/ / "Doing Business-2010" hesabatında respublikamızda həyata keçirilən islahatlar yüksək qiymətləndirilib
"Doing Business-2010" hesabatında respublikamızda həyata keçirilən islahatlar yüksək qiymətləndirilib
11.09.2009 [12:23]
Dünya Bankı (DB) və Beynəlxalq Maliyyə Korporasiyası “Doing Business-2010” adlı yeni illik hesabatını açıqlayıb. Sənəddə dünya ölkələrində biznes mühitinin vəziyyəti, ticarət qaydalarının sadələşdirilməsi, sahibkarlıq sektorunda rəqabət qabiliyyətinin təmin olunması, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, tikinti üçün icazələrin verilməsi, əmlakın qeydiyyatının aparılması, investorların hüquq və maraqlarının qorunması, gömrük rəsmiləşdirilməsi və digər parametrlər üzrə qiymətləndirmələr aparılıb. Azərbaycan yeni hesabatda təxminən ötənilki mövqedə qərarlaşıb. 38-ci pillədə qərar tutan respublikamızda son illərdə həyata keçirilən məqsədyönlü islahatlar Dünya Bankı tərəfindən təqdir olunub.
“Doing Business-2010” hesabatının müəllifi Svetlana Baqautdinova bildirib ki, Azərbaycan son illər ərzində daha çox islahat aparmış ölkələr sırasına daxildir. Respublikamızda biznes üçün ən əlverişli mühitin təmin olunması istiqamətində son 5 ildə davamlı və pozitiv islahatlar həyata keçirilib. Biznes sahəsində son islahatlar Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün əlverişli şəraitin yaradılmasına imkan verib. Bu tədbirlər nəticəsində Azərbaycan “Doing Business” hesabatlarında hər il mövqeyini yaxşılaşdırmağa nail olub. Onun fikrincə, bir neçə il əvvələ kimi Azərbaycan bu cür hesabatlarda təxminən 90-cı yerlərdə qərar tuturdusa, son iki ildə ilk 40-lığa daxil olan ölkələr sırasındadır. Hesabat müəllifi bildirib ki, Azərbaycan regionun aparıcı dövlətlərindən biridir və yüksək reytinqə malik ölkələrdən biri sayıla bilər. “Azərbaycan bir çox sahələrdə islahatlar həyata keçirməkdədir, xüsusilə də kredit bazarına çıxış sahəsində, ticarətin sadələşdirilməsi, biznesə başlamaq istəyənlər üçün əlverişli şəraitin təmin edilməsi və xarici ticarət sahəsində vəziyyət çox qənaətbəxş sayıla bilər. Son bir ildə sahibkarlıq sektorunda və gömrük sistemində “bir pəncərə” mexanizmlərinin tətbiq edilməsi islahatların ən mühüm komponentləri kimi səciyyələndirilə bilər”.
S.Baqautdinova onu da bildirib ki, Azərbaycanın gömrük məntəqələrində tam kompyuterləşmə aparılması, idxal-ixrac əməliyyatlarının müddətinin 6 günədək endirilməsi, həmçinin, burada vəsait xərclərinin də aşağı salınması digər region ölkələri üçün nümunə ola bilər. O, qeyd edib ki, Azərbaycan dünyada ən əhatəli və kompleks islahatlar aparmaq iqtidarında olan ölkədir. Son bir ildə bu islahatlar sahibkarlıq sektoru ilə yanaşı, başqa iqtisadi sahələri də əhatə etməkdədir. Xüsusilə də “bir pəncərə” mexanizmi ümumilikdə sahibkarlıq sektorunda canlanmanı intensivləşdirib. Bu tendensiya Azarbaycanda biznesə olan marağın artması fonunda əlverişli investisiya mühitinin formalaşmasının təzahürü kimi qiymətləndirilə bilər. Dünya maliyyə böhranı bir çox dövlətlərdə iri və orta şirkətlərlə yanaşı, kiçik müəssisələrin də bağlanmasına səbəb olsa da respublikamızda bu tendensiya müşahidə olunmayıb. Azərbaycanda iqtisadi fəallıq aşağı düşməyib, əksinə, daha da yüksəlib, buna görə də yeni yaradılmış sahibkarlıq subyektlərinin fəaliyyətini dayandırması qeydə alınmayıb.
S.Baqautdinova digər bölmələrdə tətbiq olunan “vahid pəncərə” sisteminin, ümumilikdə, sahibkarlıq sektorunun daha da inkişafına səbəb olacağını xatırladıb.
“Doing Business-2010” hesabatının müəllifi əmindir ki, Azərbaycan islahatların həyata keçirilməsini davam etdirəcək və gələnilki hesabatın reytinqində daha yüksək yerdə qərarlaşacaq. Belə ki, ölkəmizdə həyata keçirilən iqtisadi islahatlar, iqtisadiyyatın liberallaşdırılması, Azərbaycan hakimiyyətinin həyata keçirdiyi çevik və praqmatik iqtisadi siyasət məntiqi nəticələrini verəcək. Azərbaycan iqtisadiyyatının sürətli inkişafı və müsbət iqtisadi göstəricilər ölkəmizin lider mövqeyə çıxmasına zəmin yaradır.
Onu da xatırladaq ki, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası “Doing Business-2010” hesabatında iqtisadiyyatın bütün parametrləri üzrə qiymətləndirmə aparmayıb və bir sıra iqtisadi bölmələr tədqiqat obyekti kimi təhlil olunmayıb. Məsələn, makroiqtisadi siyasət, infrastruktur dəyişiklikləri, valyutanın sabitliyi, investor cəlbediciliyi və digər məsələlər araşdırma mövzusu olmayıb. Təbii ki, əgər DB həmin sahələr üzrə də təhlillər apararaq bu detalları hesabatda əks etdirsə idi onda respublikamızın mövqeyi xeyli yüksək ola bilərdi. çünki Azərbaycan həmin sahələr üzrə də son illərdə əhəmiyyətli dərəcədə islahatlar aparıb və bu elementlər bir sıra maliyyə institutlarının hesabatlarında mühüm qiymətləndirilib. Beynəlxalq Valyuta Fondunun, Dünya Bankının hesabatlarında Azərbaycan iqtisadiyyatı davamlı olaraq müsbət xarakterizə edilməkdədir. ölkəmiz karbohidrogen ehtiyatlarının hasilatı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.
Davos Dünya İqtisadi Forumunun hesabatında rəqabətqabiliyyətlilik sahəsində Azərbaycanın mövqeyi bir qədər də yaxşılaşıb. “Qoldman Saks” kimi çox mötəbər qurumun reytinqində də ölkəmiz iqtisadi göstəricilərə görə, mühüm yerlərdən birində qərar tutub. MDB Statistika İdarəsinin hesabatında Azərbaycan lider ölkə kimi mövqeyini qoruyur. ümumiyyətlə, dünyanın nüfuzlu reytinq agentliklərinin verdiyi qiymət Azərbaycanın kredit reytinqinin yüksək olmasını təsdiqləyir və respublikamız bütün beynəxalq iqtisadi hesabatlarda, ümumi daxili məhsulun (üDM) inkişaf tempinə görə, lider ölkə kimi səciyyələndirilir. Bundan başqa, digər nüfuzlu maliyyə institutlarının da müxtəlif qiymətləndirmələrində respublikamızdakı işgüzar mühit, Azərbaycandakı əlverişli biznes atmosferi öz əksini tapıb. Göründüyü kimi, son illər nüfuzlu beynəlxalq təşkilatların hesabatlarında Azərbaycan iqtisadiyyatı möhkəmlənən və bazar iqtisadiyyatının inkişaf etdirilməsi sahəsində ciddi uğurlara imza atan ölkə kimi səciyyələndirilir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
09 Noyabr 15:18
YAP xəbərləri
09 Noyabr 14:58
Siyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11

