İnformasiya-kommunikasiya texnologiyaları və yeni nəsil
05.11.2009 [09:52]
Son zamanlar İslam Konfransı Təşkilatı ölkələrində yeni texnologiyaların tətbiqi üzrə böyük hərəkat, canlanma müşahidə olunur. Ekspertlər hesab edir ki, belə bir hərəkatın davamlı və dayanıqlı olması üçün gənclərin fəallığı çox vacibdir. Azərbaycan da mədəniyyətlərarası dialoqun inkişafında böyük mərkəzə çevrilmiş ölkə kimi bu prosesdə xüsusi fəallıq göstərir. Dövlət başçısı İlham Əliyevin prioritet sahələrdən elan etdiyi informasiya-kommunikasiya texnologiyalarının inkişafı üzrə ölkəmizdə mühüm addımlar atılıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin üzvü, ölkənin birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən qlobal əhəmiyyətli tədbirlər xüsusi vurğulanmalıdır.
Həmin tədbirlərdə də qeyd olunduğu kimi əsas hədəfimiz Avropanın qazandığı uğurlardan yararlanaraq bu sahədə daha böyük inkişafa nail olmaqdır. Azərbaycan İKT sahəsində çoxsaylı layihələrin müəllifidir. ölkəmiz yeni “Transmilli super informasiya magistralı” layihəsini həyata keçirməyə hazırlaşır. Və bu, son deyil.
Uğurlarımız beynəlxalq aləmdə də etiraf olunur. Məsələn, HP şirkətinin MDB ölkələri üzrə baş direktoru Rudi Kozakın fikrincə, Azərbaycan informasiya - kommunikasiya (İKT) texnologiyaları bazarının davamlı inkişafına nail olub. O, bunu, ilk növbədə, ölkə iqtisadiyyatının sabitliyi ilə əlaqələndirib. R.Kazakın sözlərinə görə, dünya maliyyə bazarlarında baş verən dəyişikliklər fonunda Azərbaycanın sabit iqtisadiyyatı ölkədə fəaliyyət üçün əlverişli mühit yaradır. Məhz əlverişli iqtisadi şərtlər, maliyyə böhranı əlamətlərinin olmaması, milli valyutanın sabitliyi uğurlu biznes üçün geniş imkanlar açıb. Sabit iqtisadiyyat sayəsində təmsil etdiyi şirkətin 2009-cu maliyyə ili ərzində Azərbaycan üzrə aralıq nəticələrinin müsbət olduğunu vurğulayan R.Kozak İKT-nin tətbiqi sahəsində həyata keçirilən iri layihələri müsbət qiymətləndirib: “İKT sahəsində məhsul, xidmət və həllərə olan tələbat iqtisadiyyatın sabit olmasından xəbər verir. Azərbaycandan fərqli olaraq, MDB-nin bəzi ölkələrində bir çox istiqamətlər üzrə həmin göstəricilər aşağıdır”.
İKT-nin inkişafının iqtisadiyyatın güclü olmasından asılılığı sirr deyil. İqtisadiyyatın inkişafını isə xüsusi prioritet təşkil edən sahələrə, məsələn, İKT-nin inkişafına yönəltmək dövlət siyasətidir. Bu proseslərin içərisində digər prioritet sahə olan gənclərin inkişafı da xüsusi önəm daşıyır və bu əsas sahələrin inkişafını paralel olaraq təmin etmək dövlətimizin əsas məqsədlərindəndir.
Mütəxəssislər hesab edir ki, müsəlman ölkələrində əhalinin 60 faizindən çoxu 35 yaşınadək gənclərdən ibarət olduğundan gənclərin inkişafı naminə onlara İKT sahəsində dəstək verilməlidir. Ekspertlər əmindir ki, İKT-nin inkişafı gənclərin onu tətbiqetmə səviyyəsindən asılı olduğu kimi, gənclərin də bir çox istiqamətlər üzrə inkişafı İKT-nin ölkə səviyyəsində tətbiqindən asılıdır. Bu gerçəkliyi nəzərə alaraq Azərbaycan hökuməti İKT və gənclərin biliklərinin artırılması sahəsində əlindən gələni edir. Gənclərin bu sahəyə olan marağını artırmaq, İKT sahəsində təcrübə mübadiləsini genişləndirmək məqsədi ilə konkret addımlar da atılır. Elə bu məqsədə xidmət edən addımlardan biri də bu günlərdə İKT-nin gəncliyin inkişafında rolu üzrə Bakıda keçirilən I Beynəlxalq konfrans oldu.
Avropada İKT sahəsində əldə edilmiş təcrübənin İslam Konfransı Təşkilatı ölkələrində fəaliyyət göstərən gənc iş adamlarına ötürülməsi prosesinin təməlini qoyacağı proqnozlaşdırılan konfransda, yeni texnologiyaların tətbiqi və gənclərin informasiya-kommunikasiya sektorunun inkişafında rolu geniş müzakirə olundu. Elə həmin konfransda müəyyən olundu ki, informasiya-kommunikasiya sektorunun formalaşmasında yaradıcı yanaşma, onlayn gənc sahibkarlıq və marketinq, İKT sahəsinin formalaşmasında dövlət və özəl sektorun, eləcə də, universitetlərin fəaliyyəti bundan sonrakı mərhələnin əsas prioritetləri olmalıdır.
Bir sözlə, prioritetlər bundan sonrakı inkişafın istiqamətlərini müəyyənləşdirir. Hədəfi və istiqaməti bəlli yolun isə sonu uğurlu olur, deyirlər.
RUHİYYƏ
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:03
YAP xəbərləri
07 Sentyabr 20:57
YAP xəbərləri
07 Sentyabr 20:51
YAP xəbərləri
07 Sentyabr 20:48
YAP xəbərləri
07 Sentyabr 20:47
Hadisə
07 Sentyabr 20:42
Dünya
07 Sentyabr 20:34
Dünya
07 Sentyabr 20:18
Sosial
07 Sentyabr 19:50
İqtisadiyyat
07 Sentyabr 19:26
Fotoqalereya
07 Sentyabr 19:12
Dünya
07 Sentyabr 18:34
Din
07 Sentyabr 17:55
Sosial
07 Sentyabr 17:28
Maraqlı
07 Sentyabr 17:25
YAP xəbərləri
07 Sentyabr 17:24
Dünya
07 Sentyabr 16:31
Sosial
07 Sentyabr 15:52

