Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / İqtisadiyyat / Azərbaycan Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının konqresində iştirak edir

Azərbaycan Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının konqresində iştirak edir

26.09.2019 [09:51]

Moskvada Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatının (INCOSAI) XXIII Beynəlxalq Konqresi keçirilir. Tədbirdə Azərbaycan Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov AZƏRTAC-a müsahibəsində bildirib ki, üç ildə bir dəfə keçirilən konqres təcrübə mübadiləsi aparılması, növbəti dövr üçün yeni hədəflərin, çağırışların, istiqamətlərin müəyyən edilməsi üçün yaxşı platformadır: “Konqresdə müzakirə olunan əsas məsələlərdən biri strateji audit növünün tətbiqidir. Strateji audit ölkədə strateji sənədlərdə, dövlət proqramlarında nəzərdə tutulmuş məqsədlərə nail olunması yolunda hesablama palatalarının rolundan ibarətdir. Bu məsələ Azərbaycan üçün də önəmli əhəmiyyətə malikdir”.
V.Gülməmmədov vurğulayıb ki, ICOSAI konqresi çərçivəsində Azərbaycan Hesablama Palatasının nümayəndə heyəti Koreya Respublikası Audit və Təftiş Şurası, Qazaxıstan və Qırğızıstan hesablama palatalarının nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçiriləcək.
INCOSAI dünyanın 194 hesablama palatasını özündə birləşdirən beynəlxalq təşkilatdır. Bu il təşkilata sədrlik Rusiya tərəfinə keçir. Rusiya Hesablama Palatasının sədri Aleksey Kudrin növbəti üç ildə təşkilatın prezidenti vəzifəsini icra edəcək.
Sentyabrın 28-dək davam edəcək konqresin iştirakçıları “Milli inkişaf məqsədlərinə nail olunmasında auditin rolu” mövzusunda müzakirələr aparacaqlar. Tədbir çərçivəsində panel sessiyaları, strateji sessiyalar keçiriləcək. Konqresdə INCOSAI üzvü olan 170 ölkədən nümayəndələr, ekspertlər, BMT-nin, Dünya Bankının və digər təşkilatların təmsilçiləri iştirak edirlər.

Paylaş:
Baxılıb: 918 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Qürur günümüz

25 Sentyabr 13:08

Gündəm

Gündəm

72-ci əfv...

25 Sentyabr 12:18

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Aİ təsdiqlədi...

25 Sentyabr 09:17

Sosial

Beynim yorulub, yoxsa...

25 Sentyabr 08:36

Gündəm

Daimi inkişaf naminə...

25 Sentyabr 08:12

Dünya

YAP xəbərləri

Dünya

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30