Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Azərbaycan lideri Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

Azərbaycan lideri Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

27.04.2026 [11:23]

Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidenti Matamela Siril Ramafozaya təbrik məktubu ünvanlanıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Cənubi Afrika Respublikasının milli bayramı – Azadlıq Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik etməkdən məmnunluq duyuram.

İnanıram ki, Azərbaycan ilə Cənubi Afrika arasında dostluq əlaqələri və qarşılıqlı faydalı əməkdaşlıq həm ikitərəfli əsasda, həm də çoxtərəfli çərçivədə bundan sonra da xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə uğurla inkişaf edəcək və genişlənəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, dost xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm".

Paylaş:
Baxılıb: 635 dəfə

Xəbər lenti

Hamısına bax

Daxili siyasət

Ədəbiyyat

Payızın ilk “Ulduz”u 

30 Sentyabr 13:43  

Gündəm

BMT çərçivəsində ilk...

30 Sentyabr 12:19  

İqtisadiyyat

İqtisadiyyat

Analitik

Yeni müdafiə mexanizmi

30 Sentyabr 10:43

Ədəbiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31