Azərbaycanda qadın sahibkarlığının inkişafına dövlət tərəfindən böyük dəstək göstərilir
29.03.2019 [09:38]
Vəfa Muradzadə: Ölkəmizdə hər bir qadın sərbəst şəkildə öz işini qura və biznesə sahib ola bilər
Məlum olduğu kimi, ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir. Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib.
Onu da vurğulamaq yerinə düşər ki, ölkəmizdə qadın sahibkarlığı da ciddi şəkildə inkişaf etməkdədir. “Vəfa collection” şirkətinin təsisçisi, Dünya İş Qadınları Assosiasyası (DİQA) İctimai Birliyinin sədri Vəfa Muradzadənin fəaliyyəti buna nümunədir. Qeyd edək ki, Vəfa Muradzadə Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat, daha sonra hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib. O, ilk olaraq M.Ə.Sabir adına Pedaqoji kollecdə dərs deyib, daha sonra hüquqşünas kimi fəaliyyət göstərib. Ancaq bütün bunlarla yanaşı özünün biznesini qurmağa çalışıb. Vəfa xanım bildirir ki, qəlbində hər hansı bir istehsal sahəsi yaratmaqla bağlı arzuları ona ideyalarını gerçəkləşdirməyə imkan verib:
- Müşahidələrim, araşdırmalarım nəticəsində belə qərara gəldim ki, ev tekstili sahəsində istehsal müəssisəsi yaradım. Çünki 2000-ci illərin əvvəlində bu sahədə boşluq var idi. Demək olar ki, bu yöndə məhsullar xaricdən idxal olunurdu. Azərbaycanda isə tikişi bacaran peşəkar ustalarımız var. 2004-2006-cı illərdə “tekstil hansı ölkələrdə daha keyfiyyətlidir”, “Hansı materialı haradan almaq olar” - suallarına cavab tapmaq üçün Hindistan, Çin, Almaniya, Türkiyə və s. ölkələrdə oldum. Biznes planının sxemini qurandan sonra 29 gün ərzində fabrik açmağa müvəffəq oldum. Çünki hər şey planlaşdırılmışdı. Bacarıqlı qadınları işə cəlb etdim. Düşünülmüş şəkildə yeni bir Azərbaycan brendi yaratdıq. Yəni Azərbaycan brendi olaraq üzərinə “Azərbaycan məhsulu” yazılan məhsulların ilk dəfə rəhbərlik etdiyim fabrikdə istehsal olunmasından qürur duydum.
İstehsala başladıqdan ilyarım keçməmiş yerli məhsullara həsr olunmuş sərgi zamanı Azərbaycan Prezidenti İlham Əliyev bizim stendlə tanış oldu. Cənab Prezident məhsullarımızı çox bəyəndi və bu sahədə yerli istehsalın olmasının vacibliyini vurğuladı. Ölkə başçısının sözləri bizə sanki qanad verdi. Bundan sonra mən sahibkar qadın olaraq xarici ölkələrdə keçirilən sərgilərdə yerli məhsulumuzu təqdim etdim. Hazırda məhsulların çeşidi xeyli artırılıb. Özünün fərqli dizaynı, qablaşdırılması ilə seçilən məhsulların keyfiyyətinə də tam təminat verilir. Müştərinin razılığı isə bizim əsas məqsədlərimizdən biridir. Eyni zamanda, ev tekstilləri ilə yanaşı otellərin işçi geyimləri və tekstili, məktəbli geyimləri də istehsal etdik.
2018-ci il isə mənim iş həyatımın uğur ili oldu. Cənab Prezidentin işgüzar səfərlərində iştirak etmişəm. Vladimir Putinin Azərbaycana səfəri zamanı Rusiyanın böyük bir holdinqi ilə memorandum imzaladım. Ötən il dövlət başçısı tərəfindən “Tərəqqi” medalı ilə təltif olunmuşam. Eləcə də Fransanın Kan festivalında mükafat alaraq dünyanın 16 iş adamının siyahısına düşdüm. Həmçinin Qətərdə sərgim keçirildi. İndi isə İngiltərədə “Top -100”-ə düşmüşəm.
Bu gün bizim şirkət üç sektorda işləyir. Otel sektoru, işçi geyimləri və özəl ev tekstili brendimiz var ki, xaricə ixrac olunur. Eyni zamanda, tender sektoru və dizaynerlərlə iş sektoru ilə işləyirik. Demək olar ki, ən böyük referanslar bizdədir. Çünki fəaliyyətimizlə özümüzü tanıtmışıq və zəhmətimizin bəhrəsini yavaş-yavaş görürük.
- Ötən il Dünya İş Qadınları Assosiasiyası İctimai Birliyi yaratmısınız. Bu təşkilatın məqsəd və məramı nədən ibarətdir?
- DİQA Azərbaycan-Türkiyə İş Qadınları Dərnəyinin bazasında yaradıldı. Biz qərara gəldik ki, fəaliyyətimizi daha da genişləndirək və dünyanın sahibkar qadınları ilə geniş əlaqələr quraq. Hazırda Rusiya, Qazaxıstan, Gürcüstan, eləcə də Avropa və körfəz ölkələrinin bir çox sahibkar qadınları ilə əlaqələrimiz var.
Düşünürəm ki, DİQA-nın mərkəzi kimi Azərbaycanın seçilməsi böyük əhəmiyyətə malikdir. Təbii ki, bu təşkilatın çərçivəsində bizi mühüm və məsuliyyətli fəaliyyət gözləyir. Biz çalışacağıq ki, dünyanın qadın sahibkarları ölkəmizə investisiya yatırsınlar. Bunun üçün qarşılıqlı səfərlər olacaq, iş müzakirələri aparacağıq. Həmçinin iş qadınları olaraq təcrübələrimizi qarşılıqlı olaraq bölüşəcəyik. Bir sözlə, planlarımız çoxdur. Təşkilatın ölkəmiz və sahibkar qadınlarımız üçün uğurlu bir təsisat kimi fəaliyyət göstərməsinə çalışacağıq.
- Vəfa xanım, ümumiyyətlə bu gün dövlətimizin sahibkarlığın inkişafına göstərdiyi dəstəyi necə qiymətləndirirsiniz?
- Əlbəttə ki, Azərbaycanda dövlət səviyyəsində sahibkarlığın inkişafına güclü dəstək göstərilir. Ölkəmizdə biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib.
Ötən illər ərzində ölkədə özəl bölmənin inkişafına diqqət və qayğının gücləndirilməsi sahibkarlıq sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığın İnkişafı Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib.
Ümumiyyətlə, Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzində olub və cənab Prezident sahibkarlara Öz dəstəyini hər zaman bəyan edib.
Bu mənada ölkəmizdə qadın sahibkarlığının inkişafı da xüsusi diqqət mərkəzindədir. Rəsmi məlumatlara əsasən, son illərdə qadın sahibkarlığının inkişafı istiqamətində aparılan islahatlar nəticəsində ölkəmizdə qadın sahibkarların nisbəti 4 faizdən 30 faizədək artıb. Bu, ölkə rəhbərliyi başda olmaqla dövlətin zəhmətidir. Azərbaycanda hər bir qadın sərbəst öz işini qura və biznesə sahib ola bilər.
Sadəcə, bunun üçün qadınlar fəal olmalıdır. Əgər sahibkar qadınlar olaraq iş qura biliriksə, cəmiyyət həyatında fəal ola biliriksə, qarşımızda ciddi problem yoxdur. Mən bir çox ölkələrdə səfərdə olmuşam və müqayisə üçün deyə bilərəm ki, ölkəmizdə qadınların sahibkarlıq fəaliyyəti üçün bütün imkanlar yaradılıb. Bizim üzərimizə düşən vəzifə odur ki, çalışmaq lazımdır. Şəxsən mən iş adamı olaraq sahibkarlıqla bağlı bütün tədbirlərdə iştirak edirəm, öz fikir və təkliflərimi bildirirəm. Həmçinin, sahibkar olaraq müvafiq nazirlik və komitə rəhbərləri ilə müntəzəm olaraq görüşürük. Yenə də qeyd edirəm ki, sadəcə bizim üzərimizə düşən vəzifə fəal olmaqdır.
- Qeyd etdiyiniz kimi, bu gün ölkəmizdə sahibkar qadınların sayı artmaqdadır. Təcrübəli iş adamı kimi gənc sahibkarlara nə tövsiyə edərdiniz?
- Sahibkar kimi yeni fəaliyyətə başlayan qadınlar üçün hər şey onların öz əlindədir. Onlar iş qurarkən yüz ölçüb, bir biçməlidirlər. Ən əsası isə özlərinə güvənməlidirlər. Yəni, bu güvən varsa işə başlamalıdırlar. Qapım hər zaman o qadınlara açıqdır. Onlara məsləhət verməyə həmişə hazıram.
- Vəfa xanım, xeyriyyəçiliklə məşğul olan sahibkarlarımız da çoxdur. Bu baxımdan, sahibkarların sosial təşəbbüslərlə çıxış etməsini necə dəyərləndirirsiniz?
- Təbii ki, sahibkarlar sosial təşəbbüslərlə çıxış etməlidirlər. Onlar ölkənin sosial inkişafına, sosial layihələrə öz töhfələrini verməli, eləcə də xeyriyyəçiliklə məşğul olmalıdırlar. Mən də bir iş adamı olaraq, imkanım daxilində sosial müdafiəyə ehtiyacı olan insanlara kömək etməyə çalışıram.
Bu yaxınlarda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Novruz bayramı münasibətilə “Dost xonçası” layihəsi həyata keçirildi. Mən də məmnuniyyətlə bu layihədə iştirak etdim. Bundan sonra da dövlətin sosial layihələrində həmişə iştirak etməyə hazıram. Xeyirxahlıq etmək böyük savabdır. Bundan sonra da əlimdən gələn köməyi ehtiyacı olan insanlara etməyə çalışacam.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39
Mədəniyyət
18 İyul 21:40
Maraqlı
18 İyul 20:17
İqtisadiyyat
18 İyul 19:30
İdman
18 İyul 18:42
Dünya
18 İyul 18:25
Maraqlı
18 İyul 17:53
İdman
18 İyul 17:19
Elm
18 İyul 16:44
Dünya
18 İyul 16:31
Dünya
18 İyul 15:59
Dünya
18 İyul 15:24
Dünya
18 İyul 14:40
Dünya
18 İyul 14:17
Gündəm
18 İyul 13:35
Dünya
18 İyul 13:10
Siyasət
18 İyul 12:56
Siyasət
18 İyul 12:20
Gündəm
18 İyul 11:53

