52 rayon və şəhər dövlət büdcəsindən vəsait almayacaq
28.04.2022 [10:12]
Dotasiya dövrü keçmişdə qaldı
Mübariz ABDULLAYEV
“Regionlarda idarəetmə hansı maliyyə mənbələri - dövlət büdcəsindən ayrılan vəsaitlər, yoxsa daxili gəlirlər hesabına həyata keçirilməlidir” sualı həmişə aktual olub. Yanaşmalar isə müxtəlifdir.
Regionlarda böyük iqtisadi potensial, əmək ehtiyatları var
2022-ci ilin dövlət büdcəsi qəbul edilənədək respublikamızda vəziyyət belə idi: əksər rayonlar və şəhərlər dotasiyalar hesabına maliyyələşirdilər. Əslində isə, respublikanın əksər şəhər və rayonlarının böyük iqtisadi potensialı, əmək ehtiyatları var. Yerli icra hakimiyyətlərinin rəhbərləri təşəbbüs göstərərək iqtisadi fəallığın artırılmasına, daha böyük həcmlərdə investisiya qoyuluşuna nail olmalıdırlar. “Biz elə etməliyik ki, ümumiyyətlə, rayonların inkişafı yerlərdə, bütün rayonlarda yığılan vəsait hesabına təmin olunsun”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Özünümaliyyələşdirmə üçün münbit zəmin
Prezident İlham Əliyev özünümaliyyələşməyə keçidə çağırış edərkən, ilk növbədə, ölkəmizin reallıqlarını nəzərə alır. Məlumdur ki, 2004-cü ildən bəri respublikamızda regionların sosial-iqtisadi inkişafını hədəfləyən Dövlət proqramları qəbul olunub. İndiyədək ölkəmizdə üç belə Dövlət Proqramının icrası uğurla təmin olunub və hazırda sayca dördüncü proqram da yerinə yetirilməkdədir. Regional inkişaf proqramlarının icrasına 50 milyard manatdan çox vəsait yönəldilib.
Bəhs olunan Dövlət proqramlarının uğurla icra edilməsi bütün ölkədə müsbət reallıqlar yaradıb. Deyə bilərik ki, respublikamızda əksər rayon və şəhərlərin özünümaliyyələşdirmə prinsipinə keçməsi üçün bütün şərtlər təmin olunub və bunun üçün münbit zəmin formalaşdırılıb. Hazırda Azərbaycan infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri sırasındadır. Bu isə bölgələrdə həm iqtisadi fəallığın artması, həm də insanların həyat şəraitinin yaxşılaşması üçün əsas şərtlərdən biridir. Vurğulamaq yerinə düşər ki, ölkə üzrə müasir infrastrukturun yaradılması bir qayda olaraq dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilir. İnvestorlar isə yaradılan şəraitdən bəhrələnməklə müxtəlif sahələrə sərmayələr yönəldirlər.
Respublikanın rayonlarında, şəhərlərində məşğulluq və gəlir imkanlarının artırılması həm də o amillə şərtlənir ki, ölkədə bilavasitə ayrı-ayrı regionlar üçün ənənəvi olan təsərrüfat sahələrinin inkişafını hədəfləyən ardıcıl siyasət həyata keçirilir. Son illərdə Prezident İlham Əliyevin imzaladığı müvafiq sənədlər əsasında ölkədə pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin perspektiv inkişafı ilə bağlı dövlət proqramları qəbul olunub. Sözügedən dövlət poqramlarının uğurlu icrası sayəsində bölgələrdə ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi və inkişafı təmin olunub. Məsələn, zamanında müxtəlif səbəblərdən pambıqçılığın tənəzzülə uğraması nəticəsində Saatlı, İmişli, Sabirabad, Biləsuvar, Beyləqan, Bərdə kimi rayonlarda əhalinin məşğulluq səviyyəsi aşağı düşmüşdü və gəlir imkanları məhdudlaşmışdı. Eləcə də fındıqçılığın, tütünçülüyün, baramaçılığın geriləməsi Şəki, Qax, Balak?n, Zaqatala, Oğuz, Qəbələ, İsmayıllı kimi rayonlarda məşğulluq səviyyəsini əhəmiyyətli dərəcədə aşağı salmışdı. Ənənəvi təsərrüfat sahələrinin dirçəldilməsi sözügedən rayonlarda tamam fərqli reallıqlar yaranması ilə nəticələnib. Sahibkarlığın inkişafına göstərilən dövlət qayğısı, iş adamlarının maliyyə mənbələrinə çıxış imkanlarının artırılması ölkənin bütün regionlarında özəl bölmənin inkişafına güclü təkan verib. Dövlət və özəl sektorun birgə əməkdaşlığı sayəsində yaradılan iri fermer təsərrüfatları, aqroparklar, turizm obyektləri bu gün ölkəmizdə ÜDM istehsalının artmasında, xidmət sektorunun inkişafında mühüm rol oynayır. Hazırda Şəmkirdə, Zaqatalada, Xaçmazda, Biləsuvarda və digər rayonlarda yaradılan müasir təsərrüfatlar öz məhsullarını uğurla xarici bazarlara çıxarırlar. Azərbaycanın qeyri-neft məhsulları üzrə ixracında əsasən regionlarda aqrar sektorda istehsal olunan məhsullar liderlik edir. Son illərdə ölkənin sənaye xəritəsinin regionlara doğru genişlənməsi də rayon və şəhərlərin gəlir imkanlarının artması baxımından mühüm əhəmiyyət daşıyır. Həmin sənaye məhəllələrində rezidentlərin sayı getdikcə artır, Qürurverici haldır ki, bu gün regionlarda yaradılan sənaye məhəllələrində avtomobillər istehsal olunur və xarici bazarlara çıxardılır.
Cəmi 14 rayona dotasiya ayrılması nəzərdə tutulub
Rayon və şəhərlərin gəlir imkanlarının genişləndirilməsi üçün belə münbit zəmin yaradılmasının müqabilində əvvəlki büdcədən maliyyələşmə sisteminin saxlanılması, yumşaq desək, məqbul olmazdı. Bəli, dotasiya dövrü ölkəmizin dünəninin, keçmişinin əlaməti idi. Cari ildən isə artıq yeni mərhələ - rayon və şəhərlərin özünümaliyyələşdirmə dövrü başlayıb.
Bu barədə “Yeni Azərbaycan”a açıqlama verən Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, 2022-ci ilin büdcəsində cəmi 14 rayona maliyyə ayrılması nəzərdə tutulub. 52 rayon və şəhər isə dövlət büdcəsindən vəsait almayacaq və özünümaliyyələşdirmə prinsipi ilə işləyəcək. “O cümlədən Ağdam (dövlət büdcəsindən 4 milyon 980 min manat ayrılacaq), Balakən (1 milyon 612 min manat), Cəbrayıl (2 milyon 874 min manat), Goranboy (2 milyon 156 min manat), Xocalı (1 milyon 527 min manat), Xocavənd (1 milyon 540 min manat), Kəlbəcər (3 milyon 528 min manat), Qax (5 milyon 476 min manat), Laçın (2 milyon 416 min manat), Lerik (2 milyon 434 min manat), Oğuz (2 milyon 484 min manat), Yardımlı (2 milyon 103 min manat), Zəngilan (1 milyon 409 min manat) və Zərdab (2 milyon 917 min manat) vəsait alacaq. Dövlət büdcəsindən rayonlara bu il cəmi 37 milyon 456 min manat vəsait ödəniləcək. Beləliklə, dövlət büdcəsi ağır xərclərdən azad edilib”.
Şuşa, Füzuli və Qubadlı...
Cari ilin dövlət büdcəsindən vəsait alacaq 14 rayonun yarısı Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan bölgələrdir. Ancaq işğaldan azad olunmuş ərazilərdə də, necə deyərlər, öz başını özü saxlayan rayonlar olacaq. Vüqar Bayramovun bildirdiyi kimi, bunlar Şuşa, Qubadlı və Füzuli rayonlarıdır. Həmin rayonlarda yerli büdcəyə vəsaitlər cəlb etmək imkanları genişdir.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22
YAP xəbərləri
12 Noyabr 18:22
YAP xəbərləri
12 Noyabr 17:52
YAP xəbərləri
12 Noyabr 17:48
YAP xəbərləri
12 Noyabr 16:36
YAP xəbərləri
12 Noyabr 16:19
YAP xəbərləri
12 Noyabr 15:44
YAP xəbərləri
12 Noyabr 15:31
YAP xəbərləri
12 Noyabr 15:29
YAP xəbərləri
12 Noyabr 15:24
YAP xəbərləri
12 Noyabr 15:17
Siyasət
12 Noyabr 14:57
YAP xəbərləri
12 Noyabr 14:56
Gündəm
12 Noyabr 14:52
YAP xəbərləri
12 Noyabr 14:23
Gündəm
12 Noyabr 14:01
YAP xəbərləri
12 Noyabr 14:01
Sosial
12 Noyabr 14:00
Gündəm
12 Noyabr 13:59
Gündəm
12 Noyabr 13:59
Sosial
12 Noyabr 13:58
Sosial
12 Noyabr 13:57
Gündəm
12 Noyabr 13:56
YAP xəbərləri
12 Noyabr 13:10
Gündəm
12 Noyabr 13:02
Gündəm
12 Noyabr 13:01
Sosial
12 Noyabr 12:47
YAP xəbərləri
12 Noyabr 12:42
Sosial
12 Noyabr 12:39
İqtisadiyyat
12 Noyabr 12:38
İqtisadiyyat
12 Noyabr 12:38
COP29
12 Noyabr 12:37
Hadisə
12 Noyabr 12:37
Gündəm
12 Noyabr 12:36
YAP xəbərləri
12 Noyabr 11:48
YAP xəbərləri
12 Noyabr 11:29
Siyasət
12 Noyabr 11:28
YAP xəbərləri
12 Noyabr 10:49
Dünya
12 Noyabr 10:42
Siyasət
12 Noyabr 09:35
Siyasət
12 Noyabr 09:32
Siyasət
12 Noyabr 09:32
Dünya
12 Noyabr 08:24
İdman
12 Noyabr 08:15
Gündəm
12 Noyabr 08:04
Dünya
12 Noyabr 08:03
Siyasət
11 Noyabr 23:04
Dünya
11 Noyabr 22:02
Siyasət
11 Noyabr 21:18
Dünya
11 Noyabr 20:36
Dünya
11 Noyabr 19:21
Hərbi
11 Noyabr 18:24
Gündəm
11 Noyabr 17:13
Dünya
11 Noyabr 17:13
Sosial
11 Noyabr 17:11

