Hibrid avtomobil: alaq, yoxsa..?
18.12.2021 [11:38]
Nicat Dilqəmli
Vergi Məcəlləsinə edilən dəyişiklikdən sonra 2022-ci il yanvarın 1-dən istehsal tarixi 3 il, mühərrikinin həcmi 2500 kubsantimetrə qədər olan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə vergidən azad olunub. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, cari ilin 10 ayı ərzində ölkəyə 61 milyon manat dəyərində 10 033 ədəd hibrid avtomobil gətirilib. Ölkəyə daha çox Koreya və Yaponiya istehsalı olan belə avtomobillər idxal olunur. Bu avtomobillərin istismar müddəti 5-10 il aralığında dəyişir. Onlar yerli bazarda 13-20 min manat aralığında alıcılara təklif olunur.
Bəs hibrid və elektromobillərin hansı müsbət və mənfi tərəfləri var? Bu avtomobillərlə bağlı miflər nələrdir? Bu avtomobillərdən geniş istifadənin təşviqi üçün daha hansı addımlar atılmalıdır?
Qeyd edək ki, tətbiq olunan bütün güzəştlərə baxmayaraq, hələ də hibrid avtomobillərlə bağlı müəyyən miflər, güvənsizlik var. Ekoloji təhlükəsizlik baxımından faydalı olan hibrid avtomobil almaq arzusunda olan sürücülər üçün mövzunu araşdırmağa çalışdıq.
Bu dəyişiklik hibrid avtomobillərə marağı artıracaq
Hüquqşünas Ərşad Hüseynov “Yeni Azərbaycan”a qanun layihəsini şərh edərkən bildirib ki, bu dəyişiklik ölkəmizdə hibrid avtomobillərə marağı artıracaq: “Bu o deməkdir ki, ən yeni hibrid avtomobillərin satış qiyməti bir qədər ucuz olacaq. Həm sözügedən qərar, həm də 2 il əvvəl qəbul edilən elektromobillərə ƏDV-nin ləğvi qərarı 2018-ci ilin dekabrında qəbul olunmuş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”ndan irəli gələn bir məsələdir. Orada göstərilib ki, ekoloji cəhətdən daha az təhlükəli avtomobillərin idxalı üçün stimul yaradılmalıdır”.
Əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir
Beynəlxalq təcrübədən danışan ekspert bildirib ki, dünya ölkələrində də əsas hədəf elektromobillərə keçidi sürətləndirməkdir: “İnkişaf etmiş bəzi dövlətlərdə yaxın 10-15 ildə tam elektromobillərə keçid proqramı var. Burada əsas məqamlardan biri də utilizasiya məsələsidir. Yəni istismar müddətini başa vurmuş, texniki cəhətdən müasir tələblərə cavab verməyən avtomobillərin dövriyyədən çıxarılması. Bu, 2018-ci ildə qəbul olunmuş proqramda nəzərdə tutulub. Düşünürəm ki, ölkəyə elektromobillərin idxalı prosesinin asanlaşdırılması ilə yanaşı, proqram çərçivəsində utilizasiya məsələsi də sistemli şəkildə həyata keçirilsə, ölkəmizin avtomobil parkı daha yaxşı və daha təhlükəsiz olar”.
Hibrid avtomobillərlə bağlı yanlış fikirlər...
“Yeni Azərbaycan”a danışan taksi sürücüsü Orxan Babayev deyib ki, ümumilikdə 13 ildir, avtomobil idarə edir: “Artıq bir ildir ki, hibrid avtomobilə keçid etmişəm. Əvvəlki avtomobilim 100 kilometrə 8 litr yanacaq sərf edirdi, indiki isə 6 litr. Bakıda tıxac problemi var və bu avtomobillərin əsas özəlliklərindən biri də odur ki, tıxacda dayananda mühərrik sönür. Və belə olduğu halda, həm yanacaq sərfiyyatı 0-a düşür, həm də ekologiyaya tullantıların düşməsinin qarşısı alınır”.
O.Babayev hibrid avtomobillərlə bağlı yanlış fikirlərə də aydınlıq gətirib: “Bir neçə fikir var ki, bunlar kökündən yanlışdır. Məsələn deyilir ki, “Prius” 60 km/s-a qədər yanacaq işlətmir, yağ israfı çoxdur. Xeyr, belə deyil. Avtomobilin texniki göstərici talonunda yazılıb ki, min kilometrə qədər 1 litr yağın azalması normal sayılır, əgər 10 litrdən artıq azalırsa, rəsmi dillerə müraciət edilməlidir”.
O.Babayev, həmçinin bildirib ki, hibrid avtomobillərin ustası olmaması ilə bağlı fikirlər də əsassızdır: “Düzdür, bölgələrdə barmaqla sayılacaq qədər usta var, amma paytaxtda və digər böyük şəhərlərimizdə yetərincə peşəkar usta var”.
Hibrid avtomobil sürücüsü təklif edir ki, sözügedən avtomobillərlə bağlı cəmiyyəti maarifləndirməklə kütləvi keçidi formalaşdırmaq, beləliklə də, ekologiyanı qorumaq olar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15

