Azərbaycan iqtisadiyyatında keçid dövrü başa çatdı
26.12.2009 [09:47]
Qloballaşmanın dərinləşdiyi dünyada öz milli iqtisadiyyatlarını beynəlxalq iqtisadi təsirlərdən qorumaq və xarici bazarlarda baş verən mənfi tendensiyalara dözümlülük nümayiş etdirmək hər ölkəyə nəsib olmur. Sonuncu qlobal maliyyə böhranı göstərdi ki, dünya iqtisadiyyatında baş verən proseslər bir-biri ilə sıx ticari-iqtisadi münasibətlərə malik olan dövlətlərin əksəriyyətini maliyyə bazarındakı sarsıntılarından sığortalamayıb. Həm ən yüksək inkişaf etmiş dövlətlər, həm də keçid iqtisadiyyatını yaşayan ölkələrin böyük əksəriyyəti qlobal iqtisadiyyatın “şokaterapiyasını” yaşayıb və bu proses hələ də davam etməkdədir.
Dünya iqtisadi böhranının bütün həmlələrini dəf edən Azərbaycanda isə mükəmməl iqtisadi strategiyanın həyata keçirilməsi nəticəsində xarici amillərin təsirləri minimuma bərabər olub. Bu, o demək deyil ki, respublikamız dünya iqtisadiyyatı ilə, xarici maliyyə bazarları ilə təmasda olmayıb. Əksinə, Azərbaycan dünya dövlətləri ilə sıx ticari-iqtisadi əlaqələrə malikdir və hər il ticarət dövriyyəsinin artması da bu tendensiyanı şərtləndirmiş olur. Respublikamızın dünya iqtisadiyyatına və qlobal maliyyə bazarlarına sıx inteqrasiyası hər il dərinləşir və ən inkişaf etmiş dövlətlərlə ticarət partnyorluğunun səviyyəsi yüksəlir. Məsələ ondadır ki, Azərbaycanın xarici ölkələrlə sıx iqtisadi təmaslarına baxmayaraq, həyata keçirilən düşünülmüş iqtisadi siyasət və böhranqabağı gözlənilən fəsadların proqnozlaşdırılaraq preventiv addımların atılması qlobal resessiyaların təsirlərinin qarşısını almış olub.
Yeni iqtisadi sistemə keçidin metodologiyası...
Azərbaycan keçid dövrü yaşayan postsovet ölkələri, xüsusilə də, Şərqi Avropa və Baltikyanı ölkələrlə müqayisədə bu mərhələni islahatları paralel şəkildə həyata keçirməklə və insanların sosial rifahının yüksəldilməsini əsas prinsip hesab etməklə arxada qoymağa nail olub. Avropa dövlətlərindən Polşa və çexiya istisna olmaqla keçmiş sosialist ölkələri planlı təsərrüfat sistemindən bazar iqtisadiyyatına keçərkən idarəetmədə bir sıra iqtisadi-maliyyə itkiləri ilə üzləşib. Xüsusilə də, fiskal tarazlığa nəzarət və dövlətin iqtisadi rolunun müəyyənləşdirilməsi kimi sahələrdə müəyyən problemlər ortaya çıxıb. Azərbaycan isə ötən əsrin sonlarında və 2000-ci ildən sonrakı dövrdə bazar iqtisadiyyatına keçidi uğurla davam etdirib. Beynəlxaq təcrübəyə əsaslansaq, transformasiyalı iqtisadiyyatda makroiqtisadi proporsiyaların formalaşmasının öz nəzəri üsullarının və metodologiyasının olmasını görə bilərik. ümumiyyətlə, yeni iqtisadi sistemə keçid cəmiyyətin iqtisadi münasibətlər sistemi ilə bağlı olduğundan islahatların kompleks və ardıcıllıqla aparılması zəruridir. çünki yeni sistemə keçərkən mülkiyyət formalarının, əhalinin həyat səviyyəsinin, milli ənənələrin, ideoloji görüşlərin və digər məqamların nəzərə alınması vacibdir. Buna görə də, köhnə iqtisadi sistemdən yenisinə keçid təkamül yolu ilə aparıldıqda böyük effekt verir. Azərbaycan məhz qeyd olunan həmin amilləri nəzərə alaraq fundamental iqtisadi model hazırlamaqla bugünkü dinamik inkişafa müvəffəq olub.
Makroiqtisadi stabilliyin qorunub saxlanması, iqtisadi idaretmə sistemində institutsional dəyişikliklərin başa çatdırılması, inflyasiyanın aşağı salınması və əhalinin gəlirlərinin artmasına yönələn sosial siyasətin dərinləşdirilməsi, büdcənin sosial və investisiya yönümlülüyünün gücləndirilməsi, sosial meyilli iqtisadiyyatın formalaşması, işsizliyin aradan qaldırılması, yeni iş yerlərinin yaradılması, regionların tarazlı inkişafı sosial-iqtisadi tərəqqinin əldə olunması ilə nəticələnib. Bu faktorlar isə keçid iqtisadiyyatının tam arxada qalmasını əsaslandırmış olur.
Keçid iqtisadiyyatından yeni iqtisadi modelə doğru...
Azərbaycan hazırlayaraq həyata keçirdiyi inkişaf ssenariləri və böhran zamanı iqtisadi manevrləri ilə keçid iqtisadiyyatına malik ölkə deyil, dünya dövlətləri içərisində inkişaf etmiş sabit dövlət olmasını təsdiqlədi. çünki keçid iqtisadiyyatını yaşayan ölkə heç vaxt qlobal resessiyaları bu qədər məharətlə dəf edə bilməzdi. Prezident İlham Əliyevin bəyan etdiyi kimi ölkəmizin yüksək iqtisadi inkişafı keçid dövrünün arxada qalmasını şərtləndirir: “Azərbaycan iqtisadi cəhətdən artıq oturuşmuş dövlət kimi tanınır. Mən hesab edirəm ki, biz artıq iqtisadi sahədə keçid dövrünü başa vurmuşuq. Nəzərə alsaq ki, dünyanın aparıcı maliyyə qurumları Azərbaycanda aparılan islahatları çox yüksək qiymətləndirir. Müxtəlif hesablamalara görə, Azərbaycan postsovet məkanında iqtisadi islahatlar və iqtisadi inkişaf baxımından birinci yerdədir. Mən hesab edirəm ki, artıq bu sahədə keçid dövrü başa çatıbdır”.
Azərbaycan hazırki inkişaf mərhələsinə, bazar iqtisadiyyatına malik idarəetmə sisteminə genişmiqyaslı, kompleks islahatlar aparmaqla nail olub. İqtisadiyyatın modernizasiyası üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi, bazar iqtisadiyyatının başlıca tələblərindən biri olan özəlləşdirmə siyasətinin aparılması, sahibkarlıq sektorunun və azad biznesin inkişafını stimullaşdıran proqramların icra olunması, özəl bölmənin iqtisadiyyatda aparıcı mövqeyinin təmin edilməsi, orta təbəqənin formalaşması üçün dövlətin geniş imkanlar yaratması və digər faktorlar keçid dövrünün sona çatması və yeni inkişaf dövrünün start götürməsinə əhəmiyyətli zəmin yaradıb. Azərbaycan hökuməti ölkənin dinamik inkişafı üçün bazar iqtisadiyyatının bütün başlıca komponentlərinə böyük diqqət ayırıb və iqtisadiyyatın liberallaşmasına geniş üfüqlər açıb. Hökumət iqtisadiyyatdakı rolunu effektli yerinə yetirməklə yanaşı, investisiya siyasətini təşviq edib, iqtisadi islahatların sosialyönümlülüyünü təmin edə bilib. Bazar iqtisadiyyatının elementlərinin effektiv şəkildə yerinə yetirilməsi iqtisadi idarəetmənin sistemliliyini və səmərəliliyini artırıb.
Dinamik inkişaf mərhələsinin istiqamətləri...
Fransalı iş adamları ilə görüşdə dövlət başçısı ölkəmizin inkişafı üçün yeni mərhələnin başlandığını qeyd edərək qarşıda duran islahatların strateji hədəflərini açıqlayıb: “Növbəti illərdə Azərbaycan iqtisadiyyatının davamlı inkişafı qarşılıqlı iqtisadi əməkdaşlıq üçün daha yaxşı şərait yaradacaq... Bizim konkret tədbirlər proqramımız var. Növbəti 5 il - 2009-2013-cü illər üçün bizim maliyyə və texniki imkanlarımıza və beynəlxalq biznes dairələri ilə artıq mövcud olan təcrübəmizə əsaslanan dəqiq tədbirlər proqramımız var... Azərbaycan 20 ildən, 50 ildən sonra necə inkişaf edəcək, hansı resurslar bunu təmin edəcək?! Əlbəttə ki, təbii resurslarımızın mövcudluğu bizə əlavə güc verir. Xüsusilə, müstəqilliyimizin ilk illərində və bu gün müstəqil siyasət aparmaq üçün, öz taleyimizin özümüz tərəfindən həll edilməsi üçün çox mühüm rol oynayır. Əlbəttə ki, uzun illər bundan sonra bu amillər nəinki ölkəmizin inkişafına, eyni zamanda, regional vəziyyətə mühüm təsirini göstərəcəkdir”.
Yeni inkişaf erasının tələbləri isə tam başqa iqtisadi-siyasi-sosial tədbirlərin gerçəkləşməsini zəruri edir. Azərbaycanın son illərdə, xüsusilə də, böhranın dərinləşdiyi son bir ildə həyata keçirdiyi siyasət inkişafın dinamikasına baza yaratmaqla, digər ölkələr üçün örnək ola biləcək qədər uğurlu və mükəmməldir.
ELBRUS CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44

