Burada - Ağdam Cümə məscidinin önündə çağırış edirəm...
15.02.2022 [10:14]
Prezident: Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik
Mübariz ABDULLAYEV
Sahibkarlar üçün yeni imkanlar
Son 18 ildə respublikamızda həyata keçirilən islahatların böyük bir qismi ölkədə sahibkarlıq mühitinin daha da optimallaşdırılmasını və respublikamızın investisiya cəlbediciliyinin artırılmasını hədəfləyib. Respublikamızda iqtisadiyyata müxtəlif mənbələrdən sərmayələrin cəlb edilməsi üçün mükəmməl qanunvericilik bazası formalaşdırılıb. Prezident İlham Əliyev təkcə son illərdə ölkəmizdə investisiya fəaliyyətinin genişləndirilməsini hədəfləyən çoxsaylı Fərman və sərəncamlar imzalayıb. O cümlədən qeyri-neft iqtisadiyyatına birbaşa xarici investisiyalar cəlb etməklə daxili istehsalın rəqabət qabiliyyətinin gücləndirilməsi, idxalın əvəzlənməsi fəaliyyətinin dəstəklənməsi və yerli məhsullarla özünü təminetmə səviyyəsinin daha da yüksəldilməsi, qeyri-neft sektorunun ixrac imkanlarının artırılması Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində strateji məqsədlər olaraq müəyyən edilib. Sərəncamda ölkənin investisiya cəlbediciliyinin artırılması ilə bağlı müəyyənləşdirilən strateji məqsədlərə çatmaq, o cümlədən də ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsulların istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizminin, eləcə də ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi qaydaları ilə bağlı mühüm müddəalar yer alıb.
Milli iqtisadiyyatımıza sərmayə qoyuluşunun yüksək səviyyədə dəstəklənməsi, səmərəli investisiya təşviqi mexanizminin işə salınması öz müsbət nəticəsini verir. Belə ki, milli iqtisadiyyatımızın müxtəlif sahələrinə yerli və xarici mənbələrdən investisiya qoyuluşu getdikcə artır. Bütövlükdə, 1995-ci ildən bu ilin yarısınadək Azərbaycana 296,3 milyard dollardan çox investisiya yatırılıb ki, bunun da 150,4 milyard dolları xarici investisiyanın payına düşür.
İşğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işləri sahibkarlar üçün yeni investisiya imkanları yaradır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) “Yeni Azərbaycan”a bildirilib ki, indiyədək işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq istəyən sahibkarlardan KOBİA-ya 945 müraciət daxil olub. Bunlardan 446 müraciət investisiya layihələri, 499-u isə digər iş və xidmətlərin (əsasən podrat əsaslı) həyata keçirilməsi ilə bağlıdır. Müraciətlərin 27%-i tikinti, 27%-i ticarət və xidmət, 21%-i sənaye, 18%-i kənd təsərrüfatı və digər 7%-i turizm, səhiyyə, təhsil, mədəniyyət, nəqliyyat və logistika sahələrini əhatə edir.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə müxtəlif layihələrin icrasına maraq göstərən xarici şirkətlərin də sayı kifayət qədər çoxdur. Azərbaycan bəhs olunan ərazilərin bərpasında dost ölkələrlə sıx əməkdaşlıq edir. İlk olaraq bərpa prosesinə qardaş Türkiyənin şirkətləri cəlb olundular. Sonradan bu sırada İtaliya şirkətləri yer aldılar və siyahı daha da böyüdü. Bütövlükdə, indiyədək 50-dən çox xarici şirkət işğaldan azad edilmiş ərazilərin bərpası üzrə layihələrə qoşulmaq istəklərini bildiriblər. Bəhs olunan şirkətlər 10-dan çox ölkəni təmsil edirlər.
Fevralın 13-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində görülən bərpa-restavrasiya işlərinin gedişi ilə tanış olublar. Burada görülən işlərlə tanışlıqdan sonra çıxış edən dövlətimizin başçısı bərpa prosesində dövlətin mühüm rol oynadığına xüsusi diqqət çəkib. “Dövlət öz tərəfindən lazımi addımları atır və atacaq”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Prezident İlham Əliyev çıxışında sahibkarlara üz tutaraq onları işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələrə daha fəal qoşulmaların çağırış edib. “Əminəm ki, yaxın gələcəkdə Ağdam Sənaye Parkında onlarla müəssisə işə başlayacaqdır. Azərbaycan iş adamlarına da mən bu gün burada - Ağdam Cümə məscidinin önündə çağırış edirəm ki, gəlsinlər həm Ağdama, həm də azad edilmiş bütün digər ərazilərə sərmayə qoysunlar, vəsait qoysunlar. Çünki bu gün Azərbaycanda biznes üçün, sahibkarlar üçün çox gözəl şərait yaradılıb. Dövlət sahibkarları dəstəkləyir və həm mənəvi-siyasi dəstək verilir, eyni zamanda, güzəştli kreditlər verilir. Əlbəttə ki, bölgələrdə infrastruktur layihələrinin icrası sahibkarlıq üçün də gözəl imkanlar yaradır. Ona görə Azərbaycan sahibkarları gərək azad edilmiş torpaqlara gəlsinlər və burada müəssisələr qursunlar, iş yerləri yaratsınlar. Biz azad edilmiş torpaqları ancaq bu yolla tezliklə canlandıra bilərik”, - deyə dövlətimizin başçısı vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

