Dünya iqtisadiyyatına hegemonluq Amerikadan Asiyaya keçir
02.10.2010 [09:10]
Qlobal maliyyə böhranı dünya iqtisadiyyatında bir sıra neqativ meyillərin dərinləşməsi ilə müşayiət olunmaqdadır. Superdövlətlərin dünya iqtisadiyyatındakı paylarında dəyişmələr baş verməkdədir. Xüsusilə də Amerikanın supergüc kimi qlobal iqtisadiyyatda çəkisi azalmağa doğru gedir, əvəzində çin və Hindistanın payı artır. Mütəxəssislər hesab edirlər ki, ABŞ-ın böyük məbləğdə xarici borca düşməsi superölkənin dünyada iqtisadi hegemonluğunnun qarşısına da sədd çəkmiş olur. Xüsusilə də Amerikanın iqtisadi imperiyasının fundamental əsaslarından biri kimi maliyyə-pul sisteminin zəifləməsi qlobal iqtisadiyyata nəzarətin itməsinə səbəb olmaqdadır.
Asiyanın iqtisadi nəhəngləri Amerikanı kölgədə qoymaqdadır...
Artıq dollar dünya valyutası kimi strateji maliyyə aləti funksiyasını yerinə yetirə bilmir. Nəzərə alsaq ki, hazırda ABŞ iqtisadiyyatının baza sütunlarından biri kimi qiymətli kağızlar xüsusi yer tutur və qiymətli kağızlar bazarının 46 faizi əcnəbi investorların, əsasən də çin, Yaponiya, Cənubi Koreyanın əlində cəmləşib, onda qlobal iqtisadiyyata nəzarətin Amerikadan Asiya qitəsinə keçməsi labüdləşəcək. Artıq bu istiqamətdə müəyyən tendensiyalar da müşahidə olunur. çin, Honkonq, Yaponiya, Malayziya, Sinqapur, Hindistan iqtisadiyyatı yüksək inkişaf mərhələsinə daxil olub və dünya üzrə tədarük olunan mal və xidmətlərin böyük hissəsi bu regionda cəmləşib. Xüsusilə də çin iqtisadiyyatı Asiya regionunda hegemonluğunu möhkəmləndirir. çin artıq Avropanın iqtisadi nəhənglərindən olan Almaniyanı da inkişaf dinamikasına və ixracın həm həcminə, həm də strukturuna görə, geridə qoymağa başlayıb. ötən il çin ixracın həcminə görə, Almaniyanı keçərək dünya liderinə çevrilib. Bu ölkə 2009-cu ildə 1,9 trilyon dollardan artıq mal ixrac edib. Almaniyanın ixrac göstəricisi isə 1,5 trilyon dollar olub. Bundan başqa, ötən il Almaniya iqtisadiyyatında 5 faiz geriləmə qeydə alınıb, çin iqtisadiyyatında isə 9 faiz artım müşahidə edilib. Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozuna görə, 2010-cu ilin sonunda çinin ümumi daxili məhsulun (üDM) artımına görə, Yaponiyanı da ötməsi gözlənilir.
çin ABŞ iqtisadiyyatının böyük bir hissəsini ələ keçirib...
Beləliklə, çin dünya iqtisadiyyatında özünə rəqib kimi yalnız ABŞ-ı görür. Bu ölkə Amerika ilə rəqabətə girərək dünya iqtisadiyyatında yaranan ikiqütblülüyü aradan götürmək və vahid iqtisadi hegemon dövlətə çevrilmək iddiasındadır. Artıq bu iddiaları təmin edə biləcək iqtisadi əsaslar da yaranmağa başlayıb. ABŞ bir sıra indikatorlara görə, çinə uduzmaqdadır. Hətta hazırda ABŞ hökumətini maliyyələşdirən ən böyük kreditor çindir. Asiya nəhəngi ABŞ-ın qiymətli kağızlar bazarındakı xəzinə veksellərinə 653 milyard dollar yatırıb, istiqrazlara yönələn investisiyalarının həcmi 727,4 milyard dollar təşkil edir. Eləcə də, ABŞ şirkətlərinin 400 milyard dollar həcmində uzunmüddətli öhdəliklərinə bu ölkə sahibdir. çinin qızıl-valyuta ehtiyatlarının təxminən 70 faizi ABŞ-dadır.
ABŞ-ın real iqtisadiyyatını bərpa etməsi üçün uzun vaxt tələb olunur. Xarici borclar, Avropa maliyyə bazarlarındakı üstünlüyün aşağı düşməsi, iri sindikatların maliyyə qıtlığı yaşaması, digər amillər Amerikanın inkişafını ləngidir. Bu gün ABŞ-ın ev təsərrüfatlarının borcu 15 trilyon dollara çatıb. ümumilikdə isə, ABŞ-ın məcmu borclarının həcmi onun üDM-ni 4 dəfəyədək üstələyir. Digər tərəfdən, ABŞ şirkətləri borc öhdəliklərinə görə, xarici emitentlərə təxminən 2 trilyon dollar ödəməyə məcburdur, bu isə maliyyə bazarında yenidən gərginliyin yaranmasına şərait yarada bilər. Təbii ki, bu amillər və digər spekulyativ tendensiyalar dolların dünya pulu kimi ucuzlaşmasını sürətləndirəcək.
Dollara qarşı yeni dünya valyutası...
Məhz bu kimi pessimist faktorlar dünya valyuta birjalarında dollara olan inamı bir qədər də zəiflədib. Təbii ki, bunu nəzərə alan Asiya nəhəngləri - çin, Yaponiya, Cənubi Koreya və Honkonq yeni dünya valyutasının tədavülü ilə bağlı praktiki addımlar atmağa başlayıb. Xüsusilə də çin yeni əskinsaların emissiyası üçün inkişaf etməkdə olan ölkələri müstəqil beynəlxalq fond yaradılmasına dəvət edib. Məsələn, çin Mərkəzi Bankının sədri Xu Syaolyan 2010-cu ilin iyun ayında “Böyük 20-liy”in sammiti zamanı bəyan edib ki, dünya iqtisadiyyatında ABŞ dollarının hökmranlığı başa çatıb. Hazırda dolların möhkəmlənməsi üçün fundamental amillər yoxdur. çinin baş bankiri dünyanı Amerika valyutasından xilas etmək üçün yeni beynəlxalq valyutanın dövriyyəyə buraxılması yönündə təxirəsalınmaz tədbirlər görməyə çağırıb. Xatırladaq ki, yeni valyutanın yaradılmasını Rusiya, Qazaxıstan, Sinqapur, Malayziya və digər ölkələr müdafiə edib.
Məsələ ondadır ki, səhm-nəzarət paketi ABŞ-ın əlində olan Beynəlxalq Valyuta Fondu (BVF) da yeni tədavül vasitəsinin buraxılmasına nikbin yanaşma nümayiş etdirir. BVF-nin icrası direktoru Dominik Stross-Kan bildirib ki, dünya bir daha “qızıl standart” (böhran) dövrü bitəndən sonra bir ölkədə çap edilən valyutaya arxayın olmayacaq. Qlobal ehtiyat valyutasının sabitliyinin zəruriliyi ondan ibarətdir ki, yeni valyuta BVF-nin buraxdığı SDR (xüsusi borclanma hüququ) əsasında inkişaf edə bilər. Göründüyü kimi, BVF özünün yeni tədavül alətini dünya iqtisadiyyatına təqdim etməyi çıxış yolu sayır. Amma problem ondadır ki, həmin valyutanın emissiyası yenidən Amerikanın hegemonluğunu yarada bilər. çünki Valyuta Fonduna demək olar ki, ABŞ nəzarət edir.
Avropa iqtisadçılarının böyük əksəriyyəti isə dünya maliyyə birjalarına yeni dünya valyutasının təqdim olunmasını perspektivli saymırlar. Onların fikrincə, bu təklif heç də vəziyyətdən çıxış yolu deyil. Dollara alternativ ola biləcək yeni dünya valyutasının yaradılması uzaq gələcəyin işidir. Hazırda dünya iqtisadiyyatını canlandırmaq üçün əsas çıxış yolu real sektoru inkişaf etdirməkdən ibarətdir.
Dollar və avro ucuzlaşsa da, manat ən dəyərli valyuta kimi möhkəmlənir...
Dünya iqtisadiyyatında baş verən qlobal resessiyalara baxmayaraq, Azərbaycanın maliyyə sabitliyi möhkəmlənməkdə davam edir. Həm dolların, həm də avronun dəyərini itirməsi respublikamızın milli valyutası olan manatın regionun aparıcı valyutalarından biri kimi daha da möhkəmlənməsinə səbəb olub. Azərbaycanın yeni milli valyutası son 5 ildə həm dollar, həm də avro və digər valyutalar qarşısında öz məzənnəsini möhkəmləndirərək ən yüksək templə aktiv pul alətinə çevrilib. Bu müddət ərzində milli valyuta dollarla nisbətdə 20 faizə yaxın möhkəmlənib və 1 dollar 0,84 qəpiyə bərabərdir. Avro isə son 5 ildə manat qarşısında 50 faizdən də artıq dəyərini itirib. 2007-ci ildə 1 avro almaq üçün 1 manat 50 qəpik tələb olunurdusa, indi bu rəqəm 95 qəpiyə bərabərdir. ümumiyyətlə, son illərdə valyuta bazarında çoxseqmentli proseslər gedib və onların heç biri milli valyutanın dəyərinin dəyişməsinə gətirib çıxarmayıb.
Dünya maliyyə böhranına qarşı mükəmməl iqtisadi strategiya hazırlayaraq həyata keçirən Azərbaycan hökuməti isə maliyyə sabitliyinin davamlı şəkildə qorunmasını təmin etməklə yanaşı, makroiqtisadi inkişafın və real sektorda iqtisadi dinamizmin artmasına nail olub. Respublikamızın maliyyə sektorunun həddindən artıq dözümlü olması, valyuta-bank sisteminin sağlamlığı, real sektorun bütün bölmələrində artım tempinin davam etməsi həyata keçirilən makroiqtisadi siyasətin səmərəliliyini yüksəldib və böhranın bütün fazalarının ölkəmizə mənfi təsirlərinin qarşısının alınması milli valyutanın dəyərinin möhkəmlənməsinə əlverişli zəmin yaradıb.
Hökumətin həyata keçirdiyi pul-kredit siyasəti və valyuta bazarı üzrə digər preventiv tədbirlər öz müsbət səmərəsini verib və Azərbaycan manatı maliyyə bazarında aktiv pul aləti kimi dəyərini artırmaqdadır. Manatın məzənnəsi davamlı olaraq əhəmiyyətli dərəcədə möhkəmlənir və milli valyuta bölgədə ən dəyərli maliyyə aləti kimi çıxış edir. Azərbaycanın valyuta bazarı həddindən artıq sağlam və sabit olduğundan bütün xarici təsirləri dəf etmək gücünə malikdir. Manat MDB məkanında və regionda ən sabit milli valyutalar sırasında birinci yerdə mövqeyini qoruyub saxlayır. Manatın ən aktiv tədavül, eləcə də, etibarlı valyuta aləti olmasının ən bariz ifadəsi həm valyuta mübadilələrində, həm əhalinin yığımlarında, həm də onların banklara yerləşdirdiyi əmanətlərin strukturunda da özünü göstərir. Vətəndaşlar öz vəsaitlərini banklara yerləşdirərkən əsas valyuta növü kimi manatı seçirlər.
Azərbaycanın strateji valyuta ehtiyatları artmaqda davam edir...
Dolların ucuzlaşması strateji valyuta ehtiyatlarının bir hissəsini xarici banklarda saxlayan Azərbaycan üçün heç bir narahatlıq yaratmır. Azərbaycan hökumətinin valyuta sərvətlərinin səmərəli şəkildə həm idarəetməyə verilməsi, həm də istifadə olunması ilə bağlı yürütdüyü siyasət makroiqtisadi və maliyyə sabitliyinin möhkəmlənməsi fonunda mühüm əhəmiyyət kəsb edir. Belə ki, valyuta portfelinin strukturunda, dollar, avro, funt-sterlinq balansı dünya maliyyə sisteminin vəziyyətinə uyğun olaraq müəyyənləşdirilir. Bazarın konyukturasına uyğun şəkildə addımlar atılır. Bunun nəticəsidir ki, ölkəmizin xarici banklarda saxlanılan strateji valyuta ehtiyatları artmaqda davam edir. Respublikamızın Mərkəzi Bankının sərəncamında olan valyuta rezervlərinin həcmi təxminən 12 milyard dollar, Dövlət Neft Fondunda saxlanılan ehtiyatların həcmi isə 13 milyard dollardan artıqdır. ümumilikdə, respublikamızın strateji valyuta ehtiyatlarının həcmi 25 milyard dollardan çoxdur. Bu isə ölkəmizin maliyyə imkanlarının daha da möhkəmlənməsinə əlverişli zəmin yaratmaqdadır.
Elbrus CƏFƏRLİ
Xəbər lenti
Hamısına baxSiyasət
09 Noyabr 13:25
Gündəm
09 Noyabr 13:22
YAP xəbərləri
09 Noyabr 12:48
YAP xəbərləri
09 Noyabr 11:55
YAP xəbərləri
09 Noyabr 11:37
İdman
09 Noyabr 11:14
Gündəm
09 Noyabr 10:35
Siyasət
09 Noyabr 10:13
Siyasət
09 Noyabr 10:12
Gündəm
09 Noyabr 09:56
MEDİA
09 Noyabr 09:29
Sosial
08 Noyabr 23:19
Sosial
08 Noyabr 22:54
Hərbi
08 Noyabr 22:16
İqtisadiyyat
08 Noyabr 21:31
Siyasət
08 Noyabr 20:55
Dünya
08 Noyabr 20:32
Sosial
08 Noyabr 19:20
Siyasət
08 Noyabr 19:19
Siyasət
08 Noyabr 19:18
Sosial
08 Noyabr 19:17
Xəbər lenti
08 Noyabr 19:16
Gündəm
08 Noyabr 18:49
Dünya
08 Noyabr 18:25
Xəbər lenti
08 Noyabr 18:02
Dünya
08 Noyabr 17:42
Gündəm
08 Noyabr 17:24
Gündəm
08 Noyabr 17:13
Dünya
08 Noyabr 16:30
Dünya
08 Noyabr 15:26
Dünya
08 Noyabr 14:51
Dünya
08 Noyabr 14:39
Xəbər lenti
08 Noyabr 13:42
Dünya
08 Noyabr 13:14
Siyasət
08 Noyabr 13:11
Dünya
08 Noyabr 12:48
Gündəm
08 Noyabr 12:16
Gündəm
08 Noyabr 12:15
Gündəm
08 Noyabr 12:12
Gündəm
08 Noyabr 11:42
Gündəm
08 Noyabr 11:25
Siyasət
08 Noyabr 10:58
YAP xəbərləri
08 Noyabr 10:35
Sosial
08 Noyabr 10:12
İqtisadiyyat
08 Noyabr 09:56
Xəbər lenti
08 Noyabr 09:39
MEDİA
08 Noyabr 09:34
Analitik
08 Noyabr 09:12
Siyasət
08 Noyabr 08:52
Ədəbiyyat
08 Noyabr 08:28
Gündəm
08 Noyabr 00:26
YAP xəbərləri
07 Noyabr 23:52
Gündəm
07 Noyabr 21:41
Gündəm
07 Noyabr 21:10
YAP xəbərləri
07 Noyabr 21:08
Gündəm
07 Noyabr 20:24
YAP xəbərləri
07 Noyabr 18:30
Sosial
07 Noyabr 18:22
Dünya
07 Noyabr 17:51
Elanlar
07 Noyabr 16:51
Xəbər lenti
07 Noyabr 16:48
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:23
Hərbi
07 Noyabr 16:21
Sosial
07 Noyabr 16:20
Gündəm
07 Noyabr 16:18
Hərbi
07 Noyabr 16:18
Siyasət
07 Noyabr 16:11
YAP xəbərləri
07 Noyabr 16:09
Xəbər lenti
07 Noyabr 15:44

