Post-neft dövrünə uğurlu keçid
04.06.2022 [10:25]
M.FEYİZLİ
Azərbaycan iqtisadiyyatı tarixən neft amili ilə sıx bağlı olub. Ölkəmiz quruda və dənizdə zəngin enerji resurslarına malikdir. Ancaq respublikamızda neftçıxarmanın tarixi nə qədər qədim olsa da, xalqımız yalnız müstəqillik dövründə özünün sərvətlərinin əsl sahibinə çevrilib və onun faydasından bəhrələnməyə başlayıb. Müstəqillik illərində reallaşdırılan uğurlu enerji siyasəti bütövlükdə respublikamızın simasını dəyişib, Azərbaycanı bütün parametrlər baxımından dinamik inkişaf edən ölkəyə çevirib.
İqtisadi və siyasi müstəqillik
Müstəqillik illərində Azərbaycanın reallaşdırdığı uğurlu enerji siyasətinin əsasında ulu öndər Heydər Əliyevin işləyib hazırladığı və təməlini qoyduğu yeni neft strategiyası dayanır. Bu strategiyada ölkəmizin milli maraqları qırmızı xətt kimi müəyyənləşdirilib. Ötən əsrin 90-cı illərinin əvvəllərində gənc respublikamız üçün müstəqil enerji siyasəti həyata keçirmək asan məsələ deyildi. O dövrdə bir sıra qüvvələr və güc mərkəzləri zəif, iqtisadi və maliyyə imkanları məhdud olan Azərbaycana təsir göstərməyə çalışırdılar və bunun üçün müxtəlif ssenarilər həyata keçirtmək istəyirdilər. Ancaq ulu öndər Heydər Əliyev bütün belə cəhdləri və təzyiqləri dəf edərək uğurlu enerji siyasətinin əsasını qoymağa nail oldu. 1994-cü il 20 sentyabr tarixində Azərbaycanın həyatında əlamətdar hadisə baş verdi - transmilli şirkətlərlə “Azəri-Çıraq-Günəşli” yatağının işlənməsini özündə ehtiva edən “Əsrin kontraktı” imzalandı. Həmin vaxtdan etibarən Azərbaycan özünün ədalətli enerji siyasətinə sadiq qalıb və bütün müqavilə öhdəliklərini yüksək səviyyədə yerinə yetirib. Eyni zamanda, respublikamız “Əsrin kontraktı” və sonralar imzalanan digər müqavilələr çərçivəsində böyük həcmdə gəlir əldə edib və maliyyə imkanlarını artırıb.
Əlbəttə, dünyada neft hasil edən ölkələrin sayı çoxdur. Lakin biz ayrı-ayrı neft ölkələrinin timsalında yalnız iqtisadi gerilik, ağır sosial durum, işsizlik, yoxsulluq görürük. Mütəxəssislərin qənaətinə görə, bəzi neft ölkələrində belə acınacaqlı vəziyyət, ilk növbədə, gəlirlərin düzgün idarə edilməməsi səbəbindən yaranır. Azərbaycanın isə xoşbəxtliyi ondadır ki, ölkəmizdə neft gəlirlərindən səmərəli istifadə olunur və vəsaitlər ölkənin inkişafına, infrastruktur quruculuğuna, insanların həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilir. Bu gün Azərbaycanın infrastruktur təminatı baxımından dünyanın ən qabaqcıl ölkələri sırasında yer alması son dərəcə qürurvericidir. Bütün ölkə üzrə yüksək səviyyədə qurulan infrastruktur iqtisadi inkişafa təkan verib və son 18 ildə bu proses dönməz xarakter alıb. Bu gün Azərbaycan iqtisadi baxımdan tam müstəqil ölkədir və özünün güclü potensialına arxalanmaqla hədəflədiyi strateji məqsədlərinə doğru inamlı addımlar atır. Biz Ermənistanın timsalında iqtisadiyyatı zəif olan ölkənin siyasi asılılığının pik həddə çatdığının şahidi oluruq. Enerji layihələrindən bəhrələnməklə güclü iqtisadiyyat quran Azərbaycan isə beynəlxalq miqyasda milli və siyasi maraqlarını qətiyyətlə qoruyur.
Geniş maliyyə imkanları
Son illərdə baş verən hadisələr deyilənləri bir daha təsdiqləyir. Sosial dövlət olan Azərbaycanda iki il ərzində yeni növ koronavirus pandemiyasının mənfi təsirlərinin əhatə dairəsini azaltmaq, insanların sağlamlığını qorumaq, onların sosial müdafiəsini təmin etmək üçün böyük həcmlərdə maliyyə vəsaiti yönəldildi. Paralel şəkildə, ölkəmiz üç onillik ərzində işğal altında qalan torpaqlarını müharibə yolu ilə azad etdi. Müharibə başa çatdıqdan sonra isə respublikamız işğaldan azad edilən 11 min kvadratkilometrdən artıq ərazilərdə geniş bərpa və infrastruktur quruculuğu işlərinə başlayıb. Hər il bu məqsədlər üçün büdcədən 2,2 milyard manat vəsait ayrılır. Bütün bunlara baxmayaraq, respublikamız maliyyə sıxıntıları yaşamır. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 50 milyad dollardan çoxdur ki, bu da kifayət qədər böyük rəqəmdir. Azərbaycanın bir vaxtlar yardımlar alan ölkədən donor ölkəyə çevrilməsi, xaricdə genişmiqyaslı investisiya fəaliyyəti həyata keçirməsi ölkəmizin, iqtisadiyyatımızın gücünü nümayiş etdirir.
Məlumdur ki, hazırda dünyanın ayrı-ayrı ölkələri ciddi xarici borc problem? ilə üz-üzə qalıblar. Bu, əslində, həmin ölkələrin beynəlxalq maliyyə qurumlarından asılılığı anlamına gəlir. Azərbaycan burada da nümunəvi ölkədir, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bakı Enerji Həftəsi çərçivəsində 27-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimindəki çıxışında diqqəti Azərbaycanın xarici borcunun kifayət qədər aşağı səviyyədə olmasına çəkən Prezident İlham Əliyev vurğulayıb: “Xarici borcumuzun aşağı səviyyədə olması - ümumi daxili məhsulun yalnız 12.5 faizini təşkil etməsi də münbit iqtisadi şərait yaradır. Biz əlavə kreditlər götürə bilərik, sadəcə, bunu etmirik, çünki buna ehtiyac yoxdur. Biz xarici borcumuzu ümumi daxili məhsulun 10 faizi səviyyəsinə salmaq istəyirik və bununla bağlı hökumətə göstəriş vermişəm”.
Qeyri-neft sektorunun inkişafı
Azərbaycanın üstünlüyü və xoşbəxtliyi həm də ondadır ki, ölkəmizdə davamlı olaraq post-neft mərhələsinə hazırlıqlar görülüb. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkəmizdə neft gəlirləri məqsədyönlü şəkildə qeyri-neft sektorunun, özəl bölmənin inkişafına yönəldilir. Bu da öz bəhrəsini verir. Son illərdə respublikamızda ən yaxşı istehsal və ixrac göstəriciləri məhz neftdənkənar iqtisadiyyatda əldə olunur. Azərbaycan iqtisadiyyatında pandemiyadan sonra qeydə alınan bərpa prosesi hazırda artım və genişlənmə mərhələsinə keçib. Arzuolunmaz mənfi xarici təsirlər fonunda bu, kifayət qədər yaxşı göstəricidir və milli iqtisadiyyatımızın dayanıqlılığını təcəssüm etdirir. Prezident İlham Əliyev respublikamızda reallaşdırılan enerji layihələrinin milli iqtisadiyyatımızın, o cümlədən də neftdənkənar sahələrin inkişafına müsbət təsir göstərdiyini məmnunluq hissi ilə nəzərə çatdıraraq bildirib: “Enerji amili, enerji diplomatiyası və bütün layihələr bizim iqtisadi potensialımızı gücləndirir, bizə imkan yaradır ki, cəsarətli islahatlarla yanaşı, neft-qaz sektorundan əldə etdiyimiz gəlirlər iqtisadiyyatımızın qeyri-neft sektoruna yönəldilsin. Biz bunun nəticəsini görürük və diqqətinizə cari ilin bəzi göstəricilərini təqdim etmək istəyirəm. Bu il ümumi daxili məhsul 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz, qeyri-neft sənayesində artım 15 faizdən artıq olub. Bütün bunlar islahatların və topladığımız gəlirlərin yönləndirilməsinin təzahürüdür”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
28 Aprel 16:19
Xəbər lenti
28 Aprel 16:14
Elm
28 Aprel 16:12
İqtisadiyyat
28 Aprel 16:11
Dünya
28 Aprel 15:40
Gündəm
28 Aprel 14:31
Sosial
28 Aprel 14:29
YAP xəbərləri
28 Aprel 14:14
Siyasət
28 Aprel 14:08
Sosial
28 Aprel 14:07
Gündəm
28 Aprel 14:06
Elm
28 Aprel 13:41
Elm
28 Aprel 13:09
Sosial
28 Aprel 12:45
Sosial
28 Aprel 12:43
Sosial
28 Aprel 12:40
Sosial
28 Aprel 12:37
Gündəm
28 Aprel 12:35
Sosial
28 Aprel 12:34
Hadisə
28 Aprel 12:33
İqtisadiyyat
28 Aprel 12:26
YAP xəbərləri
28 Aprel 12:11
Gündəm
28 Aprel 11:59
Elm
28 Aprel 11:57
İdman
28 Aprel 11:57
Sosial
28 Aprel 11:56
Gündəm
28 Aprel 11:30
Siyasət
28 Aprel 11:17
Gündəm
28 Aprel 10:55
Siyasət
28 Aprel 10:39
YAP xəbərləri
28 Aprel 10:29
YAP xəbərləri
28 Aprel 10:22
Siyasət
28 Aprel 10:21
Gündəm
28 Aprel 10:14
Siyasət
28 Aprel 09:58
Ədəbiyyat
28 Aprel 09:30
Analitik
28 Aprel 09:14
Sosial
28 Aprel 08:51
Siyasət
28 Aprel 08:35
Sosial
28 Aprel 08:18
Dünya
27 Aprel 23:35
Elm
27 Aprel 23:11
Turizm
27 Aprel 22:47
Dünya
27 Aprel 22:39
Dünya
27 Aprel 22:14
Müsahibə
27 Aprel 21:50
İqtisadiyyat
27 Aprel 21:34
YAP xəbərləri
27 Aprel 21:25
İqtisadiyyat
27 Aprel 21:19
Müsahibə
27 Aprel 20:44
Dünya
27 Aprel 20:32
Elm
27 Aprel 20:17
Dünya
27 Aprel 19:54
Gündəm
27 Aprel 19:28
YAP xəbərləri
27 Aprel 19:27
Xəbər lenti
27 Aprel 19:21
Dünya
27 Aprel 19:10
Diaspor
27 Aprel 18:38
YAP xəbərləri
27 Aprel 17:37
Gündəm
27 Aprel 17:13
YAP xəbərləri
27 Aprel 16:38
Siyasət
27 Aprel 16:35
Xəbər lenti
27 Aprel 16:21
Sosial
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:20
Siyasət
27 Aprel 16:19
Sosial
27 Aprel 16:18
Sosial
27 Aprel 16:18
Xəbər lenti
27 Aprel 16:17
Sosial
27 Aprel 16:17

