Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib
10.12.2019 [09:58]
İclas çərçivəsində iki ölkə arasında 3 sənəd imzalanıb
Dekabrın 9-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasdan əvvəl Azərbaycan Respublikasının Baş Nazirinin müavini, komissiyanın həmsədri Şahin Mustafayevlə Rusiyanın İqtisadi İnkişaf naziri, komissiyanın həmsədri Maksim Oreşkinin görüşü olub. Görüşdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb. Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasındakı ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Ticarət və qarşılıqlı investisiya qoyuluşları Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən biridir.
Hökumətlərarası İqtisadi Komissiyanın iclasında Baş Nazirin müavini Ş.Mustafayev Azərbaycan və Rusiya Prezidentlərinin siyasi iradəsi və birgə səylərinin, qarşılıqlı səfərlərinin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığını deyib. Bu yaxınlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini xatırladan Ş.Mustayayev uğurlu və məhsuldar səfərin önəmli hadisələrlə yadda qaldığını qeyd edib. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyəsinin iqtisadi-ticarət əməkdaşlığının daha da genişləndirilməsi üçün böyük imkanlar açdığını deyən Baş Nazirin müavini vurğulayıb ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlardır: “Bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticarət, enerji, nəqliyyat və sair sahələrdə əlaqələrimiz uğurludur. Hazırda ölkəmizdə Rusiya kapitallı 950 şirkət fəaliyyət göstərir. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 19 faiz, bu ilin 10 ayında isə 23 faiz artıb. İndiyədək Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına 1,2 milyard ABŞ dolları, Rusiya tərəfindən isə Azərbaycana 4,9 milyard dollar sərmayə yatırılıb”.
Ş.Mustafayev bildirib ki, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclasının proqramı genişdir. Belə ki, bu gün Pirallahıda dərman istehsalı zavodunun açılışı olacaq, həmçinin Zabrat aeroportunda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulacaq. Həmçinin bu gün Hacıqabul Sənaye Parkında növbəti müəssisənin təməlqoyma mərasimi keçiriləcək. Gələn ilin yazında isə Hacıqabul Sənaye Məhəlləsində “QAZel” markalı avtomobillərin istehsalı üzrə zavodun açılışı olacaq.
Baş Nazirin müavini deyib ki, Samur çayı üzərində salınan körpü isə ilin sonunadək açılacaq. İki ildir körpünün tikintisi aparılır. Bu körpünün açılması ticarət əlaqələrinin və nəqliyyatın inkişafına mühüm töhfəsini verəcək.
2020-ci ildə “Şahdağ” Turizm Mərkəzində Azərbaycan və Rusiya regionlararası gənclər forumunun keçiriləcəyini deyən Ş.Mustafayev qeyd edib: “Azərbaycanla Rusiya gəncləri arasında əlaqələrin gücləndirilməsi və mütəmadi olaraq regionlararası gənclər forumlarının keçirilməsi ilə bağlı razılığa gəlinib. Bu forumların bir il Azərbaycanda, növbəti il isə Rusiyada keçirilməsi nəzərdə tutulub.
Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Azərbaycan və Rusiya Prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün yüksək potensialın olduğunu vurğulayıb. Gələn il iyunun 3-6-da növbəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun keçiriləcəyini bildirən M.Oreşkin deyib: “Azərbaycandan olan partnyorlarımızı bu forumda iştiraka dəvət edirik. Forumun əhatəsi ildən-ilə genişlənir. 1997-ci ildən keçirilən, qabaqcıl platformaya çevrilmiş forum dünyanın əhəmiyyətli iqtisadi tədbirlərindəndir, 2006-cı ildən Rusiya Federasiyasının Prezidentinin himayəsi və iştirakı ilə təşkil edilir. Forumun keçirilməsində məqsəd rəsmilərin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Bu forumda sizi, Şahin Mustafayev başda olmaqla və Azərbaycan nümayəndə heyətini görməkdən məmnun olardıq. Eyni zamanda, 2021-ci ilin avqustunda Həştərxanda II Xəzər İqtisadi Forumu keçiriləcək. Artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb”.
İclasda iki ölkə arasında regionlararası əlaqələr, həyata keçirilən birgə layihələr, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, sənaye, kənd təsərrüfatı, turizm, təhsil və sair sahələrdə əlaqələrin inkişafı, biznes əməkdaşlığının genişləndirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.
Sonda iclasın protokolu, Azərbaycan ilə Rusiya arasında 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksində və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramları imzalanıb. Sənədləri komissiyanın həmsədrləri - Baş Nazirin müavini Şahin Mustafayev və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52

