Azərbaycanda güclü şəkər istehsalı sənayesi yaradılır
18.11.2009 [01:17]
“Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda kənd təsərrüfatına xüsusi diqqət göstərilməsi və aqrar bölmədə çalışan mülkiyyətçilərə dövlət dəstəyinin artırılması bu bölmənin qeyri-neft sektorunda aparıcı sahəyə çevrilməsinə səbəb olub. Kənd təsərrüfatının bütün sahələrində artım meyilləri qeydə alınıb. Bu, bitkiçilik məhsullarının, o cümlədən, şəkər çuğundurunun istehsalında da müşahidə olunub.
Respublikamızın suvarılan torpaqlarının yarıya qədəri əkinçilik və heyvandarlığın intensiv elmi əsaslarla inkişafı üçün çox böyük imkanlar açmaqdadır. Son illər heyvandarlıqla yanaşı, əkinçilik, o cümlədən, şəkər istehsalı üçün böyük zəmin yaradan şəkər çuğundurunun becərilməsinə diqqət artırılıb. Əgər, 2006-cı ildə 600 ha əkin sahəsindən 72 min ton şəkər çuğunduru toplanmışdırsa, 2007-ci ildə bu göstərici 110 min ton təşkil edib. Hər hektar üçün məhsuldarlıq 300 sentnerdən artıq olub. Ağcabədi, İmişli, Beyləqan rayonlarının mülkiyyətçiləri ən yüksək nəticə əldə edib. 2008-ci təsərrüfat ilində 6 min hektara yaxın sahədə şəkər çuğunduru əkilib və 2500 nəfər torpaq mülkiyyətçisi ilə istehsal müqaviləsi bağlanılıb. 230 min tona yaxın məhsul götürülüb. 2009-cu ildə isə ümumi əkin sahəsinin həcminin 10 min hektara çatdırılması proqnozları özünü doğruldub. Şəkər çuğunduru əkininin genişləndirilməsi regionların sosial-iqtisadi inkişafına ən layiqli töhfələrdən olan İmişli Şəkər Zavodunun qurulması ehtiyacını zərurətə çevirib. Bu nəhəng layihə isə ölkəmizdə şəkər sənayesinin inkişafına əsaslı töhfə verir.
Şəkər çuğunduru mülkiyyətçilərinə hər cür maddi, texniki dəstək göstərilir
Azərbaycanın əkin dövriyyəsində ən gənc texniki - ərzaq bitkisi olan şəkər çuğunduru əkinçiliyinə torpaq mülkiyyətçiləri çox böyük maraq göstərirlər. Son 2 il ərzində çuğundur əkin sahələrində aqrotexniki işlərin intensiv texnologiyalar əsasında aparılmasını təmin etmək məqsədilə 2 milyon manatdan yuxarı yüksək texniki göstəricilərə malik kənd təsərrüfatı maşın və aqreqatları alınıb. Bu avadanlıqların çox hissəsi respublikamızın əkinçilik sistemində ilk dəfə olaraq istifadə edilir.
Azərbaycan Sənaye Bankının maliyyə dəstəyi ilə şəkər çuğunduru əkinçilərinə güzəştli kreditlər də verilir. Şəkər istehsalı üzrə bütün xərclərin təxminən 90 faizi istehsalçılara avans qismində ödənir. Bura hidrotexniki işlər, toxum və gübrə ilə təminat, kimyəvi emal daxildir. Bütün bunlar güzəştli kredit xətti ilə edilir. 7 faiz dərəcəsi ilə verilən kredit Sahibkarlığa Yardım Fondu hesabına maliyyələşdirilir. Hər təsərrüfat ilinin sonunda İmişli Şəkər Zavodu tərəfindən sərf olunan xərclər çıxılır, qalan mənfəət isə, həftə ərzində mülkiyyətçilərə ödənilir.
Şəkər çuğunduru əkinlərində elmi əsaslara söykənən qida rejimini təmin etmək üçün müxtəlif çeşidli 3800 tona yaxın mineral gübrələr alınaraq torpaq sahələrinə verilir. Eyni zamanda, yüksək və keyfiyyətli məhsul almaq üçün, yüksək kondisiyalı, ziyanvericilərə davamlı, bölgənin torpaq-iqlim şəraitinə uyğun toxum materiallarından istifadə olunması əsas şərtlərdən olduğundan, dünyanın ən aparıcı seleksiya-toxumçuluq mərkəzlərindən hesab olunan Almaniyanın KVS, İsveçin Ses Vanderhovis və Hollandiyanın Singenta şirkətləri ilə işgüzar əlaqələr qurulub. Həmin şirkətlərin aparıcı mütəxəssisləri dövrü olaraq İmişli Şəkər Zavodunda olur, yerli mütəxəssislərə elmi-praktik seminarlar keçirlər.
Bununla yanaşı, yüksək məhsuldarlıq göstərən mülkiyyətçilər mükafatlandırılır. Hazırda toxum materialının xaricdən gətirilməsini məhdudlaşdırmaq və yerli məhsullardan bəhrələnməkdən ötrü Gəncə-Qazax zonasında və Tovuz rayonunda şəkər çuğunduru toxumunun yetişdirilməsi toxumçuluq bazasının yaradılması da planlaşdırılır.
İmişli Şəkər Zavodu daxili tələbatı tam ödəyir
Müəssisənin direktoru İsmayıl Müslümzadədən aldığımız məlumata görə, regionda analoqu olmayan, respublikamızın qeyri-neft sektorunda ən böyük investisiya layihəsi olan İmişli Şəkər Zavodunun gündəlik istehsal gücü 6 min ton şəkər çuğunduru emal etmək, 1100 ton şəkər istehsal etməkdir: “Bu da təxminən illik 500 min ton şəkər tozu əldə olunması deməkdir. ölkənin illik tələbatı 150-180 min tondur. Bütün daxili tələbatı qarşılamaqla, müəyyən qədər şəkəri xaricə də ixrac edə bilirik”.
Qeyd edək ki, İmişli Şəkər Zavodunda istehsal olunan şəkər tozunun keyfiyyəti yüksək olduğundan “Koka-kola” kimi məşhur şirkət də yerli məhsuldan istifadə edir. Ukraynada bir neçə şəkər istehsal edən şirkət olmasına baxmayaraq İmişli Şəkər Zavodu bu ölkəyə də şəkər ixrac edir.
Hazırda müəssisənin istehsal gücünün tam işə salınması üçün şəkər çuğunduru istehsalını istənilən səviyyəyə qaldırmaq və bunun üçün də əkin sahələrinin miqyasını artırmaq nəzərdə tutulur. Hazırda bu istiqamətdə işlər görülür.
Xaricdən yem qarışıqlarının alınmasına ehtiyac olmayacaq
ölkəmizdə şəkər çuğundurundan səmərəli istifadə olunması üçün Şəkər Zavodunun nəzdində yağ, yem və spirt emalı müəssisələri də yaradılıb. Yağın ilkin emalını həyata keçirən zavodun sutka ərzində istehsal gücü 200 tondur. Gündəlik gücü 600 ton olan yem zavodunda 71 çeşiddə yem və ona əlavələr istehsal etmək mümkündür. Nəzərə alsaq ki, son vaxtlar dünya bazarında yem məhsulları kəskin bahalaşıb və Azərbaycan bu ehtiyacını xarici idxal hesabına qarşılayır, onda şəkər çuğunduru əkin sahələrinin genişləndirilməsi istiqamətində aparılan işlərin sürətləndirilməsini başa düşmək çətin deyil.
İmişli şəkər zavodunda şəkər çuğundurunun qəbulu 100 min tondan artıqdır
İmişli şəkər zavodunda ilk məhsulun təntənə ilə qəbuluna başlanmasından artıq bir ay keçir. Məhsulun zavod tərəfindən qəbulu günü-gündən sürətləndirilir. Torpaq sahibkarları və fermerlər mövcud hava şəraitindən bacarıqla istifadə edərək tədarükə “bu gün dünənkindən, sabah isə bu günkündən daha çox və keyfiyyətli məhsul təhvil vermək” şüarı ilə çalışırlar. Bu əlbir fəaliyyətin nəticəsidir ki, respublikamızın rayonlarından hər gün zavoda 3000 tondan çox keyfiyyətli məhsul təhvil verilir.
AŞİB Aqro MMC-nin direktoru Mehmet Salih Demirin bildirdiyinə görə, il ərzində sahələrdə bol və keyfiyyətli məhsul yetişdirilib. Bu nailiyyət şəkər çuğunduru qəbulunda aydın görünür. Artıq bir ay müddətinə 100 min tondan artıq şəkər çuğunduru qəbul edilib.
Yığım başlanandan Bərdə rayonundan 21 min ton, İmişlidən 18 min ton, Ağcabədi və Beyləqanın hər birindən isə ayrı-ayrılıqda 12 min tondan çox şəkər çuğunduru qəbul edilib.
KƏBUTƏR
Xəbər lenti
Hamısına bax
Gündəm
13 Sentyabr 11:59

Gündəm
13 Sentyabr 11:23

İqtisadiyyat
13 Sentyabr 10:54

Analitik
13 Sentyabr 10:46

İqtisadiyyat
13 Sentyabr 10:32

İdman
13 Sentyabr 10:16

Analitik
13 Sentyabr 09:56

Analitik
13 Sentyabr 09:45

Dünya
13 Sentyabr 09:25

Analitik
13 Sentyabr 09:11

MEDİA
13 Sentyabr 08:51

Ədəbiyyat
13 Sentyabr 08:28

Dünya
13 Sentyabr 08:23

Dünya
12 Sentyabr 23:39

İdman
12 Sentyabr 23:12

İqtisadiyyat
12 Sentyabr 22:57

Sosial
12 Sentyabr 22:26

Sosial
12 Sentyabr 21:45

Dünya
12 Sentyabr 21:30

Dünya
12 Sentyabr 21:19

Siyasət
12 Sentyabr 20:57

İdman
12 Sentyabr 20:42

Dünya
12 Sentyabr 20:14

Hadisə
12 Sentyabr 19:56

İqtisadiyyat
12 Sentyabr 19:25

Dünya
12 Sentyabr 18:23

COP29
12 Sentyabr 17:20

Sosial
12 Sentyabr 16:59

Sosial
12 Sentyabr 16:40

Mədəniyyət
12 Sentyabr 16:29

Sosial
12 Sentyabr 15:29

İqtisadiyyat
12 Sentyabr 13:28

YAP xəbərləri
12 Sentyabr 12:58

Dünya
12 Sentyabr 12:28

Gündəm
12 Sentyabr 12:27

Dünya
12 Sentyabr 12:27

Sosial
12 Sentyabr 12:23

Hadisə
12 Sentyabr 12:22

İqtisadiyyat
12 Sentyabr 12:21

İqtisadiyyat
12 Sentyabr 12:20

İqtisadiyyat
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:15

Elm
12 Sentyabr 12:11

Mədəniyyət
12 Sentyabr 11:58

İqtisadiyyat
12 Sentyabr 11:46

Siyasət
12 Sentyabr 11:36

İqtisadiyyat
12 Sentyabr 11:21

İqtisadiyyat
12 Sentyabr 11:15

Sosial
12 Sentyabr 11:07

Analitik
12 Sentyabr 10:58

Siyasət
12 Sentyabr 10:44

Analitik
12 Sentyabr 10:29

Analitik
12 Sentyabr 10:16

Analitik
12 Sentyabr 09:50

Analitik
12 Sentyabr 09:35

Ədəbiyyat
12 Sentyabr 09:14

MEDİA
12 Sentyabr 08:59

Sosial
12 Sentyabr 08:32

Dünya
11 Sentyabr 23:30

Dünya
11 Sentyabr 23:14

İdman
11 Sentyabr 22:48

Dünya
11 Sentyabr 22:36

Sosial
11 Sentyabr 22:15

Elm
11 Sentyabr 21:49

Dünya
11 Sentyabr 21:26

İdman
11 Sentyabr 21:12

Dünya
11 Sentyabr 20:53

İqtisadiyyat
11 Sentyabr 20:21

Dünya
11 Sentyabr 20:06

Dünya
11 Sentyabr 19:45
