2010-cu ilin büdcə zərfi bütün iqtisadi-sosial hədəfləri özündə əks etdirir
05.11.2009 [09:51]
2010-cu ilin dövlət büdcəsi nəzərdə tutulan bütün sosial və iqtisadi prioritetləri təmin etməyə imkan verir. Gələn ilin büdcə paketi həm investisiya, həm də sosial layihələrin maliyyələşdirilməsi baxımından kifayət qədər təkmil və real maliyyə sənədi hesab olunur. Maliyyə naziri Samir Şərifov bildirib ki, 2010-cu ilin büdcə zərfinin başlıca istiqamətləri ölkə iqtisadiyyatının inkişaf tempinin qorunub saxlanmasını, sosial-iqtisadi islahatların əvvəlki illərdə olduğu kimi davam etdirilməsini, əhalinin maddi rifahının təmin olunmasını və sosial şəraitinin yaxşılaşmasını, investisiya qoyuluşlarının həyata keçirilməsini, iqtisadiyyatın diversifikasiyasını və digər tədbirləri özündə əks etdirir. Növbəti ilin ali maliyyə sənədi makroiqtisadi parametrlərin qorunub saxlanması və inkişaf etdirilməsi, eyni zamanda, Azərbaycanda davamlı islahatların həyata keçirilməsinin genişləndirilməsi baxımından da mükəmməl konsepsiya kimi qiymətləndirilə bilər.
Xatırladaq ki, 2010-cu ilin büdcə layihəsi artıq parlamentin müvafiq komitələrində müzakirə olunub və sənəd barədə müxtəlif rəy və təkliflər səsləndirilib. Yaxın günlərdə parlamentdə layihənin geniş müzakirəsi başlayacaq. Nazirlər Kabinetinin bir sıra təklifləri əsasında Maliyyə Nazirliyi tərəfindən tərtib olunmuş 2010-cu ilin dövlət büdcəsi layihəsinə əsasən, Azərbaycanın gələn il büdcə gəlirləri 10 milyard 15 milyon manat, xərcləri isə 11 milyard 264 milyon manat həcmində nəzərdə tutulub. Büdcənin gəlirlər bölməsinin formalaşmasında əsas maliyyə mənbələrini Dövlət Neft Fondundan transfertlər (4 milyard 915 milyon manat), Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən köçürülən vergi və rüsumlardan daxil olan vəsaitlər (5 milyard manatdan artıq) təşkil edəcək. Büdcənin xərclər bölməsinin strukturunda isə investisiya və sosial xərclərlə bağlı layihələr əsas yer tutacaq. ümumilikdə, büdcə zərfində dövlətəsaslı vəsait qoyuluşlarının həcmi 3 milyard 549 milyon manat, təhsil xərcləri 1 milyard 276,8 milyon manat, müdafiə xərcləri 1 milyard 205,8 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 1 milyard 192,3 milyon manat həcmində nəzərdə tutulub. Bundan başqa, büdcədən səhiyyə xərclərinə 479,4 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanlarına isə 1 milyard 42,3 milyon manat vəsait ayrılacaq.
2010-cu ilin dövlət büdcəsi layihəsi tərtib edilərkən dünyada baş verən qlobal böhran meyilləri, maliyyə bazarlarındakı sarsıntılar, neftin qiymətinin və aparıcı valyutaların məzənnələrinin gözlənilmədən və sürətlə aşağı düşməsi, həmçinin, digər mənfi tendensiyalar nəzərə alınıb. Bu mənada hökumətin büdcənin formalaşması ilə bağlı mövcud reallığı və gələcəkdə dünya maliyyə bazarlarında baş verə biləcək gözləntiləri təmkinlə nəzərə almasını və respublikamızın milli təhlükəsizliyinə təminat verən mükəmməl ali maliyyə sənədi hazırlamasını yüksək dəyərləndirmək olar. Dünya maliyyə böhranı şəraitində inkişaf etmiş dövlətlərin iqtisadiyyatında inkişaf tempinin zəifləməsinə baxmayaraq, Azərbaycanda artım meyillərinin nəzərə çarpması büdcə gəlirlərinin tam formalaşmasına imkan yaradır.
2010-cu ilin büdcə layihəsində sosialyönümlü xərclərin çəkisi ümumi büdcə xərclərinin 34,4 faizi həcmində (3 milyard 878 milyon manat) proqnozlaşdırılır ki, bu, 2009-cu ilin büdcəsindəki göstəricidən təxminən 1,8 faiz çoxdur. Yeni ilin büdcə zərfində sosial layihələrlə yanaşı, elm, təhsil, səhiyyə və digər bölmələrdə də maliyyə təminatı əhəmiyyətli dərəcədə öz əksini tapıb. 2010-cu ildə dövlət büdcəsi xərclərinin tərkibində sosial müdafiə və sosial təminat xərclərinin xüsusi çəkisi 1,4 faiz artaraq 10,6 faiz, təhsil xərclərinin xüsusi çəkisi 0,3 faiz artaraq 11,3 faiz, səhiyyə xərclərinin xüsusi çəkisi 0,2 faiz artaraq 4,3 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,5 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 3,4 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinin xüsusi çəkisi 0,1 faiz artaraq 1,8 faiz təşkil edəcək.
Büdcədə infrastruktur və investisiya layihələrinə də xüsusi diqqət yetirilib. Gələn ilin büdcə zərfində əsaslı xərclər 4 milyard 386,3 milyon manat nəzərdə tutulur ki, bu da məqsədli dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə əlverişli zəmin yaradır.
ümumilikdə, gələn ilin büdcə zərfini respublikamızın iqtisadi və sosial inkişaf konsepsiyasını özündə əks etdirən maliyyə sənədi kimi dəyərləndirmək mümkündür. Onu da qeyd edək ki, büdcə paketi ilə yanaşı, gələn ilin sosial-iqtisadi inkişaf göstəricilərinə dair proqnozlar da hazırlanıb. 2010-cu ildə ölkəmizdə əsas makroiqtisadi göstərici olan ümumi Daxili Məhsulun (üDM) artım tempi 6,5 faiz proqnozlaşdırılır ki, bu da bir çox inkişaf etmiş dövlətlərin müvafiq proqnoz göstəriciləri ilə nisbətdə xeyli yüksək rəqəmdir. Göründüyü kimi, 2010-cu ildə üDM-in artımı makroiqtisadi inkişafı təmin etməklə büdcə gəlirlərinin formalaşmasına əhəmiyyətli dərəcədə baza yaradır. Gələn il ölkə iqtisadiyyatına 10 milyard manat həcmində investisiya qoyuluşu gözlənilir ki, bu da MDB və Şərqi Avropa regionu ölkələri içərisində ən böyük sərmayə kimi qiymətləndirilə bilər. 2010-cu ilin makroiqtisadi ssenarisi və dövlət büdcəsi, ümumilikdə bütün iqtisadi-sosial hədəflərə çatmağa imkan verir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına bax
Gündəm
13 Sentyabr 11:59

Gündəm
13 Sentyabr 11:23

İqtisadiyyat
13 Sentyabr 10:54

Analitik
13 Sentyabr 10:46

İqtisadiyyat
13 Sentyabr 10:32

İdman
13 Sentyabr 10:16

Analitik
13 Sentyabr 09:56

Analitik
13 Sentyabr 09:45

Dünya
13 Sentyabr 09:25

Analitik
13 Sentyabr 09:11

MEDİA
13 Sentyabr 08:51

Ədəbiyyat
13 Sentyabr 08:28

Dünya
13 Sentyabr 08:23

Dünya
12 Sentyabr 23:39

İdman
12 Sentyabr 23:12

İqtisadiyyat
12 Sentyabr 22:57

Sosial
12 Sentyabr 22:26

Sosial
12 Sentyabr 21:45

Dünya
12 Sentyabr 21:30

Dünya
12 Sentyabr 21:19

Siyasət
12 Sentyabr 20:57

İdman
12 Sentyabr 20:42

Dünya
12 Sentyabr 20:14

Hadisə
12 Sentyabr 19:56

İqtisadiyyat
12 Sentyabr 19:25

Dünya
12 Sentyabr 18:23

COP29
12 Sentyabr 17:20

Sosial
12 Sentyabr 16:59

Sosial
12 Sentyabr 16:40

Mədəniyyət
12 Sentyabr 16:29

Sosial
12 Sentyabr 15:29

İqtisadiyyat
12 Sentyabr 13:28

YAP xəbərləri
12 Sentyabr 12:58

Dünya
12 Sentyabr 12:28

Gündəm
12 Sentyabr 12:27

Dünya
12 Sentyabr 12:27

Sosial
12 Sentyabr 12:23

Hadisə
12 Sentyabr 12:22

İqtisadiyyat
12 Sentyabr 12:21

İqtisadiyyat
12 Sentyabr 12:20

İqtisadiyyat
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:11

Mədəniyyət
12 Sentyabr 11:58

İqtisadiyyat
12 Sentyabr 11:46

Siyasət
12 Sentyabr 11:36

İqtisadiyyat
12 Sentyabr 11:21

İqtisadiyyat
12 Sentyabr 11:15

Sosial
12 Sentyabr 11:07

Analitik
12 Sentyabr 10:58

Siyasət
12 Sentyabr 10:44

Analitik
12 Sentyabr 10:29

Analitik
12 Sentyabr 10:16

Analitik
12 Sentyabr 09:50

Analitik
12 Sentyabr 09:35

Ədəbiyyat
12 Sentyabr 09:14

MEDİA
12 Sentyabr 08:59

Sosial
12 Sentyabr 08:32

Dünya
11 Sentyabr 23:30

Dünya
11 Sentyabr 23:14

İdman
11 Sentyabr 22:48

Dünya
11 Sentyabr 22:36

Sosial
11 Sentyabr 22:15

Elm
11 Sentyabr 21:49

Dünya
11 Sentyabr 21:26

İdman
11 Sentyabr 21:12

Dünya
11 Sentyabr 20:53

İqtisadiyyat
11 Sentyabr 20:21

Dünya
11 Sentyabr 20:06

Dünya
11 Sentyabr 19:45
