/ / “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib
“Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda beynəlxalq konfrans keçirilib
14.02.2020 [09:25]
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı, Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Çinin “Bir kəmər, bir yol” Elm və Texnologiya Alyansının dəstəyi ilə Bakıda “Rəqəmsal iqtisadiyyat: müasir çağırışlar və real imkanlar” mövzusunda 2 günlük Beynəlxalq konfrans işə başlayıb.
Konfransın açılışında Azərbaycan Respublikasının İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Təhsil nazirinin müavini İdris İsayev, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, UNEC-in rektoru, professor Ədalət Muradov, konfransın təşkilatçıları, UNEC-in əməkdaşlıq etdiyi yerli və xarici universitetlərin rektorları, tərəfdaş təşkilatların rəhbərləri və nümayəndələri, tanınmış akademiklər, alimlər iştirak ediblər.
Rektor Ədalət Muradov tədbir iştirakçılarını salamlayaraq, konfransın məqsədini açıqlayıb. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti nəticəsində əldə edilmiş ciddi uğurlar və artıq formalaşdırılmış möhkəm bazanı nəzərə alaraq, ölkəmizin gələcəkdə daha dayanıqlı, innovativ və rəqabətqabiliyyətli iqtisadi inkişafının təmin edilməsinin ən ciddi aləti rəqəmsal transformasiyadır. Məhz rəqəmsal iqtisadiyyatın müxtəlif aspektlərini müzakirə etmək və bu məsələni daim gündəlikdə saxlamaq məqsədilə 15 beynəlxalq və xarici təşkilatın tərəfdaşlığı ilə beynəlxalq konfransın təşkil edilməsinə qərar verilib.
Rəqəmsallaşmanın əmək bazarında yeni kompetensiyalar tələb etdiyini deyən rektor onun bütövlükdə təhsil sisteminə, eləcə də kənd təsərrüfatı, nəqliyyat, maliyyə sektoruna ciddi təsir göstərdiyini vurğulayıb. Ə.Muradov təhsilin bütün səviyyələrində rəqəmsal iqtisadiyyat sahəsində kadr hazırlığının tələb olunduğunu, iqtisadiyyatın rəqəmsallaşmasının statistik göstəricilərə tələbi dəyişməsini, beynəlxalq standartların hələ də formalaşmadığı bir zamanda rəqəmsal iqtisadiyyatla bağlı proseslərin statistik ölçülməsi mexanizminin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Rektor həmçinin “Rəqəmsal Azərbaycan” Dövlət Proqramının hazırlanmasının faydalı ola biləcəyini deyib.
Təhsil nazirinin müavini İdris İsayev isə inkişaf tendensiyalarını və trendləri nəzərə alaraq, son illərdə texniki-texnoloji ixtisaslar üzrə kadr hazırlığına xüsusi diqqət yetirildiyini bildirib. Bu tədris ilində innovasiyaların tətbiqinə yönəldilmiş texniki və texnoloji ixtisas qrupu üzrə ötən ilə nisbətən 4,3 faiz artım olduğunu, dövlət sifarişi əsasında tələbə qəbulu planının texniki və texnoloji ixtisas qrupu üzrə 71 faiz artdığını deyib. Nazir müavini son illərdə Azərbaycan ali məktəblərinin dünyanın aparıcı universitetləri ilə beynəlxalq əlaqələrinin əhəmiyyətli dərəcədə artdığını da diqqətə çatdırıb. Hazırda universitetlərimizdə beynəlxalq akkreditasiyadan keçmiş 11 təhsil proqramının tətbiq edildiyini, ölkəmizin 10 universitetinin dünyanın 20 universiteti ilə 25 ixtisas və ixtisaslaşma üzrə ikili diplom proqramları üzrə kadr hazırlığını həyata keçirdiyini, bunların da 7-nin məhz texniki və texnoloji ixtisaslara aid olduğunu vurğulayb.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycanda rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində görülən işlərdən danışıb. Nazir müavini bu istiqamətdə elektron hökumətin yaradıldığını, nazirlik tərəfindən müxtəlif istiqamətlər üzrə 68 xidmətin elektronlaşdırıldığını bildirərək, ümumilikdə ənənəvi iqtisadiyyatın rəqəmsal iqtisadiyyata transformasiyasının reallaşdırıldığını diqqətə çatdırıb. Nazirlik rəsmisi Azərbaycanda lisenziyalar və icazələr portalının fəaliyyətə başladığını və bu günədək sözügedən platforma vasitəsilə 1500-dən çox lisenziya verildiyini qeyd edib.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə rəqəmsal iqtisadiyyatın inkişafına təsir edən amillərdən söz açıb. Nazir müavini bu istiqamətdə infrastrukturun modernləşdirilməsinin, müasir texnologiyaların tətbiqinin, internet istifadəçilərinin sayının artmasının, elektron ticarətin genişlənməsinin əsas rol oynadığını diqqətə çatdırıb. O, Azərbaycanın 3G şəbəkəsi göstərici üzrə dünyanın orta göstəricisindən öndə olduğunu, hazırda isə 4G şəbəkəsinin genişləndirildiyini deyib. E.Vəlizadə 2019-cu ildə Dünya İqtisadi Forumunun dərc etdiyi Qlobal Rəqabətlilik Hesabatına əsasən, Azərbaycanın hər 100 nəfərə düşən internet istifadəçilərinin sayına görə dünyanın 141 ölkəsi arasında 43-cü yerdə qərarlaşdığını və bu göstərici üzrə ölkəmizin region dövlətləri arasında 2-ci olduğunu diqqətə çatdırıb.
Konfransın açılış mərasimində plenar məruzələr də dinlənilib. Almaniyanın Köln Universitetinin Media və İdarəetmə Texnologiyaları Departamentinin direktoru, professor Klaudia Loebbecke “Rəqəmsallıq, analitik göstəricilər və süni intellekt biznes və cəmiyyəti necə dəyişdirə bilər” mövzusunda təqdimatla çıxış edib.
Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplunun təqdimatı isə “Rəqəmsallaşma təkamülünə vençur kapital investorlarının baxışı” mövzusunda olub. Palata sədri Azərbaycanda müəssisə kapitalına investisiya yatırmaq üçün böyük imkanların mövcud olduğunu deyib. O, Estoniya, Ukrayna və Belarus kimi ölkələrdə bu prosesin sürətlə getdiyini və Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşma sürətini nəzərə alaraq, həmin imkanların burada yaradılmasının məqsədəuyğun olduğunu bildirib.
Konfrans işini UNEC-də 4 mövzu üzrə bölmə iclaslarında davam etdirib. İclaslarda dövlət idarəetməsinin rəqəmsal transformasiyası, rəqəmsal əməkdaşlığa regional baxış, maliyyə sektorunun rəqəmsallaşması, sosial sahələrin və təhsilin rəqəmsal transformasiyası, eləcə də rəqəmsallaşmanın iqtisadiyyatın bütün sahələrində tətbiqinə və bunun təhsildə özünü göstərməsinə dair müzakirələr aparılıb.
Konfrans çərçivəsində UNEC-lə Rusiyanın “E.T.Qaydar adına İqtisadi Siyasət İnstitutu” Fondu arasında elmi əməkdaşlığa dair müqavilə imzalanıb.
Beynəlxalq konfransın 2-ci günü isə yerli və xarici alimlərin “Azərbaycanda rəqəmsal iqtisadiyyat, risklər və həllər”, “İpək Yolunun rəqəmsallaşdırılması imkanları”, “rəqəmsal valyutalar və elektron ticarətin riskləri və faydaları”, “rəqəmsal iqtisadiyyatda insan kapitalının rolu”, “rəqəmsal iqtisadiyyat və yeni biznes modellərinin inkişafı”, “ağıllı şəhərlər” beynəlxalq təcrübədə” və digər mövzularda çıxışları olacaq, müzakirələr aparılacaq. Tədbir çərçivəsində həmçinin informasiya texnologiyaları şirkətlərinin panel təqdimatları olacaq.
Konfransın yekununda Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının Böyük İpək Yolu üzrə rəqəmsal, eyni zamanda, Avropa coğrafiyasında vahid elektron məkana çevrilməsi məsələləri müzakirə olunacaq. Bu müzakirələr regionda rəqəmsal əməliyyatların Azərbaycan üzərindən aparılması və beynəlxalq ticarət dövriyyəsinin inkişaf etdirilməsi potensialını üzə çıxaracaq. Eyni zamanda, ölkəmizdə “Rəqəmsal iqtisadiyyat” konsepsiyasının və Dövlət proqramlarının işlənib hazırlanmasına töhfələr verəcək, onun regionun rəqəmsal iqtisadiyyat məkanına inteqrasiyasına yol açacaq.
Qeyd edək ki, Beynəlxalq konfransın əsas məqsədi rəqəmsal iqtisadiyyatın müasir vəziyyəti və onun inkişafını zəruri edən amillərin araşdırılması, gələcək perspektivlərinin müzakirəsi və proqnozlaşdırılması, rəqəmsal idarəetmə sahəsində qabaqcıl biliklərin bölüşdürülməsidir.
Xəbər lenti
Hamısına baxDünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20

