Xəzərin Azərbaycan sektorunda külək elektrik stansiyası tikiləcək
13.01.2022 [14:19]
240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyasının təməlqoyma mərasimi çərçivəsində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti arasında dənizdə külək enerjisi sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalanıb.
Energetika Nazirliyindən verilən məlumata görə, sənədi energetika nazirinin müavini Elnur Soltanov və “ACWA Power” şirkətinin investisiya üzrə baş direktoru Clive Turton imzalayıblar.
Memorandum dənizdə külək enerjisi sahəsində əməkdaşlığın əsas prinsiplərinin müəyyənləşdirilməsi, Azərbaycanda bərpa olunan enerji layihələrinə gəlirli investisiya qoyuluşu üçün potensialın qiymətləndirilməsi və şəraitin yaradılması üzrə əməkdaşlığı nəzərdə tutur.
Nazir müavini Elnur Soltanov deyib: ““ACWA Power” şirkəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dayanıqlı inkişaf və təmiz ətraf mühitə nail olmağa xidmət edən “yaşıl enerji” kursunun həyata keçirilməsində mühüm tərəfdaşımızdır. Bu sənədin imzalanması “ACWA Power” şirkəti ilə bərpa olunan enerji sahəsində əməkdaşlığımızın genişləndirilməsinə və Azərbaycanın dənizdə külək enerjisi üzrə inkişaf hədəflərinə də töhfə verəcək”.
“ACWA Power” şirkətinin sədri Mohammad Abunayyan deyib: “Bu gün Anlaşma Memorandumunun imzalanması Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən bizə olan etimadın nümayişidir və biz bu əhəmiyyətli nailiyyətlə strateji tərəfdaşlığımızı möhkəmləndirməkdən qürur duyuruq. Davamlı əməkdaşlığımız bizə bu gözəl ölkədə enerji keçidinə töhfə verməyə və Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş milli enerji kompleksində yaşıl enerjinin payının artırılması məqsədinə nail olmaqda fəal rol oynamağa imkan verəcək”.
Memorandum çərçivəsində həyata keçirilən fəaliyyətləri istiqamətləndirmək və onlara nəzarət etmək məqsədilə Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.
Xatırladaq ki, Azərbaycan hazırda “ACWA Power” şirkəti ilə investisiya dəyəri 300 milyon ABŞ dolları olan 240 MVt gücündə Xızı-Abşeron Külək Elektrik Stansiyası layihəsi üzrə əməkdaşlıq edir.
Qeyd edək ki, “ACWA Power” şirkəti qlobal miqyasda bərpa olunan enerji sahəsində 14 900 MVt olmaqla elektrik enerjisi sahəsində ümumilikdə 42 800 MVt qoyuluş gücünə bərabər istehsal və 67,2 mlrd. ABŞ dolları məbləğində investisiya portfelinə malikdir.
Xəbər lenti
Hamısına baxDünya
21 İyul 20:45
Dünya
21 İyul 20:15
Dünya
21 İyul 19:45
Dünya
21 İyul 19:17
Siyasət
21 İyul 18:36
Dünya
21 İyul 18:20
Siyasət
21 İyul 17:41
YAP xəbərləri
21 İyul 17:10
YAP xəbərləri
21 İyul 16:49
Elanlar
21 İyul 16:33
Gündəm
21 İyul 16:29
Gündəm
21 İyul 15:52
YAP xəbərləri
21 İyul 15:47
Hadisə
21 İyul 15:32
Elm
21 İyul 15:32
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:31
Sosial
21 İyul 15:30
Siyasət
21 İyul 15:04
Gündəm
21 İyul 14:26
Gündəm
21 İyul 14:08
Gündəm
21 İyul 12:47
Müsahibə
21 İyul 12:00
İqtisadiyyat
21 İyul 11:55
Ədəbiyyat
21 İyul 11:50
Gündəm
21 İyul 11:40
Gündəm
21 İyul 11:03
Mədəniyyət
21 İyul 10:59
Turizm
21 İyul 10:54
Dünya
21 İyul 10:41
İqtisadiyyat
21 İyul 10:21
Dünya
21 İyul 10:17
Analitik
21 İyul 10:16
Dünya
21 İyul 09:53
Analitik
21 İyul 09:38
Ədəbiyyat
21 İyul 09:25
Dünya
21 İyul 09:22
Dünya
21 İyul 08:39
Dünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46

