Müstəqillik tariximizin ən böyük büdcəsi...
08.06.2022 [10:10]
Büdcəyə əlavələr hansı istiqamətlərə yönəldiləcək?
Mübariz ABDULLAYEV
2022-ci il üçün dövlət büdcəsinə əlavələr edilməsi nəzərdə tutulub. Bu barədə Prezident İlham Əliyev bir neçə gün bundan əvvəl Zəngilan rayonuna səfəri çərçivəsində keçirdiyi görüşlərdə hökumətə tapşırıqlarını verib. Nazirlər Kabinetinin ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq 2022-ci ilin dövlət büdcəsinə əlavələr edilməsi ilə bağlı keçirdiyi İqtisadi Şuranın növbəti iclasında bu ilin büdcəsinə düzəlişlər hazırlanması üçün sahəvi qurumlara tapşırıqlar verilib. Həmin qurumların təklifləri alındıqdan sonra layihə baxılması üçün dövlət başçısına təqdim olunacaq. Daha sonra layihə “Büdcə Sistemi” haqqında Qanuna uyğun olaraq Milli Məclisin müzakirəsinə çıxarılacaq.
Büdcəyə əlavələr edilməsi üçün optimal mühit
Azərbaycanın 2022-ci il üçün dövlət büdcəsi ölkəmizin müstəqillik tarixində ən böyük büdcədir. Bununla belə, ilin ortalarına doğru büdcəyə əlavələr edilməsi məsələsinin dövlət başçısı tərəfindən gündəmə gətirilməsi və hökumətin bununla bağlı operativ qaydada adekvat tədbirlər görməsi ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Hazırda respublikamızda büdcəyə əlavələr edilməsi üçün münbit zəmin formalaşıb. Bunu şərtləndirən əsas amil isə milli iqtisadiyyatımızın dayanıqlılığının artmasıdır. 2021-ci ildə Azərbaycan iqtisadiyyatı pandemiyadan sonra bərpa mərhələsini uğurla keçdi və inkişafa istiqamətləndi. Cari ilin əvvəlindən bəri respublikamızda ümumi daxili məhsul istehsalı 7.2 faiz artıb. Qeyri-neft sektorunda artım 11.5 faiz təşkil edib. Ən yüksək artım isə 15 faizdən çox olmaqla qeyri-neft sənayesində qeydə alınıb.
İndiki şəraitdə büdcəyə əlavələr edilməsinə imkan yaradan digər amilləri də sadalamaq mümkündür. Bu sırada ilin əvvəlindən bəri büdcə daxilolmalarının proqnozları üstələməsini xüsusi qeyd edə bilərik. Aparılan yeni nəsil islahatların, xüsusilə də şəffaflaşma tədbirlərinin məntiqi nəticəsi olaraq İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə büdcəyə əlavə vəsaitlər cəlb edilib. 2022-ci ilin birinci rübündə Dövlət Vergi Xidmətinin xəttilə büdcəyə 2 milyard 802,2 milyon manat vergi daxil olub, proqnoza 123,8% əməl edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 34,4% faiz və ya 716,5 milyon manat artıb. O cümlədən qeyri-neft-qaz sektorundan daxilolmalar 2 milyard 249,4 milyon manat olub, proqnoza 128,6% əməl edilib, dövlət büdcəsinə proqnozdan əlavə 499,8 milyon manat vəsait daxil olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 48,9% və ya 738,6 milyon manat artıb. Eləcə də regionlar üzrə daxilolmalar 262,2 milyon manat olmaqla, proqnoz 114,4 faiz icra edilib, ötən ilin eyni dövrü ilə müqayisədə bu mənbədən daxilolmalar 19,2 faiz artıb. Bütövlükdə, ödənilən vergilərin 80,3 faizi qeyri-neft-qaz sektorunun, 19,7 faizi neft-qaz sektorunun payına düşüb.
Dövlət Gömrük Komitəsinin xətti ilə isə cari ilin birinci rübündə büdcə daxilolmaları 1 231,9 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 30,6 % çoxdur. DGK-nin xətti ilə daxilolmaların strukturunda əlavə dəyər vergisi, aksizlər və yol vergisi üzrə daxilolmalar üstünlük təşkil edib.
Neft gəlirlərinin artması
Cari ildə ölkəmizin neft gəlirlərinin artması da büdcəyə əlavələr edilməsi üçün münbit zəmin formalaşdıran əsas amillərdən biridir. Azərbaycan uğurlu enerji siyasəti həyata keçirir və xarici bazarlara neft-qaz ixracını artırır. 2022-ci ilin yanvar-aprel aylarında respublikamızda 11,1 milyon ton neft (kondensatla birlikdə) hasil edilib və bunun 9 milyon tonu ixraca yönəldilib. Bəhs olunan dövrdə ölkədə 15,7 milyard kubmetr təbii qaz hasil edilib. İxraca 7,6 milyard kubmetr “mavi yanacaq” yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,4 faiz çoxdur.
Hazırkı geosiyasi reallıqlar fonunda qlobal enerji bazarlarına yüksək qiymətlər hakimdir. Enerji daşıyıcılarının qiymətlərinin yüksək olması isə Azərbaycanın gəlirlərini artırır. Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”la bölüşən Milli Məclisin deputatı Vüqar Bayramov vurğulayıb: “2022-ci ilin dövlət büdcəsində 1 barel neftin qiyməti 50 dollar nəzərdə tutulsa da, bu ilin ötən aylarında orta qiymət hər barel üçün 100 dollardan çox olub. Bu isə həm neft, həm də qeyri-neft sektorundan dövlət büdcəsinə daha çox vəsaitin daxil olmasına imkan yaradıb”.
Sosial sahənin prioritetliyi
Bəs büdcəyə ediləcək əlavələrdən hansı sahələrə daha çox vəsait ayrılacaq? Əlbəttə, hələ bununla bağlı konkret rəqəmlər səsləndirmək mümkün deyil. Ancaq ekspertlər bəri başdan müəyyən təxminlərini ifadə edirlər. Azərbaycanın sosial dövlət olduğunu nəzərə alsaq, əminliklə deyə bilərik ki, əlavələrdən daha çox vəsait yenə də məhz bu istiqamətə yönəldiləcək.. “Azərbaycanda sosial təminat sisteminin daha da gücləndirilməsi ölkə rəhbərliyinin xüsusi diqqətində olduğu üçün bu istiqamətə daha çox vəsaitin ayrılacağı istisna deyil. Bütövlükdə, mövcud təsdiq olunmuş büdcə sənədinə əsasən, 2022-ci ildə ilk dəfə sosial xərclərin ümumi büdcə xərclərindəki payı 45 faizdən çox olacaq. Büdcə xərclərinin 46.5 faizinin sosial istiqamətə yönəldilməsi sosial təminat məsələlərinin prioritet olduğundan xəbər verir. Təsdiqlənən büdcəyə əsasən cari il ərzində yalnız sosial istiqamətə 14 milyard manata yaxın vəsait ayrılması nəzərdə tutulub. Büdcə imkanlarının artması sosial istiqamətə daha çox vəsaitin ayrılmasına imkan yaradır”, - deyə Vüqar Bayramov qeyd edib. O əlavə edib ki, iqtisadi aktivliyin daha da genişləndirilməsi üçün ayrılacaq vəsaitlərin həcminin artırılacağı da gözləniləndir.
Xəbər lenti
Hamısına baxSosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
Dünya
29 Aprel 19:18
Maraqlı
29 Aprel 18:30
Siyasət
29 Aprel 18:12
YAP xəbərləri
29 Aprel 17:40
Maraqlı
29 Aprel 17:25
Sosial
29 Aprel 17:06
Dünya
29 Aprel 16:39
Analitik
29 Aprel 16:16
Dünya
29 Aprel 16:03
Dünya
29 Aprel 15:48
İqtisadiyyat
29 Aprel 15:23
YAP xəbərləri
29 Aprel 14:59
Siyasət
29 Aprel 14:41
Dünya
29 Aprel 14:32
Dünya
29 Aprel 14:09
Siyasət
29 Aprel 13:52
Dünya
29 Aprel 13:42
Hadisə
29 Aprel 13:31
Dünya
29 Aprel 13:19
Sosial
29 Aprel 12:59
Sosial
29 Aprel 12:59
Dünya
29 Aprel 12:54
Dünya
29 Aprel 12:20
İdman
29 Aprel 12:13
Siyasət
29 Aprel 11:55
Gündəm
29 Aprel 11:48
Gündəm
29 Aprel 11:25
Elm
29 Aprel 11:03
Gündəm
29 Aprel 10:59
Gündəm
29 Aprel 10:34
YAP xəbərləri
29 Aprel 10:22
Sosial
29 Aprel 10:12
Hadisə
29 Aprel 10:06
Gündəm
29 Aprel 09:55
İdman
29 Aprel 09:41
Analitik
29 Aprel 09:30
Analitik
29 Aprel 09:17
Sosial
29 Aprel 08:50
Mədəniyyət
29 Aprel 08:34
Elanlar
29 Aprel 07:50
Hadisə
29 Aprel 07:49
Sosial
29 Aprel 07:45
Dünya
28 Aprel 23:25
Dünya
28 Aprel 23:10
Sosial
28 Aprel 22:41
Dünya
28 Aprel 22:19
İqtisadiyyat
28 Aprel 22:10
Dünya
28 Aprel 21:50
Sosial
28 Aprel 21:24
Dünya
28 Aprel 21:09
Elm
28 Aprel 20:43
YAP xəbərləri
28 Aprel 20:31
Dünya
28 Aprel 20:17
YAP xəbərləri
28 Aprel 19:59
Dünya
28 Aprel 19:55
YAP xəbərləri
28 Aprel 19:32
Diaspor
28 Aprel 19:21
YAP xəbərləri
28 Aprel 18:59
YAP xəbərləri
28 Aprel 18:30
Dünya
28 Aprel 18:12
Sosial
28 Aprel 17:20
Mədəniyyət
28 Aprel 17:20
Müsahibə
28 Aprel 17:19
Sosial
28 Aprel 17:18
Elanlar
28 Aprel 17:17
Dünya
28 Aprel 17:06

