Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Dünya / Çadın şərqində icmalararası qarşıdurmalarda 42 nəfər həlak olub

Çadın şərqində icmalararası qarşıdurmalarda 42 nəfər həlak olub

27.04.2026 [13:21]

Çadın şərqində icmalararası toqquşmalar nəticəsində 40-dan çox insan həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə “France-Press” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə Vadi Fira bölgəsində baş verib. Bölgənin hökumət sözçüsü Brahim İssa Qalmayeh bildirib ki, münaqişə iki ailə arasında quyu üstündə yaranan mübahisədən sonra başlayıb. Nəticədə azı 42 nəfər həyatını itirib.

Çadın şərqində torpaq, mal-qara və su resurslarına çıxış uğrunda icmalararası qarşıdurmalar geniş yayılıb. Beynəlxalq Böhran Qrupunun məlumatına görə, 2021–2024-cü illər arasında bu cür münaqişələr 1000-dən çox insanın ölümünə və təxminən 2000 nəfərin yaralanmasına səbəb olub.

Paylaş:
Baxılıb: 83 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30