində isə manat 28-ci yerdə dayanır.
ümumiyyətlə, Mərkəzi Bank tərəfindən qeyri-neft sektorunun dəstəklənməsi, kiçik və orta sahibkarlığın maliyyələşməsi mexanizmlərinin təkmilləşdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması, bank sektorunun davamlı müdafiəsi, tikinti-ipoteka bazarının inkişafı və qlobal risklərin milli iqtisadiyyata təsirini məhdudlaşdıran digər prioritet məsələlərlə bağlı həyata keçirilən siyasət öz müsbət təsirlərini göstərib. Mərkəzi Bankın rəhbəri bildirib ki, 2009-cu ilin ötən dövrünün makroiqtisadi ssenarisi onu göstərir ki, hökumətin həyata keçirəcəyi pul-kredit və maliyyə siyasəti respublikamızın inkişaf strategiyasının davamlılığını təmin edəcək, yüksək inkişaf dinamikasının sürətlənməsinə təkan verəcək.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 17:20
Sosial
09 Noyabr 16:32
Dünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18

