BABƏK RAYONU: SƏMƏRƏLİ REGİONAL SİYASƏTİN İNKİŞAFA SÖYKƏNƏN NƏTİCƏSİ
23.06.2020 [09:22]
Naxçıvan Muxtar Respublikası ölkənin milli iqtisadi quruculuq proseslərində keyfiyyətcə yeni səhifələr açmaqdadır. Bu, bir tərəfdən, sosial-iqtisadi inkişafın artan dinamikası ilə ifadə olunursa, digər tərəfdən, müqavimətliliyin möhkəmlənməsi ilə təşəkkül tapırsa, digər tərəfdən də, makroiqtisadi hədəf və prioritetlərin reallaşmasına xidmət etməklə daha da aktuallıq qazanmaqdadır. Bütün hallarda isə bu, istehsal və sosial sahələr üzrə güclü infrastruktur quruculuğu fonunda milli iqtisadiyyat üçün etibarlılıq deməkdir.
Ölkənin regional iqtisadi siyasətinin səmərəliliyində mühüm göstəricilərə malik olan muxtar respublika özünün kəndlərinin, qəsəbə və şəhərlərinin müasir inkişaf mərhələsi ilə diqqəti cəlb etməkdədir. Davamlı dövlət qayğısının gerçək ifadəsi olan bu proseslər günümüzün çox mühüm reallıqlarını təşkil edir.
Fikrimizi əsaslandırmaq üçün Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisin 12 iyun 2020-ci il tarixdə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qəbul etdiyi qanunu təsdiqlənməsini, 19 iyun tarixində isə həmin qanunun tətbiqi barədə imzalanan Sərəncamı qeyd edə bilərik. Həmin tənzimləmələrə əsasən, bundan sonra:
- Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilməklə, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi;
- Cəhri kənd inzibati ərazi dairəsi tərkibindəki Cəhri kəndinə qəsəbə statusu verilməklə, Cəhri kənd inzibati ərazi dairəsi Cəhri qəsəbə inzibati ərazi dairəsi;
- Nehrəm kənd inzibati ərazi dairəsi tərkibindəki Nehrəm kəndinə qəsəbə statusu verilməklə, Nehrəm kənd inzibati ərazi dairəsi Nehrəm qəsəbə inzibati ərazi dairəsi hesab olunacaq.
Qeyd edək ki, Babək rayonu hazırda çox səmərəli sosial-iqtisadi əhəmiyyətə malik olması ilə seçilməkdədir. Çünki, burada həm kəndlərin inkişafı, həm onların qəsəbəyə çevrilmə perspektivi, həm də şəhərləşmə siyasəti baxımından əlaqələndirici coğrafi və iqtisadi mövqe mövcuddur. Rayonun həm aqrar potensialı, həm sosial sferaya aid üstünlükləri, həm də sənayeləşmə siyasətinə verdiyi töhfələr istehsal-emal həlqəsinin davamlılığı fonunda onun bu sahədəki üstünlüklərini daha da aktuallaşdırmaqda idi. Digər tərəfdən, rayonda:
-əhalisinin sayındakı artan dinamikaya;
-infrastruktur quruculuğunun miqyasına;
-emal və istehsal müəssisələrinin yaradılmasına;
- aqrar sənaye inteqrasiyası formasında iqtisadi təşkilatlanmaya və digər göstəricilərə görə perspektivlərin olması həmçinin, Nehrəm və Cəhri kəndlərinin qəsəbəyə, Babək qəsəbəsinin isə şəhər kimi inkişafına zəmin yaradır. Eyni zamanda, bu qərar, 2004-cü ildən uğurla icra olunan regional inkişaf proqramlarının sosial-iqtisadi və məntiqi nəticəsidir. Belə ki, istər kəndlərin qəsəbə olması, istərsə də qəsəbənin şəhərə çevrilməsi Dövlət Proqramlarının icrası nəticəsində təşəkkül tapan makroiqtisadi potensialın mühüm göstəricilərini özündə əks etdirir. Bu qərar imkan verəcək ki, həmin ərazilərdə məşğulluq və məskunlaşma sahəsindəki dövlət siyasətinin şaxələndirilməsi də reallaşsın. Çünki, qarşıdakı dövrlərdə istehsal və sosial infrastrukturların təşəkkülü daha da güclənəcək ki, bu da hər iki amil üzrə stimul yaradacaq.
Babək rayonu malik olduğu iqtisadi potensialla muxtar respublikanın makroiqtisadi inkişafında mühüm rol oynamaqdadır, ki, bu da nəticə etibarı ilə milli iqtisadiyyat üçün zəruri amildir. Təhlillər göstərir ki, ölkəmizdə 2004-cü ildən yaradıcı ideyalar əsasında uğurla reallaşan regional inkişaf üzrə Dövlət Proqramları bütün regionlar kimi bu rayonun da sosial-iqtisadi həyatında səmərəli nəticələrlə müşayiət olunmaqdadır. Bu, özünü digər sahələrlə yanaşı demoqrafik tarazlığın qorunması sahəsində də göstərməkdədir.
Milli iqtisadiyyatın davamlı inkişafı uzunmüddətli hədəflərin reallaşmasına qətiyyətlə xidmət edir. Bu sahədə, təbii ki, regionların istehsal perspektivləri hərəkverici təsirə malik olmaqdadır ki, nəticədə də sənayeləşmə siyasətinin səmərəliliyi artmaqdadır. Artıq regionlarda iqtisadiyyatın aparıcı sahəsi olaraq sənayenin təşəkkülü Sənaye parkları və məhəllələrinin güclü təsisatlarının yaradılması ilə daha da aktuallıq qazanmaqdadır. Təbii ki, bu isə məskunlaşma və demoqrafik göstəricilərin də pozitivliyini təmin etməkdədir. Digər tərəfdən, mövcud və yeni istehsal müəssisələrinin fəaliyyətinin təşkili və idarə olunmasında, məşğulluq imkanlarının artmasında, həmçinin sənaye məhsulunun istehsal dinamikasında zəruri rol oynamaqdadır.
Bunlarla yanaşı, sənayeləşmə siyasətinin də həm indiyə qədər nəticələrini, həm hazırkı şəraitdə məqsədyönlülüyünü, həm də qarşıdakı uzunmüddətli perspektivlərini nəzərə almaqla olduqca səmərəliliyini görmək olur. Aydındır ki, 2019-cu ilin sentyabr ayında Şərur Sənaye Məhəlləsi yaradılmışdır. Babək rayonunda belə bir təşkilatlanmanın reallaşması yaxın gələcəkdə daha hüquqi və iqtisadi tənzimlənmələr fonunda burada da həmin proseslərin davamlılığı üçün zəmin ola bilər. Bir sözlə, bununla, milli iqtisadiyyat üçün hədəf və prioritetlərin əlçatanlığına daha yüksək təminat olacaq.
Göründüyü kimi, regional inkişaf üzrə Dövlət proqramları geridə qalan illərdə Babək rayonunun iqtisadiyyatı üçün etibarlı dayaq təşkil etmişdir. belə ki, 2004-2019-cu illər üzrə rayonda sənaye məhsulunun istehsalı 29 dəfə artmışdır. Təkcə Dövlət proqramının icrası üzrə birinci mərhələ ərzində bu göstərici 7,5 dəfədən çox olmuş, 2008-2013-cü illərdə isə 24,5 dəfə təşkil etmişdir. Bu isə, müvafiq Dövlət proqramlarının icrası üzrə müxtəlif illərdə davamlı xarakterə malik olması ilə təşəkkül tapmışdır.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin mütərəqqi ideya və təşəbbüsləri əsasında Azərbaycan milli iqtisadiyyatının inkişafı, məqsədyönlü infrastruktur quruculuğunun sistemliliyi, sosiallaşma proseslərinin davamlılığı, nəticə etibarı ilə potensial və persektivlərin yaranması öz növbəsində müvafiq sosial-iqtisadi inkişaf dövrü ilə səsləşən rayonlaşma və şəhərləşmə siyasətinin müəyyən olunmasına güclü təminat vermişdir. Hələ 23 oktyabr 1978-ci ildə məhz bugünkü təşkilatlanmaya hesablanan qərarla rayon kimi inkişafına başlayan Babəkin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 16 fevral 2018-ci il tarixdə imzaladığı Sərəncamla təşkil olunmasının 40 illiyi qeyd olundu. Bu həm də, rayonun keçdiyi böyük quruculuq və inkişaf proseslərinə yüksək dövlət qayğısının ən gerçək ifadəsi idi.
Artıq ölkə iqtisadiyyatının müasir inkişaf səviyyəsi hər bir vətəndaşın davamlı dövlət qayğısı ilə əhatə olunmasına istiqamətlənməklə, iqtisadiyyatın sahə strukturu üzrə bütün sahələrdə səmərəli fəaliyyət mühitinin yaradılmasına, rifah göstəricilərinin daha da yaxşılaşmasına və sosial müdafiəsinin güclənməsinə təminat vermişdir. Bununla da, milli iqtisadiyyat həm də sosiallaşma hədəflərinin reallaşmasına xidmət edən dolğun və təkmil mexanzim olaraq formalaşmışdır. Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı da məhz bu dəyərlər əsasında milli iqtisadiyyatın uzunmüddətli perspektivlərinə sadiq qalmaqdadır. Fikrimizi Babək rayonu üzrə sənaye sahəsinin sosial dayanıqlığa hərəkətverici təsirinin davamlılığı prizmasında ifadə etsək, bunu görə bilərik. Artıq sənaye həm iş yerlərinin etibarlılığı, həm də sosial müdafiənin gücləndirilməsi ilə də rayon və muxtar respublika iqtisadiyyatı üçün daha da aktuallıq qazanmaqdadır.
Buradan da aydın olur ki, ölkədə və onun bütün regionlarında olduğu kimi, Naxçıvan Muxtar Respublikasında və Babək rayonunda da sənaye iqtisadiyyatın zəruri səhəsi olaraq formalaşmış və bu dayanıqlı sənayeləşmə üçün baza olmuşdur. Hesablamalar göstərir ki, 2004-2019-cu illərdə Babək rayonunda sənayedə işçilərin orta sayı 8 dəfə artmışdır. Bu göstərici sənayedə işçilərin orta aylıq əmək haqqında da özünü göstərmiş və 4,7 dəfə təşkil etmişdir.
Babək rayonunun göstərilən baza üzrə inkişafı iqtisadiyyatın sahə strukturunun əlaqəliliyinə təminat vermişdir. Abadlaşdırma, quruculuq işlərinin davamlılığı onun rayonun bütün kəndlərinə doğru genişlənməsinə zəmin yaratmışdır. Bütün bunlar isə rayonda əsas kapitala yönəldilən vəsaitlərin həcmində öz əksini tapmışdır.
Göründüyü kimi, Babək rayonunda istər əsas kapitala yönəldilən vəsaitlərin, istərsə də onun tərkibində tikinti-quraşdırma işlərinin həcmi 4 dəfə artmışdır. Təbii ki, bu, rayonda quruculuq və abadlaşdırma tədbirlərinin həyata keçirilməsi, müasir və modern infrastruktur siyasətinin tərkib hissəsi olaraq reallaşmışdır.
Beləliklə, Babək rayonu da özünün sosial-iqtisadi inkişafına görə Naxçıvan Muxtar Respublikasının milli iqtisadi quruculuq proseslərindəki rolunu daha da artırmaqdadır. Hazırda rayon iqtisadiyyatında əldə olunan nailiyyətlər regional inkişaf üzrə Dövlət Proqramlarının gerçək nəticələrinin ifadəsi olaraq daha əlamətdardır. Bu isə müəyyən olunan hədəflər baxımından çox əhəmiyyətlidir.
Cavadxan Qasımov
İqtisad üzrə fəlsəfə doktoru, dosent
Xəbər lenti
Hamısına baxSiyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03

