Dövlətimiz öz maraqlarını rəhbər tutmalıdır
20.10.2009 [02:36]
Amma iki ilə yaxındır ki, Azərbaycanın bu imkanlardan məhrum olduğunu və bunun əsasında Azərbaycanla Türkiyə arasındakı həll edilməmiş tranzit məsələlərinin durduğunu vurğulayan dövlət başçısı deyib ki, Azərbaycan uzun illərdir Türkiyəyə qazı dünya qiymətinin üçdə bir hissəsinə, 30 faizinə satır: “Hansı ölkə öz təbii resurslarını, xüsusilə, indiki şəraitdə dünya qiymətinin 30 faizinə satır və bundan razı ola bilər?”
Prezident İlham Əliyev Azərbaycan qazının müxtəlif istiqamətlərdə ixrac edilməsi imkanları və perspektivinə də toxunaraq qeyd edib ki, Azərbaycan qazının keçəcəyi Türkiyə tranzit üçün elə şərtlər tələb edir ki, onu qəbul etmək mümkün deyil: “...İki gün bundan əvvəl Rusiya ilə Azərbaycan arasında, “Qazprom”la Neft Şirkəti arasında qaz alqı-satqısı ilə əlaqədar kontrakt imzalanmışdır və gələn ildən başlayaraq Azərbaycan qazı Rusiya bazarına ixrac ediləcəkdir... İran bazarı da böyük bazardır. İran bu gün Türkmənistandan qaz alır. Niyə Azərbaycandan almasın?”
Məsələyə münasibət bildirən Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvi, millət vəkili Aydın Mirzəzadənin fikrincə, bu gün Azərbaycan tranzit və ixracatçı ölkə kimi dünya bazarlarında başlıca etibarlı strateji tərəfdaşlardan biridir: “Azərbaycan NABUCCO layihəsinin reallaşdırılması istiqamətində də xüsusi diqqət göstərilən əsas oyunçulardan biridir”.
Azərbaycan qazının Türkiyəyə dünya qiymətinin 30 faizinə satılması məsələsinə toxunan millət vəkili hesab edir ki, faktiki olaraq hazırda dünya qiymətlərinə müvafiq olaraq qazın hər min kubmetrinin təxminən 400 ABŞ dollarına satılması Azərbaycanın bu prosesdən milyard dollarla vəsait itirməsinə dəlalət edir: “Azərbaycanın valyuta ehtiyatları 19 milyard manatdır. Belə çıxır ki, biz hər il valyuta fondumuzun 10-20 faiz həcmində gəlirlərini itiririk. Buna heç bir ölkə razı ola bilməz”.
Məhz bu kimi olayların beynəlxalq arenada mütəmadi olaraq cərəyan etdiyini vurğulayan A.Mirzəzadə bildirib ki, Türkmənistanla Rusiya arasında da ixrac ediləcək qazın qiyməti məsələsi ətrafında kəskin müzakirələr aparılır: “Əlbəttə, həm Türkmənistan, həm də Rusiya bu məsələdə özlərinin milli maraqlarını üstün tutur. Bu isə deməyə əsas verir ki, Azərbaycanın bu məsələ ətrafında tutduğu mövqe tamamilə doğrudur”.
Politoloq Rasim Musabəyovun da bu məsələ ətrafında cərəyan edən proseslərə yanaşması olduqca maraqlı və qanunauyğundur: “Həm Azərbaycan qazının qiyməti, həm qazın nəqli ilə bağlı tarif məsələsində, həm də Türkiyə-Ermənistan münasibətlərinin qurulması istiqamətində cərəyan edən proseslərin fonunda bəlli oldu ki, Türkiyə Azərbaycanla aralarındakı qardaşlıq münasibətlərini kənara ataraq ilk növbədə özünün milli maraqlarını təmin etməyə çalışır. Məhz bu halda enerji məsələsi ətrafında ortaya çıxan problemlər razılaşdırılmış şəkildə həll edilmirsə, bu zaman, təbii ki, Azərbaycan öz maraqlarını rəhbər tutmalıdır”.
Bu vaxtadək Azərbaycanın Türkiyəyə bu proseslərin fonunda 1,5 milyard dollaradək bağışladığını qeyd edən politoloq deyib ki, əgər Türkiyə geri qalmış, kasıb bir ölkə olsa idi, onda anlamaq olardı ki, Azərbaycanın Türkiyəyə bu istiqamətdə yardım etməsi təbiidir: “Türkiyədə adambaşına düşən gəlir Azərbaycandakından iki dəfə çoxdur. Belə olan halda Türkiyənin Azərbaycanın qaz resurslarının ixrac edilməsi prosesini özü üçün qazanc mənbəyinə çevirməsi ədalətsizlikdir”.
Məhz bu kimi proseslərin beynəlxalq münasibətlər sistemində mütəmadi olaraq müşahidə edildiyini vurğulayan politoloq deyib: “Rusiya-Belarus münasibətləri də yaxınlığı və sıxlığı ilə seçilir. Onların arasında yaranan problemlər zamanı da hər iki dövlət ilk növbədə öz maraqlarını əsas götürür. Biz də öncə öz maraqlarımıza əsaslanmalıyıq”.
Rasim Musabəyov hesab edir ki, Azərbaycan diversifikasiya edilmiş enerji siyasətinə üstünlük verilməsi istiqamətində mütəmadi olaraq atdığı addımları davam etdirməlidir: “Bu, həm qiymət, həm də digər parametrlər baxımından Azərbaycan üçün olduqca səmərəli və sərfəlidir”.
Politoloq hesab edir ki, Azərbaycan qazının Avropaya ixracı istiqamətində Türkiyə variantından istifadə mümkün olmazsa, bu zaman Gürcüstanın Kulevi, Supsa və digər limanlarında qaz emalı zavodları tikərək qaz ehtiyatlarını maye şəkildə Avropaya ixrac etmək olar.
Politolq Elşad Mirbəşir isə qeyd edib ki, Türkiyəyə satılan qazın qiyməti dünya bazarlarındakı mövcud qiymətlərlə heç bir şəkildə uzlaşmır. ölkəmizin enerji ehtiyatlarının ixracı istiqamətində olduqca sərfəli alternativlərə malik olduğunu deyən politoloqun fikrincə, Azərbaycanın enerji ehtiyatlarının nəqlinin diversifikasiya edilməsi siyasəti bu məsələ ətrafında meydana çıxan bir çox suallara tutarlı cavabdır: “Azərbaycan 2010-cu ildən etibarən sərfəli qiymətlərlə Rusiyaya qaz ixrac edəcək. ölkəmiz NABUCCO layihəsi çərçivəsində də mühüm strateji tərəfdaşlardan biri kimi qiymətləndirilir. Avropada arzu edilir ki, 28-31 milyard kubmetr ötürücülük gücünə malik olan NABUCCO-da 4-5 milyard kubmetr qaz ehtiyacı Azərbaycan qazı hesabına təmin edilsin. Qısacası, bu proses ətrafında atılan bütün addımlar Azərbaycanın milli maraqlarına cavab verir”.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44

