Daha 120 meqavat elektrik enerjisi
20.04.2022 [10:01]
“Xudafərin” və “Qız qalası” istismara hazırlanır
Mübariz Əhmədoğlu
Azərbaycan 2030-cu ilədək olan strateji mərhələdə ölkənin ümumi enerji balansında bərpa olunan enerji növlərinin payını 30 faizə çatdırmağı hədəfləyib. Qarşıya qoyulan bu real hədəfə çatmaq üçün hazırda respublikamızın müxtəlif bölgələrində, o cümlədən də Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə bir neçə layihə reallaşdırılır. İnvestisiya tutumu kifayət qədər böyük olan bu layihələrin bir qismi isə ayrı-ayrı xarici ölkələrlə və transmilli şirkətlərlə müştərək qaydada icra olunur. Araz çayı üzərində İran İslam Respublikası ilə birgə inşa olunan “Xudafərin” və “Qız qalası” stansiyaları da bu qəbildəndir.
Keçmiş sovet dönəminə uzanan tarix
Araz çayının enerji potensialından səmərə ilə istifadə olunması məsələsi hələ keçmiş sovet dönəmində gündəmə gəlib. “Xudafərin” və “Qız Qalası” stansiyalarının layihələndirilməsi işlərinə də elə o dövrdə başlanıb. Lakin sonradan baş verən proseslər layihələrin icrasını ləngidib. Nəhayət, uzun müddət aparılmış müzakirələrdən sonra 1991-ci ildə yekun texniki layihə hazırlanıb və 1992-ci ildə tikinti işlərinə başlanıb. Bu dəfə isə layihələrin icrasına Ermənistanın respublikamıza qarşı apardığı işğalçılıq siyasəti mane olub. Torpaqlarımız işğala məruz qaldıqdan sonra “Xudafərin” və “Qız qalası” stansiyalarının inşası da dayandırılıb. Bununla belə, həm Azərbaycanın, həm də İranın siyasi qətiyyəti sayəsində stansiyaların tikintisi bərpa olunub. Belə ki, 1996-1997-ci illərdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əldə olunan ikitərəfli razılaşma əsasında hər iki hidroqovşaq üzrə tikinti işləri İran İslam Respublikasının müvafiq şirkətləri tərəfindən davam etdirilib.
2016-cı ildə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb. Bu Saziş hazırda layihələrin icrası prosesində əsas tənzimləyici sənəd statusunu daşıyır. Sazişə əsasən, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərilməsi məqsədi ilə Birgə Texniki Komissiya yaradılıb. Bu komissiyanın fəaliyyəti üzrə respublikamız tərəfindən səlahiyyətli qurum Azərbaycan Respublikasının Energetika Nazirliyi müəyyən edilib. Birgə Texniki Komissiyaya həvalə edilmiş tapşırıqların icrası məqsədilə işçi qrupları yaradılıb və müvafiq istiqamətlər üzrə işlər davam etdirilməkdədir.
Bərabər bölgü
Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işğaldan azad etdikdən sonra stansiyaların tikintisində işləri sürətləndirmək üçün imkanlar artıb. Prezident İlham Əliyev bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədəki nitqində stansiyaların önəminə diqqət çəkərək vurğulayıb ki, bu il “Xudafərin” və “Qız qalası” Su Elektrik stansiyalarının tikintisi ilə bağlı işlər sürətləndirilməlidir.
İndiyədək hər iki hidroqovşağa aid bəndlərin tikinti işləri 99% başa çatdırılıb. Su elektrik stansiyalarının tikintisinin başa çatdırılması və hidroqovşaqların istismara verilməsi üçün qalan digər işlərin görülməsi ilə bağlı tərəflərin sifarişçiləri arasında sıx əməkdaşlıq qurulub. Belə təmaslar nəticəsində tikinti prosesində qarşıya çıxan çətinliklər operativ qaydada aradan qaldırılır. Bütövlükdə iki stansiyanın generasiya gücü 240 meqavata bərabərdir. Stansiyalar işə salındıqdan sonra istehsal olunan enerji Azərbaycan və İran arasında bərabər qaydada bölünəcək. Eyni zamanda, hidroqovşaqların istismara verilməsi nəticəsində Azərbaycan tərəfində 252 min hektar mövcud, 12 min hektar isə yeni kənd təsərrüfatı təyinatlı torpaqların suvarma suyu ilə təminatı imkanları yaranacaq.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

