Azərbaycan özünün enerji müstəqilliyini yüksək səviyyədə təmin edib
19.05.2020 [12:01]
Prezident İlham Əliyev: Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir
Müasir dövrdə enerji təhlükəsizliyinin təmin olunması hər bir ölkə üçün həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır. Belə ki, lazımi həcmlərdə enerji gücləri olmadan nə iqtisadiyyatın genişlənməsini, nə də əhalinin həyat səviyyəsinin yüksəlməsini təsəvvür etmək mümkün deyil. Deyilənlər baxımından Azərbaycanın nümunəsi təqdirəlayiqdir. Son 16 ildə paytaxt Bakıda və regionlarda böyük həcmlərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına reallaşdırılan layihələr sayəsində ölkəmizin enerji təhlükəsizliyi təmin olunub ki, bu da tarixi nailiyyətdir. Yeri gəlmişkən, Prezident İlham Əliyev Rusiyanın nüfuzlu "Natsionalnaya oborona" (“Milli müdafiə”) jurnalının may buraxılışında dərc olunan müsahibəsində respublikamızın bu nailiyyətinə xüsusi diqqət çəkib.“Hər bir ölkənin enerji təhlükəsizliyi onun milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsidir. Buna görə də əsas məsələ enerji müstəqilliyinin təmin edilməsi idi və biz buna nail olduq”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Azərbaycanın qısa müddətdə elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi böyük uğurdur
Son 16 ildə ölkəmizdə həyata keçirilən məqsədyönlü siyasət sayəsində getdikcə genişlənən iqtisadiyyatın və artan əhalinin elektrik enerjisinə tələbatını dayanıqlı şəkildə ödəmək üçün dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən tədbirlərin miqyası kifayət qədər genişdir. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Bəhs olunan dövrdə isə respublikamız 31 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 3000 meqavatadək artırmağa nail olub. Respublikamızda müasir enerji infrastrukturunun qurulmasına regionların sosial-iqtisadi inkişafına dair müfafiq Dövlət proqramları çərçivəsində Astara, Xaçmaz, Şəki, Şahdağ və digər elektrik stansiyalarının tikintisi ilə start verilib. Sonrakı mərhələdə daha böyük elektrik stansiyalarının inşası həyata keçirilib. Bunların sırasında öz gücünə görə ön sırada Şirvan şəhərində tikilən “Cənub” Elektrik Stansiyası dayanır - onun generasiya gücü təxminən 800 meqavata bərabərdir. Bundan sonra 525 meqavat gücündə Sumqayıt Elektrik Stansiyası istifadəyə verilib. 2019-cu ildə 400 meqavat gücündə olan “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi respublikamızın generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir. Bundan əlavə, ölkəmizin ayrı-ayrı bölgələrində çoxlu sayda su elektrik stansiyaları tikilib. O cümlədən Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır.
Paralel olaraq ötürücü və paylayıcı şəbəkələrin yenilənməsi istiqamətində çoxsaylı layihələr həyata keçirilib. Belə ki, bütün ölkə üzrə yüksəkgərginlikli xətlər çəkilib, respublikamızın enerji sistemini qonşu dövlətlərlə birləşdirən xətlər yenilənib, bir çox ünvanlarda yeni yarımstansiyalar tikilib, transformatorlar quraşdırılıb, ehtiyac duyulan yerlərdə paylayıcı şəbəkənin dayanıqlılığı artırılıb, şəbəkəyə çoxlu sayda istehlakçının qoşulması təmin edilib. “Azərenerji” son iki il ərzində mövcud stansiyaların generasiya güclərinin bərpası barədə yeni layihə təqdim edib. Qurum tərəfindən Mingəçevir Elektrik Stansiyasında həyata keçirilən bərpa işləri uğurla davam etdirilir. Bu stansiyada 8 blokun hamısı yenidən qurulur. Stansiyada bərpa olunan güclərin həcmi 600 meqavata yaxındır ki, bu da kifayət qədər böyük həcmdir.
“Azərenerji” həmçinin Bakı və Abşeron yarımadası da daxil olmaqla ölkənin enerji sistemində xüsusi rolu olan “Səngəçal” Elektrik Stansiyasında “itirilmiş” gücün bərpa edilməsi istiqamətində həyata keçirdiyi təmir-bərpa işlərini yekunlaşdırıb. Qeyd edək ki, stansiyada genişmiqyaslı bərpa işləri 2018-ci ilin payızında qəbul edilən “Reabilitasiya Proqramı”na uyğun həyata keçirilib. Nəticədə, 100 meqavata qədər “itirilmiş” güc bərpa edilib. Bəhs olunan proqram çərçivəsində “Azərenerji” 12 elektrik stansiyasında yenidənqurma, təmir və bərpa işləri aparır ki, həmin elektrik stansiyalarından 6-sı məhz “Səngəçal” kimi modul tipli elektrik stansiyalarıdır. Bu günə qədər həmin 6 modul tipli elektrik stansiyalarında ümumilikdə 250 meqavatdan artıq “itirilmiş” güc bərpa edilib. 2018-2021-ci illəri əhatə edən “Reabilitasiya Proqramı”na əsasən ümumilikdə 1000 meqavatdan artıq “itirilmiş” gücün bərpa edilməsi ilə yanaşı, etibarlılıq və dayanıqlığın təmin edilməsi də qarşıya əsas məqsəd olaraq qoyulub.
Azərbaycanın enerji təsərrüfatının dayanıqlılığının artırılması istiqamətində həyata keçirilən belə genişmiqyaslı işlər ölkəmizin enerji müstəqilliyinin təmin olunmasına real zəmin yaradıb. Bu gün ölkəmizdə istehlakçılar fasiləsiz elektrik enerjisi ilə 100 faiz təmin edilir. Eyni zamanda, respublikamızın müəyyən həcmlərdə ixrac imkanları yaranıb. Təkcə 2019-cu ildə ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar vəsait qazanıb. Azərbaycanın qısa müddətdə elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi böyük uğurdur. Əlamətdar haldır ki, respublikamızda əhalinin və iqtisadiyyatın elektrik enerjisi ilə təchizatının möhkəmləndirilməsi, bu sahədə dayanıqlılığın təmin olunması beynəlxalq səviyyədə də yüksək dəyərləndirilir. Bu baxımdan Davos İqtisadi Forumunun ötən il yaydığı “Qlobal Rəqabətlilik Hesabatı” da xarakterikdir. Həmin hesabata əsasən Azərbaycan bu gün elektrik enerjisinə çıxış imkanına görə dünyada ikinci yerdədir. Prezident İlham Əliyev bəhs olunan müsahibəsində vurğulayıb ki, Azərbaycanda inşa olunan bütün elektrik stansiyaları sırf daxili resurslar hesaabına işləyir. “Son illərdə Azərbaycan elektrik enerjisinin və təbii qazın idxalçısından onların ixracatçısına çevrilib. 2003-cü ildən bəri Azərbaycanda 30-dan çox elektrik stansiyası tikilib. Bir neçə ildir ki, biz istehsal edilən elektrik enerjisinin artıq hissəsini ixrac edirik. Yeri gəlmişkən, biz ölkənin ekoloji vəziyyətinə böyük diqqət yetiririk, buna görə də son illərdə Azərbaycanda inşa edilən elektrik stansiyaları bütün ekoloji tələblərə cavab verir və respublikanın təbii qaz və su ehtiyatları əsasında işləyir”, - deyə dövlətimizin başçısı bildirib.
Ölkədə bərpaolunan enerji sektorunun inkişafına böyük diqqət göstərilir
Hazırda dünyada müşahidə edilən yeni trendlərdən biri “yaşıl iqtisadiyyat”a keçidin təmin edilməsı ilə bağlıdır. O cümlədən ayrı-ayrı ölkələr bərpaolunan enerji mənbələrindən daha geniş miqyasda bəhrələnməyə çalışırlar. Məsələn, inkişaf səviyyəsi kifayət qədər yüksək olan ABŞ, Kanada, Almaniya, Finlandiya, Norveç, Danimarka, İspaniya, Çin, Yaponiya kimi ölkələr ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji istehsalını ilbəil artırırlar və bu sahəyə böyük həcmlərdə investisiyalar yönəldirlər.
Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan da məhz dünyanın qabaqcıl ölkələrinin təcrübəsindən bəhrələnərək respublikada bərpaolunan enerji istehsalının artırılmasını hədəfləyib. İndiyədək respublikamızda alternativ və bərpaolunan enerji sektorunda bir sıra təşəbbüslər uğurla reallaşdırılıb. Məsələn, Pirallahı rayonunun gələcək inkişafı baxımından burada 2017-ci ildə Prezident İlham Əliyevin iştirakı ilə “Pirallahı” Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi böyük aktuallıq daşıyır. Ümumi layihə gücü 12/8 MVt olan layihənin icra müddəti 2014-2020-ci illəri əhatə edir. Stansiyada ümumilikdə 4400 günəş paneli quraşdırılıb.
Alternativ və bərpa olunan enerji sahəsində səmərəli layihələrdən biri də Samux Aqroenerji Yaşayış Kompleksidir. Alternativ və bərpa olunan enerji mənbələri hesabına hibrid tipli günəş, külək, geotermal, enerji və bioenerji istehsalı stansiyasından, enerji təminatlı kənd təsərrüfatı məhsullarının tədarükü, emalı, satışı sahələrindən ibarət olan Samux Aqroenerji Yaşayış Kompleksi özündə yüksək texnologiyaları, müasir idarəetmə sistemlərini birləşdirir.
Respublikamızda 2018-ci ildə dövlət xətti ilə yaradılmış Yaşma Külək Elektrik Stansiyası Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Burada 2018-ci ildə 60 milyon kilovat/saat, 2019-cu ildə isə 80 milyon kilovat/saat enerji istehsal edilib.
2020-ci ildə ölkəmizdə alternativ və bərpaolunan enerji istehsalınaın artırılması istiqamətində daha bir addım atılıb. Söhbət yanvar ayında Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələrinin imzalanmasından gedir. Bəhs olunan müqavilələrə əsasən, “ACWA Power” şirkəti ilə 240 meqavat gücündə külək, “Masdar” şirkəti ilə isə 200 meqavatlıq günəş elektrik stansiyalarının tikintisi ilə bağlı pilot layihələr icra ediləcək. Külək və günəş enerjisi layihələri üzrə ümumilikdə təxminən illik 1,4 milyard kilovat/saat elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Xarici investorlarla imzalanan müqavilələrin önəminə diqqət çəkən Prezident İlham Əliyev “Biz Azərbaycanda bərpaolunan enerjinin inkişafına da böyük diqqət yetiririk. Bu ilin yanvar ayında ilkin razılıq əldə edildi və bərpaolunan enerji sahəsində böyük təcrübəyə malik olan iki iri xarici şirkət Azərbaycanla ilkin sazişlər imzaladı. Həmin sazişlərə əsasən ölkəmizdə yalnız əcnəbi investorların hesabına ümumi gücü 440 meqavat olan iki elektrik stansiyası tikiləcək – biri külək enerjisindən, digəri günəş enerjisindən elektrik enerjisi istehsal edəcək”, - deyə vurğulayıb.
Azərbaycan alternativ və bərpa olunan enerji sektorunu inkişaf etdirməyi hədəfləyərkən ilk növbədə ölkənin geniş imkanlarını əsas götürüb. Respublikamızın əlverişli coğrafi-iqlim xüsusiyyətləri alternativ və bərpa olunan enerji mənbələrindən, o cümlədən günəş, külək, su resurslarından geniş istifadəyə imkan verir. Hesablamalara görə, Azərbaycan illik 800 MVt-yə yaxın külək enerjisi ehtiyatına malikdir və bu, ildə təxmini 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Qeyd olunan göstərici ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət edilməsinə, ən əsası isə külli miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınmasına imkan verir.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11
Dünya
11 Noyabr 16:41
Dünya
11 Noyabr 15:27
Dünya
11 Noyabr 14:39
Dünya
11 Noyabr 13:17
İdman
11 Noyabr 12:31
Dünya
11 Noyabr 11:25
Hadisə
11 Noyabr 10:59
İdman
11 Noyabr 10:21
Hadisə
11 Noyabr 09:42
İdman
11 Noyabr 09:17
Dünya
11 Noyabr 08:55
Hadisə
10 Noyabr 23:20
Hadisə
10 Noyabr 22:19
COP29
10 Noyabr 21:32
Dünya
10 Noyabr 20:21
Hadisə
10 Noyabr 19:40
Sosial
10 Noyabr 18:37
Analitik
10 Noyabr 18:11
Dünya
10 Noyabr 17:45

