Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Diaspor / Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır

Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır

27.04.2026 [18:38]

Aprelin 25-də baş tutan Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycanda işgüzar səfəri Azərbaycan və Ukrayna arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə xidmət edəcəkdir. İki ölkə başçısının Azərbaycanın Qəbələ şəhərində təkbətək və geniş tərkibdə görüşü keçirilib və görüşlər zamanı ölkələrimiz arasındaki əlaqələr geniş müzakirə olunub.

Görüşlərdən sonra keçirilən mətbuata bəyanat zamanı Prezident İlham Əliyev 2022-ci ilin yanvarında Kiyevə səfərini xatırlayıb. Ukrayna Prezidenti ilə görüşü zamanı aparılan fikir mübadiləsi və ondan sonrakı təmaslar Ukrayna-Azərbaycan əlaqələrini daim yüksək səviyyəyə qaldırmışdır. İki ölkə arasında əməkdaşlığın çox güclü siyasi təməli vardır. Dövlətimizin başçısı qeyd edib: “Azərbaycan ilə Ukrayna bütün beynəlxalq təşkilatlarda qarşılıqlı olaraq ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir və dəstəkləyəcək”.

Dövlətlərarası münasibətlər siyasi münasibətlərlə məhdudlaşmır. Bu baxımdan ikitərəfli münasibətlər həm də sosial həyatın bütün sahələrini, bu sıradan iqtisadi münasibətləri də əhatə edir. Dünya iqtisadiyyatı belə münasibətlərlə tənzimlənir. Azərbaycan ən etibarlı tərəfdaş kimi bu münasibətlər sistemində böyük etibara və etmada malikdir. Dünyanın əksər dövlətləri ilə səmimi siyasi münasibətləri olan Azərbaycan Cənubi Qafqazda ən güclü dövlətdir. Bu gücü onun iqtisadi inkişafı şərtləndirir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Ukrayna Respublikasının Prezidenti Volodimir Zelenskinin aprlin 25-də Azərbaycana səfəri çərçivəsində mətbuata bəyanatında iqtisadi əlaqələrin ticarət dövriyyəsi ilə bağlılığına da toxunaraq dedi: “...ticarət dövriyyəsinin bundan sonra da artırılması məsələləri də gündəliyin mərkəzindədir. Bizim ticarət dövriyyəmiz yarım milyard dolları ötüb. Amma ümid edirəm ki, növbəti illərdə bu rəqəm daha da böyüyəcək. Çünki buna da böyük imkanlar var; - Hərbi-texniki əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı və burada da çox böyük perspektivlər var. Həm Azərbaycanda, həm Ukraynada hərbi sənaye kompleksi inkişaf edir və burada birgə istehsalla bağlı, ümumiyyətlə, sənaye sahəsində birgə istehsalla bağlı çox gözəl imkanlar var. Bu barədə də bu gün ətraflı danışıldı və biz bütün başqa sahələrdə əməkdaşlığımızı dərinləşdirmək istəyirik”.

Bu gün qazanılan bütün diplomatik və iqtisadi uğurların kökündə Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət strategiyası dayanır. Ulu Öndər Azərbaycanın milli dövlətçilik maraqlarını qoruyarkən hər zaman balanslaşdırılmış və uzaqgörən bir kurs seçmişdi. Cənab Prezident İlham Əliyev bu kursu yeni dövrün tələblərinə uyğun olaraq daha da təkmilləşdirib və Azərbaycanı regionun lokomotivinə, beynəlxalq danışıqların mərkəzinə çevirib. Prezident Zelenskinin sülh danışıqları üçün Azərbaycan platformasına olan marağı və etimadı, əslində Heydər Əliyev məktəbinin bəhrəsi olan "güclü dövlət, etibarlı tərəfdaş" imicinin təsdiqidir. Qəbələ bəyanatları bir daha sübut etdi ki, Azərbaycan həm döyüş meydanında, həm də diplomatiya masasında öz sözünü deyən, ədaləti və beynəlxalq hüququ hər şeydən üstün tutan lider dövlətdir.

Nurlana Yusifova

YAP Samux rayon təşkilatı əməkdaşı

Paylaş:
Baxılıb: 114 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30